Icma.az
close
up
RU
Ərini qətlə yetirən qadın: “Dedi ki, “kəlmeyi şəhadətini oxu, onsuz da səni öldürəcəm”

Ərini qətlə yetirən qadın: “Dedi ki, “kəlmeyi şəhadətini oxu, onsuz da səni öldürəcəm”

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə Ağır Cinayətlər Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən Aysu Çərkəzlinin cinayət işi üzrə məhkəmədə verdiyi ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş təqsirləndirilən şəxs ifadəsində göstərib ki, hadisə günü həyat yoldaşı Nurlan Çərkəzli içkili vəziyyətdə evə gəlib:

“O mənə “səni öldürəcəm, get mətbəxdən bıçağı gətir” dedi. Nurlanın əlində silah vardı. Mətbəxdən gəldikdə Nurlanın həmin silaha güllə doldurduğunu gördüm. Nurlan mənə “kəlmeyi-şəhadətini oxu, onsuz səni öldürəcəm” söylədi. Sonra o, silahı yerə qoyub, məni döyməyə başladı, saçımdan tutub yataq otağına apardı. Əlləri ilə məni boğmağa çalışdı. Nurlanın əli boşalan zaman əlindən qaçmağı bacarsam da, o, məni arxadan tutaraq stolun dəstəyinə doğru itələdi. Bu zaman xəsarət aldım, pis vəziyyətə düşdüm. Daha sonra silahı və bıçağı əlinə alıb məni öldürəcəyini dedi və qarşısında diz çökməyimi söylədi. Nurlan silaha gülləni dolduranda mətbəxə keçib, iri bıçağı götürdüm. Sonra onun üzərinə gəldim. Nurlan barmaqlarımı qırmağa başlayanda dərhal yerdən bıçağı götürərək, ona xəsarətlər yetirdim. Vəziyyətim normal olmadığı üçün Nurlana hansı xəsarətləri yetirməyi xatırlamıram. Nurlan evə gəlməmişdən əvvəl uşaqları yatırtmışdım”.

Qeyd: 2022-ci ilin iyul ayının 29-da Bərdə rayonu Şorəli kənd sakini 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı, 1994-cü il təvəllüdlü A.Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə N.Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.Çərkəzli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Məlumata görə, çoxsaylı bıçaq zərbələri ilə öldürülən şəxs “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsində çalışırmış.

Belə ki, Ağdam rayonunun Sıxravənd kəndindən məcburi köçkün olan Nurlan və ailəsi 2 il əvvəl Bərdənin Şorəlli kəndinə köçərək yaşamağa başlayıb. Onun həyat yoldaşı A.Çərkəzli ilə izdivacdan 3 övladı dünyaya gəlib.

Qonşular ailənin çox sakit həyat sürdüyünü, indiyədək hər hansı münaqişələrini görmədiklərini deyiblər.

İlkin məlumata görə, ilk olaraq N.Çərkəzli arvadını bıçaqlamaq üçün ona hücum çəkib. A.Çərkəzli də özünü müdafiə etmək üçün ərini bıçaqlayıb. Qadının xəsarətləri yüngül olduğundan onun həyatını xilas etmək mümkün olub. N.Çərkəzli isə boynundan xəsarət aldığı üçün xəstəxanaya çatdırılmamış qanitirmədən keçinib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Çərkəzli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyəti və cəzadan azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunub. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 Aprel 2025 08:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see132

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see115

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

Maskın təklifi

08 İyun 2025 04:23see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri