Icma.az
close
up
RU
Ərdoğandan Trampı sevindirən dəvət Böyük xəyal Bakı sayəsində reallaşa bilər

Ərdoğandan Trampı sevindirən dəvət Böyük xəyal Bakı sayəsində reallaşa bilər

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla son telefon danışığı zamanı onu ölkəsinə dəvət etməsi maraqla qarşılanıb. Ekspertlərin fikrincə, Ağ Ev liderinin Ankaraya ehtimal səfərindən sonra qısa müddətdə həm Azərbaycan, həm də Türkiyənin Ermənistanla münasibətlərində müsbət irəliləyişlər ola, bir sıra mühüm sənədlər imzalana bilər.

Məlumata görə, Tramp Cənubi Qafqazda münaqişənin başa çatmasına xüsusi diqqət yetirir. Əgər onun iştirakı ilə Azərbaycan və Ermənistan arasında münaqişənin başa çatması mümkün olarsa, bu, ABŞ prezidentinin tarixi uğuru kimi qiymətləndirilə bilər. Həmçinin Trampın Nobel sülh mükafatına namizədliyinin irəli sürülməsi də mümkün olar.

Lakin bu iddialar fonunda Ağ Ev rəhbərinin proseslərə hansı formada qoşulacağı və münaqişələrin həllində necə bir rol oynayacağı barədə hələ də məlumat yoxdur.

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, Donald Trampın Türkiyəyə səfəri ilə sülh müqaviləsinin imzalanması arasında ciddi əlaqə yoxdur:

“Sülh müqaviləsi ona görə imzalanmır ki, Ermənistan Azərbaycanın əsas tələblərini yerinə yetirmir:

1.Ermənistan Konstitusiyasında yer alan müvafiq bəndlərin dəyişdirilməsi;

2.ATƏT-in Minsk qrupunun ləğv edilməsi.

Bu iki məsələ həllini tapmadan sülh müqaviləsindən danışmaq əbəsdir. Lakin hadisələr üst-üstə düşər və məsələlər həll edilərsə, müqavilə qısa zamanda imzalana bilər”.


Füzuli Qurbanov

Ekspert əlavə edib ki, Trampın Türkiyəyə səfəri istənilən halda müsbət hadisədir:

“O, regionda geosiyasətin yeni mərhələyə keçməsinə təkan verə bilər. Bütün bunlar hələlik sadəcə ehtimallardır. Çox güman ki, Azərbaycan və Türkiyə birliyi regionda ortaq addımlar atmağa davam edəcək. Sülh müqaviləsinin imzalanması isə qaçılmazdır.

Qaldı ki, Trampın Nobel sülh mükafatı qazanması məsələsinə, onun belə bir niyyəti əvvəllər olub. Lakin məhz bu məsələyə görə istəyinə nail olub-olmayacağını indidən demək çətindir.”

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 May 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri