Icma.az
close
up
RU
Ərəb liderləri Qəzzanın Tramp layihəsinə zidd olan yenidən qurulması planını təsdiqlədi... VİDEO

Ərəb liderləri Qəzzanın Tramp layihəsinə zidd olan yenidən qurulması planını təsdiqlədi... VİDEO

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misir prezidenti Əbdülfəttah əs-Sisinin Qəzza planı ABŞ-nin anklavı ələ keçirmək təklifinə ziddir...

Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirib ki, ərəb liderləri Misirin müharibə nəticəsində dağılmış Qəzza sakinlərinin ərazidə qalmasına imkan verəcək rekonstruksiya planını təsdiqləyib .

Moderator.az "Əl-Cəzirə"yə istinadla xəbər verir ki, çərşənbə axşamı Qahirədə keçirilən görüşdə region liderləri ABŞ prezidenti Donald Trampın Qəzzanın 2,3 milyon sakinini qovmaq və Fələstin ərazisinin yenidən abadlaşdırılması planına əks təklifi təsdiqləyiblər.

BMT-nin baş katibi Antonios Quterreşin də qatıldığı sammitdə Qətər əmiri, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Səudiyyə Ərəbistanının xarici işlər naziri də iştirak edib.

KİV-in məlumatına görə, Misirin planına ərazinin minalardan təmizlənməsi və müvəqqəti yaşayış yerinin təmin edilməsinə yönəlmiş ilkin bərpa mərhələsi, ardınca əsas infrastrukturun yenidən qurulmasına yönəlmiş daha uzun yenidənqurma mərhələsi daxildir.

Qəzzanın gələcəyi ilə bağlı digər əsas suallara anklavı kimin idarə edəcəyi və dağılmış ərazinin bərpası üçün lazım olan milyardlarla dolları hansı ölkələrin təmin edəcəyi daxildir.

Əl-Sisi Misirin fələstinlilərlə əməkdaşlıq edərək Qəzzanın idarəçiliyi həvalə edilmiş müstəqil, peşəkar fələstinli texnokratlardan ibarət inzibati komitənin yaradılması üzərində işlədiyini bildirib. O, komitənin Fələstin Administrasiyasının (FA) geri qaytarılmasına hazırlıq çərçivəsində müvəqqəti bir müddət üçün humanitar yardıma nəzarət və Qəzza zolağının işlərinin idarə edilməsinə cavabdeh olacağını söyləyib.

FA-ya rəhbərlik edən Fələstin prezidenti Mahmud Abbas Misirin ideyasını alqışladığını bildirib və Trampı Fələstin sakinlərinin köçürülməsini nəzərdə tutmayan belə bir planı dəstəkləməyə çağırıb.

2005-ci ildən hakimiyyətdə olan Abbas, həmçinin şərait imkan verərsə, prezident və parlament seçkilərini keçirməyə hazır olduğunu bildirib və əlavə edib ki, FA işğal olunmuş Fələstin ərazilərində yeganə qanuni idarəetmə və hərbi qüvvədir.

"HƏMAS" bildirib ki, o, Qəzza zolağına kənar şəxslərin tətbiq etdiyi istənilən həll variantını rədd edir.

“Biz Qəzza zolağında işğalın yaratdığı humanitar faciəyə son qoyacaq və İsrailin işğalının fələstinliləri yerindən köşürmək planlarına mane olacaq effektiv ərəb rolunu səbirsizliklə gözləyirik”, - təşkilatın çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

Aia.az-ın yaydığı məlumata görə, planın birinci mərhələsində yaxın iki il ərzində Qəzzada təxminən 20 milyard dollar dəyərində 200 min ev tikilməsi nəzərdə tutulur. Bəyannamədə beynəlxalq ictimaiyyəti və maliyyə qurumlarını plana təcili dəstək verməyə çağırıb, həmçinin Fələstin xalqının yaşadığı bölgələrdə əlverişli şərait yaranarsa, bir il ərzində seçkilərin keçirilməsi təklif edilib. Misirin təklif etdiyi planla bağlı əvvəlki açıqlamada yenidənqurma prosesində Fələstin xalqının Qəzzada təhlükəsiz bölgələrdə müvəqqəti səyyar evlərə yerləşdirilməsi və "HƏMAS"-ın hakimiyyəti Fələstin Muxtariyyətinə təhvil verməsi təklif edildiyi bildirilib.

ABŞ prezidenti Donald Trampın irəli sürdüyü və İsrailin baş naziri Netanyahunun dəstəklədiyi mübahisəli planda fələstinlilərin Qəzzadan çıxarılması və Qəzzanın daşınmaz əmlak investisiyaları ilə turizm mərkəzinə çevrilməsi nəzərdə tutulurdu.

S.Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Mart 2025 06:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri