Icma.az
close
up
RU
Ərdoğanın “bir Putin, bir mən” sözlərinin açması: Ankaradan Moskvaya kritik təklif Dörd bölgə...

Ərdoğanın “bir Putin, bir mən” sözlərinin açması: Ankaradan Moskvaya kritik təklif Dörd bölgə...

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlaması müzakirələrə səbəb olub. Belə ki, o çıxışında bildirib ki, dünyada yalnız iki təcrübəli lider qalıb: özü və Rusiya dövlət başçısı Vladimir Putin.

Ərdoğanın bu yanaşması nədən xəbər verir? Türkiyə Prezidenti bununla növbəti hədəfin bu iki prezident olacağını demək istəyib? Bir qədər qıcıq doğuran, mənəmlik elementləri olan bu sözlərin dünyanın hazırkı qarışıq vaxtında söyənməsi müxtəlif aspektlərdən müzakirə edilir. Təhlilçilər, köşə yazarları Türkiyə liderinin bu sözlərinin boşuna söylənmədiyini vurğulayır.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rəcəb Tayyib Ərdoğanın bu açıqlamasına bir neçə prizmadan yanaşmaq mümkündür:

“Birinci növbədə Suriyadakı qalibiyyət. Yəni Türkiyənin istədiyi kimi Bəşər Əsəd rejimi devrildi, YPK/PKK-ya qarşı uğurlu əməliyyatlar həyata keçirildi və mühafizəkar rejim hakimiyyətə gəldi. Bu həm də Rusiyanın Suriyadakı maraqlarının geri çəkilməsinə səbəb oldu. Kreml Əsədi qorumaq istəyirdi, lakin bu alınmadı. Demək olar ki, müəyyən mənada Suriya mövzusunda Rusiya Türkiyənin qarşısından çəkildi. Ərdoğanın bu yanaşması əslində diplomatik manevrdir”.

Politoloqun sözlərinə görə, Türkiyə Prezidenti öz yaxın müttəfiqi Rusiyanın könlünü almaq üçün bu qəbildən açıqlama verib:

Zeynal Əmrəliyev

“Rusiyaya mesaj verir ki, “Suriyanın qurulmasında Türkiyənin aparıcı rolu olacaq. Lakin prosesdə Rusiya da iştirak edəcək. Dünyada iki lider qalıb və biz söz sahibiyik. Gəl ikimiz quraq”.
Bu həm də Qərb dünyasına və əsas müttəfiqi olan İsrailə mesajdır. Onların regiona çox da müdaxilə edə bilməyəcəklərini göstərir. ABŞ, Aİ regionun konnekturasının çizilməsində əsas rola malik deyil. Ümumiyyətlə, Rəcəb Tayyib Ərdoğanın fikirləri, verdiyi mesajlar bunlardan ibarətdir”.

Globalinfo.az bildirir ki, R.T.Ərdoğan sözügedən çıxışında özünün və Putinin hakimiyyətdə olduğu müddəti xatırladıb. Öz hakimiyyətinin 22 ilə, Putinin iqtidar yaşının da 24 ilə yaxınlaşdığını söyləyib. Bu müddətdə dünyada iqtidara gələnlərin əksərinin ələndiyini, vəzifədən çəkildiyini də xüsusi ilə vurğulayıb. Hazırda Türkiyə ilə Rusiyanın Yaxın Şərqdə, Afrikada, Qafqazda, Mərkəzi Asiyada sinxron fəaliyyət göstərdiyi məlumdur. Hələlik Ankara və Moskva sadalanan regionlarda açıq şəkildə toqquşmurlar, əksinə, anlaşaraq bərabər hərəkət edirlər. İki liderin bir-birinə sayğısının olduğu da sirr deyil. Vladimir Putin Ərdoğan haqda ən yüksək səviyyədə fikirlər söyləyib, onu sözünün sahibi olan dövlət başçısı kimi tərənnüm edib. Görünür, Ərdoğan növbəti mərhələnin də bünövrəsini Putinlə quracağına işarə edib və gələcəyin dünyasında şəriksiz lider, söz sahibi olduqlarını dünyaya çatdırıb.

Bu deyilənlərin hansı həddə qədər doğrulacağını, hesablamaların nə dərəcədə baş tutacağını isə zaman göstərəcək…

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri