Icma.az
close
up
RU
Ərdoğanın 5 mühüm şəhərə “ərazi iddiası” Təşviş yaradan açıqlamanın şifrəsi

Ərdoğanın 5 mühüm şəhərə “ərazi iddiası” Təşviş yaradan açıqlamanın şifrəsi

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada mitinqdə çıxışı zamanı Suriya ilə bağlı danışıb. Diqqətçəkən məqam isə Ərdoğanın “Türkiyənin Suriyada nə işi var?” deyənlərə cavabı oldu.

“Birinci Dünya müharibəsindən sonra bölgəmizdəki sərhədlərin yenidən müəyyən edilməsi zamanı şərtlər fərqli olsaydı, Hələb, İdlib, Həma, Dəməşq, Rakka adlandırdığımız şəhərlər elə Antep, Hatay, Urfa kimi bizim vilayətlərimiz olacaqdı. Bu şəhərlər sərhədlərimizdən kənarda qaldığı üçün oradakı insanlarımızla əlaqələrimizi tamamilə kəsməli deyildik!” – R.T.Ərdoğan deyib.

Ərdoğanın “Hələb, İdlib, Həma, Dəməşq, Rakka adlandırdığımız şəhərlər elə Antep, Hatay, Urfa kimi bizim vilayətlərimiz olacaqdı” sözləri birmənalı qarşılanmayıb. Hətta bunu Türkiyənin adıçəkilən ərazilərə iddiası kimi şərh edənlər var.

Türkiyə lideri haqlıdır. Həqiqətən, şərtlər fərqli olasaydı, Hələb, İdlib, Həma, Dəməşq, Rakka bu gün Türkiyənin əraziləri olardı. Məsələni daha aydın başa düşmək üçün iki məqama diqqət etmək lazımdır:

Says-Piko sazişi; Misak-ı Milli Bəyannaməsi.

Əslində, bu iki sənəd bir-birinə əksdir. Says-Piko sazişi Yaxın Şərqin nüfuz bölgüsünü əhatə edirdisə, Misak-ı Milli Bəyannaməsi Türkiyə Respublikasının təbii sərhədlərini əks etdirirdi. Buna görə də iki sənəd tam olaraq heç vaxt icra edilmədi.

Says-Piko sazişi Osmanlı sonrası Yaxın Şərqin siyasi xəritəsini böyük ölçüdə formalaşdırsa da, türklər Misak-ı Milli əsasında sonradan Antep, Hatay, Urfanı geri aldı. Bununla belə Türkiyə Hələb, İdlib, Həma, Dəməşq, Rakka, Mosul, Kərkükü ala bilmədi. Daha sonra BMT səviyyəsində dövlət sərhədləri tanındığı üçün məsələ səngiyərək hazırkı halını aldı.

Lakin Ərdoğanın məlum sözlərini Türkiyənin adıçəkilən ərazilərə iddiası kimi şərh etmək olmaz. Məsələ ondadır ki, İraq və Suriyada vəziyyət dəyişər, mərkəzi dövlət yaranmazsa, Türkiyə Misak-ı Milli Bəyannaməsi çərçivəsində hərəkətə keçə bilər. Amma faktiki olaraq Ankara bunu Suriyada etmədi. Halbuki etməsi üçün həm hüquqi baza, həm də geosiyasi şərait mövcud idi. Ankara vaxtında bunu etmədisə, bundan sonra da etməz. Ən azından hərbi yolla.

Əgər bir gün Hələb, İdlib, Həma, Dəməşq və Rakka Türkiyənin bir parçası olacaqsa, bu yalnız Ərdoğanın dediyi Hatay variantı ilə mümkün ola bilər. Yəni adıçəkilən ərazilər əvvəlcə Hatay kimi müstəqil olmalı – məsələn, bir türkmən dövləti yaranmalı – daha sonra referendumla Türkiyəyə birləşməlidir. Lakin hələlik bu variant real görünmür.

Türkiyənin niyyəti Suriyadan nə ərazi qoparmaq, nə də ərazi bütövlüyünə zərər vurmaqdır. Ümumiyyətlə, Ankara üçün dost münasibətləri saxlayan Suriya daha prioritetdir. Bu səbəbdən riskli addımlar atması real deyil.

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Dekabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see245

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see205

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see146

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see139

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see136

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see133

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see126

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see126

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see122

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see119

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see119

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see119

Kaya Kallas: Moskva Ukrayna ilə danışıqlar masasına oturmalı olacaq

09 Sentyabr 2025 15:13see119

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see119

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see118

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see117

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see115

Eminin yeni evindən Video

09 Sentyabr 2025 20:40see115

Toral Bayramov: Əlimizdən gələni yox, gəlməyəni edirdik

10 Sentyabr 2025 01:33see114

Uğur qazanacaq bürclər Zəhmətlərinin bəhrəsini alacaqlar

09 Sentyabr 2025 03:21see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri