Ərdoğanla Zelenski telefonda danışdı: Sülh üçün yaranan fürsətin qaçırılmayacağına inanıram
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ərdoğanın özü açıqlama verib.
O bildirib ki, dünən Vladimir Putinlə, bu gün isə Ukrayna prezidenti Vladimir Zelenski ilə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub: "Rusiya ilə Ukrayna arasında birbaşa danışıqları bərpa etmək iradəsini son dərəcə vacib hesab etdik. Türkiyə prosesin hər mərhələsində lazımi dəstəyi verməyə hazırdır. Sülh danışıqları üçün nümayəndə heyətlərini Türkiyədə qəbul etməkdən məmnun olacağıq".
Ərdoğan sülh üçün yaranan fürsətin qaçırılmayacağına inandığını bir daha təkrarlayıb.
Lamiyə Əhmədli
Mia.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 12 May 2025 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















