Ərin borcu arvaddan tutula bilər?
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Son zamanlar banklar yeni üsula əl atıblar.
Tələblərini borclunun həyat yoldaşının gəlirinə (əmlakına) yönəldirlər. Məsələn, arvadın banka borcu var, amma gəliri yoxdur. Ərinin pensiyası var. Bank icra məmurundan tələb edir ki, tələb ərin pensiyasına yönəldilsin. İcra məmuru da pensiyannyarısını tutmağa başlayır”.
“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib. İqtisadçının sözlərinə görə, bu, ona görə baş verir ki, ər-arvadın nikah dövründə əldə etdiyi gəlir (əmlak) onların birgə mülkiyyəti hesab olunur:
“Bundan qurtulmağın bircə yolu var: hər kəsin gəlirinin (əmlakının) sırf özünə aid olduğunu təsbit edən nikah müqaviləsinin bağlanılmasıdır.
Bunu hər an, o cümlədən, tələb gəlirə yönəldikdən sonra da etmək olar. Yəni yuxarıda qeyd etdiyim halda ər-arvad nikah müqaviləsi bağlasa, borc artıq ərin pensiyasından tutula bilməyəcək”.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:65
Bu xəbər 26 Avqust 2026 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















