Icma.az
close
up
RU
Dedi ki, anamın goruna söydüyunə görə öldürdüm Sevgilisini qətlə yetirən qadının cinayət işi

Dedi ki, anamın goruna söydüyunə görə öldürdüm Sevgilisini qətlə yetirən qadının cinayət işi

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçmiş sevgilisini öldürməkdə təqsirləndirilən Ruhiyyə Tahirovanın məhkəməsi başlayıb.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi Tural İsrafilov danışıb: "May ayının 30-da xalam oğlu vatsapda göndərdi ki, qardaşını öldürüblər. Xəbərlərdə baxıb bildim. Ondan sonra Sabunçu morqundan meyiti götürüb aparıb basdırdım. Qadınla əlaqəsinin olmasını hadisədən 4 gün qabaq bilmişəm. Qardaşım bizimlə yaşamayıb, içkiyə meyilli olub. Qardaşımı axırıncı dəfə fevral ayında görmüşdüm, onda sonra bizə gəlməyib. Ruhiyyə Tahirova ilə tanış olduqdan sonra bizimlə yaşamayıb. Bizimlə yaşayanda evə nəsə alıb gətirirdi. Ruhiyyə Tahirovadan şikayətci deyiləm. Bilmirəm, göydə Allah, yerdə bəndə".

Sonra şahid qismində Güllü Əhmədova ifadə verib: "Ruhiyyə ilə qohumam, atamın bibisi qızıdır. Hadisədən bir gün əvvəl mənə zəng elədi ki, sizə gəlmək istəyirəm. Ruhiyyənin bir oğlanla ailə qurmaq istədiyini demişdi, hətta anası ilə də tanış etmişdi. Sonra zəng elədi ağladı ki, bunun fikri ciddi deyil. Dedi oğlanla danış. Mən də Samirlə danşıdım, hiss etdim ki, içkilidir. Səhəri gün zəng elədi ki, Samiri öldürmüşəm, anamın goruna söyüb. Mən də telefonu söndürüb yatdım. Sonra bacım zəng elədi ki, Ruhiyyə ilə danış, konfransa qoşdu. Ruhiyyəni cəmi bir dəfə görmüşəm, onda əvvəlki yoldaşı ilə yaşayırdı. Anası rəhmətə gedəndə anam ilə Xırdalana onlara getmişdim".

Digər şahid Sadiq Allahverdiyev ifadə verərək bildirdi ki, Nizami rayonu 120 saylı Mənzil İstismar Sahəsinin rəisidir: "Ruhiyyə mənim 2020-ci ildən işçim olub, 4 ilə yaxın bizim yanımızda dalanda işləyib. Onun siqaret çəkməsini və içki içməsini həmin gün bilmişəm. Hadisə olan gün səhər mənə zəng elədi ki, adam öldürmüşəm. Mən də gəldim dedim, polisə zəng vur məlumat ver. O da telefonla 102-yə yığdı, dedi".

İttihama görə, təqsirləndirilən Ruhiyyə Tahirova qeyri-rəsmi münasibətdə birlikdə yaşadığı Samir İsrafilova nikaha daxil olmaq istədiyini bildirib. S.İstafilov isə onunla vaxt keçirdiyini, ailə qurmaq niyyəti olmadığını söyləyib. Bu zaman R.Tahirova bunu təhqir kimi qəbul edib. Onların arasında mübahisə yaranıb. Zərərçəkmiş şəxs Ruhiyyə Tahirovadan güclü olduğu üçün ona müqavimət göstərə bilib. Bu zaman başqa çarəsi qalmayan təqsirləndirilən şəxs kəsici alət ilə ona xəsarət yetirib. Nəticədə Samir İsrafilov həyatını itirib. Ruhiyyə Tahirova isə 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Ruhiyyə Tahirova bu mövzuda özünü təqsirli bilib.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı şəxsi münasibətlər zəminində 1986-cı il təvəllüdlü Samir İsrafilovu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 Dekabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri