Icma.az
close
up
RU
Ərinin itkisindən sonra onun gözlənilməz sirrini öyrəndi

Ərinin itkisindən sonra onun gözlənilməz sirrini öyrəndi

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Bir qadın ərini axtarmaq üçün başqa ölkəyə gedəndə onun həyatı ilə bağlı gözlənilməz faktlar öyrənib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Myanmada baş vermiş dağıdıcı zəlzələdən sonra Mey adlı qadın itkin düşmüş əri və oğlunu axtarmaq üçün Tailanda çətin bir səyahətə yollanıb. Lakin o, dəhşətli bir həqiqətlə üzləşib: məlum oldu ki, onun əri on illərlə başqa bir ailə ilə paralel həyat sürüb.

Mey 46 yaşlı əri Cyi Tan və oğlu Kyau Tatu tapmaq ümidi ilə dağları və meşələri keçərək Myanmadan Taylanda piyada yola düşüb. Onlar Banqkokda baş vermiş zəlzələdən sonra bina uçqunları altında qalıb yoxa çıxmışdılar. Amma ailəsi ilə yenidən görüşmək əvəzinə Mey həyatını alt-üst edən bir sirri öyrəndi: onun əri illərdir ki, başqa bir qadınla və uşaqlarla paralel həyat sürürmüş.

“Yaşlı anamı və balaca qızımı evdə qoyub, 30 martda Taylanda piyada yola düşdüm. Meşələrdən və bir neçə dağdan keçərək Kançanaburi əyalətindəki Tayland-Myanma sərhədinə çatdım. Keçid üçün 12 500 bat ödədim", - qadın danışıb.

Mey Banqkoka çatdıqda dərhal yerli hakimiyyət orqanlarına müraciət edərək yaxınlarının cəsədlərinin tapılıb dəfn olunması üçün kömək istəyib. O, yaxınlarının kimliyini təsdiqləmək üçün DNT analizi vermək məqsədilə xəstəxanaya gedəndə isə şok edici bir həqiqət ortaya çıxıb.

Meyin sözlərinə görə, tibb işçiləri ona özünü Cyi Tanın həyat yoldaşı kimi təqdim edən başqa bir qadından və onunla birlikdə DNT testi verməyə gəlmiş qızından danışıblar. Mey bildirib ki, ərinin göndərdiyi pullardan əlavə heç bir şübhəsi olmayıb və uşaqlar da başqa bir qadının mövcudluğundan heç vaxt bəhs etməyiblər.

Tailanddan olan Vi adlı qadın Cyi Tanla on ildir birgə yaşadığını, onun uşaqlarına baxdığını və başqa bir ailənin varlığından xəbərsiz olduğunu deyib. O əlavə edib ki, tərəfdaşına və onun övladlarına bir tanış menecer vasitəsilə tikinti sahəsində iş tapmaqda da kömək edib. İndi isə özünü aldadılmış hiss edir.

Bütün bu emosional sarsıntılara baxmayaraq, Vi Cyi Tan və Kyau Tatın cəsədləri ilə bağlı heç bir iddia irəli sürməyəcəyini, bu hüququ Meyə verdiyini açıqlayıb. Lakin kompensasiya məsələsi hələ də açıq qalır. Rəsmi şəxslərin bildirdiyinə görə, Cyi Tan üçün kompensasiyanı onun qızı, Kyau Tat üçün isə Mey alacaq.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Aprel 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri