Icma.az
close
up
RU
Ərdoğanın 5 mühüm şəhərə ərazi iddiası Təşviş yaradan açıqlamanın şifrəsi

Ərdoğanın 5 mühüm şəhərə ərazi iddiası Təşviş yaradan açıqlamanın şifrəsi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada mitinqdə çıxışı zamanı Suriya ilə bağlı danışıb. Diqqətçəkən məqam isə Ərdoğanın “Türkiyənin Suriyada nə işi var?” deyənlərə cavabı oldu.

“Birinci Dünya müharibəsindən sonra bölgəmizdəki sərhədlərin yenidən müəyyən edilməsi zamanı şərtlər fərqli olsaydı, Hələb, İdlib, Həma, Dəməşq, Rakka adlandırdığımız şəhərlər elə Antep, Hatay, Urfa kimi bizim vilayətlərimiz olacaqdı. Bu şəhərlər sərhədlərimizdən kənarda qaldığı üçün oradakı insanlarımızla əlaqələrimizi bütünlüklə kəsməli deyildik!” – R.T.Ərdoğan deyib.

Ərdoğanın “Hələb, İdlib, Həma, Dəməşq, Rakka adlandırdığımız şəhərlər elə Antep, Hatay, Urfa kimi bizim vilayətlərimiz olacaqdı” sözləri birmənalı qarşılanmayıb. Hətta bunu Türkiyənin adıçəkilən ərazilərə iddiası kimi şərh edənlər var.

Türkiyə lideri haqlıdır. Həqiqətən, şərtlər fərqli olasaydı, Hələb, İdlib, Həma, Dəməşq, Rakka bu gün Türkiyənin əraziləri olardı. Məsələni daha aydın başa düşmək üçün iki məqama diqqət etmək laızmdır:

Says-Piko sazişi; Misak-ı Milli bəyannaməsi.

Əslində, bu iki sənəd bir-birinə əksdir. Says-Piko sazişi Yaxın Şərqin nüfuz bölgüsünü əhatə edirdisə, Misak-ı Milli Bəyannaməsi Türkiyə Respublikasının təbii sərhədlərini əks etdirirdi. Buna görə də iki sənəd tam mənası ilə heç vaxt icra edilmədi.

Says-Piko sazişi Osmanlı sonrası Yaxın Şərqin siyasi xəritəsini böyük ölçüdə formalaşdırsa da, türklər Misak-ı Milli əsasında sonradan Antep, Hatay, Urfanı geri aldı. Bununla belə Türkiyə Hələb, İdlib, Həma, Dəməşq, Rakka, Mosul, Kərkükü ala bilmədi. Daha sonra BMT səviyyəsində dövlət sərhədləri tanındığı üçün məsələ səngiyərək hazırkı halını aldı.

Lakin Ərdoğanın məlum sözlərini Türkiyənin adıçəkilən ərazilərə iddiası kimi şərh etmək olmaz. Məsələ ondadır ki, İraq və Suriyada vəziyyət dəyişər, mərkəzi dövlət yaranmazsa, Türkiyə Misak-ı Milli Bəyannaməsi çərçivəsində hərəkətə keçə bilər. Amma faktiki olaraq Ankara bunu Suriyada etmədi. Halbuki etməsi üçün həm hüquqi baza, həm də geosiyasi şərait mövcud idi. Ankara vaxtında bunu etmədisə, bundan sonra da etməz. Ən azından hərbi yolla.

Əgər bir gün Hələb, İdlib, Həma, Dəməşq və Rakka Türkiyənin bir parçası olacaqsa, bu yalnız Ərdoğanın dediyi Hatay variantı ilə mümkün ola bilər. Yəni adıçəkilən ərazilər əvvəlcə Hatay kimi müstəqil olmalı, – misal üçün bir türkmən dövləti yaranmalı – daha sonra referendumla Türkiyəyə birləşməlidir. Lakin hələlik bu variant real görünmür.

Türkiyənin niyyəti Suriyadan nə ərazi qoparmaq, nə də ərazi bütünlüyünə zərər vurmaqdır. Ümumiyyətlə, Ankara üçün dost münasibətləri saxlayan Suriya daha prioritetdir. Bu səbəbdən riskli addımlar atması real deyil.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see273

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see198

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see191

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see177

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see173

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see143

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see141

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see139

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri