Ərəb dünyasına açılan təhsil qapısı: UNEC nümayəndələri Mərakeşdə
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
UNEC-in ərəb dünyası ilə əlaqələrinin genişləndirilməsi istiqamətində növbəti addım atılıb.
Belə ki, bir müddət əvvəl UNEC rektoru, professor Ədalət Muradovun iştirak etdiyi Times Higher Education (THE) Ərəb Universitetləri Sammitinə səfərinin davamı olaraq, universitet bu dəfə Mərakeşdə təşkil olunan “Gulf Education Exhibition 2026” beynəlxalq təhsil sərgisinə qatılıb.
12–13 noyabr tarixlərində Mərakeşin Rabat və Kasablanka şəhərlərində keçirilən bu nüfuzlu sərgidə Azərbaycan ali təhsil müəssisələri arasında yalnız UNEC iştirak edir.
Sərgidə universiteti Əcnəbi tələbələrlə iş şöbəsinin böyük mütəxəssisi Xanım Ağadadaşova və Xarici əlaqələr şöbəsinin mütəxəssisi Röya Allahverdiyeva təmsil edirlər.
Tədbirin ilk günündə Rabat şəhərində yerli təhsil müəssisələrinin nümayəndələri və məktəblilərlə görüşlər keçirilib. Sərgi boyunca UNEC-in stendinə çoxsaylı məktəblilər yaxınlaşaraq Azərbaycanda, xüsusilə də UNEC-də təhsil almaq imkanları, qəbul şərtləri və ingilisdilli proqramlarla yaxından maraqlanıblar. Abituriyentlər arasında daha çox maliyyə, biznesin idarə edilməsi və informasiya texnologiyaları (IT) ixtisaslarına, eləcə də ikili diplom və tələbə mübadiləsi proqramlarına üstünlük verilib.
UNEC nümayəndələri Rabat şəhərində yerləşən Zenith School və digər 3 məktəbə də səfər ediblər. Şagird və müəllimlər tərəfindən UNEC-in tədris imkanlarına böyük maraq göstərilib, universitetin beynəlxalq proqramları, tələbə həyatı şagirdlərin diqqətini çəkərək onların çoxsaylı sualları cavablandırılıb.
UNEC qarşıdakı dövrdə də ərəb ölkələri ilə əlaqələrin inkişafını beynəlmiləlləşmə siyasətinin mühüm istiqamətlərindən biri kimi davam etdirəcək.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 13 Noyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















