Icma.az
close
up
RU
Ərdoğanın dəvəti ilə Türkiyəyə gəldi Ticarət dövriyyəsini 3 milyarda çatdıracaqlar

Ərdoğanın dəvəti ilə Türkiyəyə gəldi Ticarət dövriyyəsini 3 milyarda çatdıracaqlar

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelanın müvəqqəti Prezidenti Delsi Rodriqesi qəbul edib.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

"Görüşdə vitse-prezident Cövdət Yılmaz, xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, ticarət naziri Ömər Bolat iştirak ediblər", - məlumatda deyilir.

Görüşdə Türkiyə-Venesuela ikitərəfli münasibətləri və qlobal proseslər müzakirə edilib

"Görüşdə Türkiyənin hər zaman dost Venesuela xalqının yanında olduğu ifadə edilib", - məlumatda vurğulanıb.

Bildirilib ki, Türkiyə ilə Venesuela ticarət, enerji və mədənçilik sahələri başda olmaqla, bir çox sektorlarda əməkdaşlığı daha da irəli aparmaq qərarına gəlib: "Görüşdə, 3 milyard dollar ticarət döviyyəsi hədəfinə nail olmaq üçün atılacaq addımlar da dəyərləndirilib".

Xatırladaq ki, Əvvəllər Venesuelanın vitse-prezidenti vəzifəsində çalışmış Rodriqes rəsmi and içərək yanvarın 5-də müvəqqəti dövlət başçısı kimi vəzifəsinin icrasına başlayıb.

Yanvarın 3-də Tramp ABŞ-nin Venesuelaya qarşı genişmiqyaslı, uğurlu zərbə endirdiyini elan edib. O, Prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin tutularaq Venesuela ərazisindən çıxarıldığını qeyd edib.

İki gün sonra, 5 yanvarda Venesuela lideri və həyat yoldaşı ittihamların irəli sürülməsi üçün Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıblar. O, məhkəmədə təqsirsiz olduğunu bildirib və əlavə edib ki, hələ də ölkəsinin prezidentidir. Amerika məhkəməsi konsulluq rəsmilərinin Venesuelaya səfər etməsinə icazə verib.

Maduro və həyat yoldaşının işi üzrə ikinci məhkəmə iclası 26 mart 2026-cı ildə Nyu-Yorkdakı federal məhkəmədə hakim Elvin Hellerstaynın sədrliyi ilə baş tutub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 İyun 2026 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri