Icma.az
close
up
RU
Ərdoğandan sərt xəbərdarlıq: “İran və bu ölkələr...”

Ərdoğandan sərt xəbərdarlıq: “İran və bu ölkələr...”

Icma.az, Teleqraf.com saytına istinadən bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra Suriya ilə bağlı fərqli tonda danışdı, “Bir gecə qəfil gələ bilərik” mesajını verdi. Ərdoğan Suriyadakı inqilabdan sonra ilk dəfə dəyənəyin ucunu göstərməyə ehtiyac duydu.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hürriyət” yazır.

Nəşr xatırladır ki, Ərdoğan sonuncu dəfə ABŞ-nin Türkiyəyə qarşı qızışdırdığı Yunanıstana belə bir xəbərdarlıq etmişdi:

“Ərdoğanın “Bir gecə qəfil gələ bilərik” mesajı Afinada həyəcan təbilinin çalınmasına səbəb olmuşdu. Yunanıstan yola gəldi. ABŞ-nin verdiyi qazla heç yerə gedə bilməyəcəyini gördü. İndi Yunanıstanla münasibətlər müsbət səviyyədə inkişaf edir”.

Mənbə vurğulayır ki, Suriyanın yeni rəhbərliyi PKK-YPG terror təşkilatı və ölkədəki digər silahlı qruplaşmaların ləğvi qərarını verib:

“Həmin qərara görə, Suriyada rəsmi ordudan başqa heç bir silahlı qüvvə olmamalıdır. Suriyadakı digər qüvvələr silahlarını yerə qoymaq qərarına gəliblər. Amma PKK-YPG hələ də danışıqları davam etdirir. İndiyə qədər döymədikləri qapı qalmayıb. Rusiyadan Türkiyə ilə aralarında vasitəçi olmasını istəyiblər, ABŞ-nin Ayn əl-Ərəbdə baza qurması yalanını uydurublar, İran və İsraillə təmasa keçiblər, Fransa və Almaniyaya üz tutublar, Suriya rəhbərliyi ilə görüşüblər. Suriya rəhbərliyi özünü saxlamaq istəyən terror təşkilatının bütün təkliflərini rədd edib. Dəməşq silahlarını yerə qoymaqdan başqa heç bir variantla razılaşmayıb”.

“Hürriyət” bildirir ki, Türkiyə Suriya ilə bağlı məsələdə nüfuzlu bir ölkə idi, amma rejim dəyişikliyindən sonra daha da güclənib:

“Türkiyə meydanda və masa arxasındadır. Trampın dediyi kimi, Suriyanın açarı Türkiyənin əlindədir. Suriya rəhbərliyi də PKK-YPG-nin öz ərazisində olmasını istəmir. Suriyada PKK-YPG varlığı həm Türkiyə, həm də yeni Suriya rəhbərliyinin qırmızı xəttidir”.

Ərdoğanın “Bir gecə qəfil gələ bilərik” açıqlamasına gəlincə, nəşr vurğulayır ki, bu sözlərin hədəfi PKK-YPG-ni qorumağa çalışan Qərb və region ölkələridir:

“İran, Fransa və Almaniya da daxil olmaqla, Suriya ilə bağlı hesab aparan ölkələrin Ərdoğanın hər cümləsini diqqətlə təhlil etməsi faydalı olardı.

Ərdoğan xəbərdarlığını edib: "PKK-YPG silahı yerə qoymasa, Suriyada fərqli idarəçilikdə israr etməyə davam edərsə, Qərb dövlətləri bu istiqamətdə tələblər irəli sürərsə, Suriya dövləti ilə birgə genişmiqyaslı hərbi əməliyyat qaçılmaz olacaq.

Bütün bu mübarizə PKK-YPG varlığını davam etdirməsi üçün aparılmayıb. Ankara indi A planını həyata keçirir, amma B planı da masadadır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:238
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 08 Yanvar 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri