Icma.az
close
up
RU
Ərini öldürüb meyiti həyətdə basdırmışdı Məhkəməsi BAŞLADI

Ərini öldürüb meyiti həyətdə basdırmışdı Məhkəməsi BAŞLADI

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşı Samir Əliyevi qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın cinayət işi üzrə ilkin baxış iclası keçirilib.

Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Elmira Əliyeva özünü qismən təqsirli bildiyini bildirib.

Məhkəmə təqsirləndirilən şəxsin ifadəsi ilə davam edib. Təqsirləndirilən Elmira Əliyeva Samir Əliyevlə 21 ildir ki, evli olduğunu bildirib:

"Əvvəllər Samirlə yaxşı münasibətdə olmuşuq. Son beş ildə münasibətimiz pozulmuşdu. Özü etiraf eləmişdi ki, Binədə yaşayan bir qadınla münasibəti var. Dəfələrlə boşanmaq istəmişəm, razı olmurdu. Məni də uşaqlara qatıb o ki var döyürdü.

Hadisə baş verən gün - noyabrın 5-də yoldaşım qızımı Türkiyəyə yola salıb evə qayıtdı. Mənə əxlaqsız təklif etdi. Mən imtina etdim. Bu da ona xoş gəlmədi. Məni saçımdan dartıb döyməyə başladı, çənəmdən və dizimdən güclü zərbələr vurdu. Saçımdan yapışaraq başımı stolun üstündəki narkotik tozun üstünə vurub onu qəbul etməyə məcbur etdi. Mən ağrının şiddətindən özümdən getdim. Ayılanda gördüm ki, Samir çarpayıda uzanıb tüfəngini yağlayır. Sonra durub tüfəngi kənara qoydu, təkrar çarpayıya uzandı. Mənə dedi ki, bu tüfəngi görürsən da? İstədiyimi eləməsən, düz alınına gələcək. Dedi ki, silahı gətir, alınına qoyacam. Qıc olmuşdum, silahı necə qaldırdığımı bilmədim. Qaçıb otaqdan çıxanda, səndəlləyərək ardımca zala gəldi, oradaca yerə yıxıldı. Silahı atdım yerə. Çıxdım bayıra, sonra qayıdıb onun üstünü mələfə ilə örtdüm. Samiri güclə sürüyüb bayıra çıxarıb basdırdım. Yerin qanını təmizlədim. Divanı hissələrə ayırdım, sonra sürüyüb zibilliyə atdım. Silahı bildiyim kimi söküb çantaya qoydum, aparıb dənizə atdım. Uşaqları da götürüb atamgilə getdim. Hadisədən 11 ay sonra hamı xəbər tutdu. Bu müddət ərzində Samirin itkin düşməsi ilə bağlı polis dəfələrlə bölməyə çağırırdı. Artıq usanmışdım, gözümə qarabasmalar görünürdü. Bezdim, polisə hər şeyi etiraf etdim".

Növbəti proses 2 aprel saat 10:00-a təyin olunub.

Xatırladaq ki, məlum hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Orada yaşayan 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də ailə üzvləri 12-ci polis şöbəsinə müraciət ediblər. Əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin arvadı Elmira Əliyeva tərəfindən ov silahı ilə qətlə yetirilməsi və meyitin yaşadığı evin həyətində basdırılması, qəbrin üstünə də güllər əkilməsi müəyyən edilib. Cinayəti törədən qadın saxlanılaraq, istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Mart 2026 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri