Icma.az
close
up
RU
Erkən nikahların qarşısının alınmasında ailənin rolu

Erkən nikahların qarşısının alınmasında ailənin rolu

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Erkən nikahlar cəmiyyətin sosial və iqtisadi inkişafına mənfi təsir göstərən ciddi problemlərdən biridir. Bu problemin qarşısının alınmasında ailənin rolu mühüm əhəmiyyət daşıyır.

Ailə - uşaqların tərbiyəsi, onların təhsili və gələcək həyatları ilə bağlı əsas qərarları formalaşdıran bir institutdur. Erkən evliliyin mənfi təsirlərini azaltmaq və gələcək nəsilləri bu problemdən qorumaq üçün ailələr fəal olmalıdır. Burada maarifləndirmə və düzgün tərbiyə əsas faktordur. Ailələr uşaqlara evliliyin məsuliyyətlərini, erkən evliliyin fəsadlarını izah etməlidir. Uşaq yaşında evliliyin psixoloji, fiziki və sosial problemlərə səbəb olduğunu anlatmaq vacibdir. Bu, bizim ağrılı problemimizdir. Regionlarımızda bu problem daha qabarıqdır. Regionlardakı icra strukturları, təhsil şöbələri, hüquq- mühafizə orqanları nəzarəti gücləndirməli, xüsusi ilə valideynlər övladlarını sosial fəlakətə sürükləməməlidirlər. Bu sahədə maariflənməyə ciddi ehtiyac var.
Apardığımız araşdırmalar göstərir ki, orta məktəbdə nişanlanan qızlarımız birmənalı olaraq təhsildən, sosial həyatdan uzaqlaşdırılır, məktəbə buraxılmırlar. Bu, bizi çox ciddi sosial fəlakətə aparır. Axı, özü uşaq olan, hələ uşaqlığını doğru-düzgün yaşamayan gələcəyin anası necə uşaq tərbiyə edə bilər, ailə münasibətlərini necə tənzimləyə bilər?
Narahatlıq doğuran statistika

Erkən nikahlar bu gün dünyada aktuallıq kəsb edir. Dünyada hər gün 25 min, 1 ildə isə 10 milyondan çox erkən nikah faktı qeydə alınır. Hazırda erkən nikah faktları Asiya və Afrika ölkələrində baş versə də, bir sıra Avropa ölkələrində də erkən yaşda nikahlara rast gəlinir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyir ki, dünyada elm, texnologiya inkişaf etdikcə onun qarşısını alacaq cinayətlər də böyük inkişaf yolu keçir: “Bu, həyəcan təbilidir. Bunlara qarşı konkret tədbirlər görmək lazımdır. Bəzən ailəyə müasir və ənənəvi yanaşmalar ziddiyyət təşkil edir. Azərbaycan hökumətinin bu məsələyə münasibəti birmənalıdır. Hökumət qadınlar və uşaqların hüquqlarına prioritet məsələ kimi baxır və üzərinə düşən vəzifəni yerinə yetirir. Azərbaycan parlamenti də nikah və ailə qanunvericiliyi sahəsində ciddi uğurlar əldə edib. Bu məsələyə cəmiyyətin münasibəti də aparıcı rol oynayır. Qanunların qəbulu, məzmunu ideal ola bilər, lakin qanunun aliliyi ənənələrdən aşağı tutulacaqsa, deməli, biz çətinliklərlə üzləşəcəyik. Biz ailədaxili tərbiyəyə diqqət ayırmalıyıq. Qızlarımızı başqalarının iradəsindən asılı, oğlanları isə başqasının üzərində hökmran kimi tərbiyə etməməliyik”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, deputat Mübariz Qurbanlı qeyd edib ki, erkən nikahlar ümumbəşəri problemdir: “Erkən nikahı bəzən islam dini ilə bağlamağa çalışırlar. Lakin bütün dinlərdə, bütün müqəddəs kitablarda ailə müqəddəs elan edilib və erkən nikahlara çağırış yoxdur. Bu gün Latın Amerikası və Afrikada erkən nikahlar qeydə alınır. Bu, qlobal problemdir. Buna görə də biz ailə tərbiyəsinə xüsusi diqqət ayırmalıyıq”.
Ailələrin vəzifəsi

Ailələr övladlarının təhsilə davam etməsini təşviq etməlidir. Təhsil almaq uşaqların müstəqil qərarvermə qabiliyyətini inkişaf etdirir və onların gələcəkdə daha uğurlu həyat qurmalarına şərait yaradır. Ailələr övladlarına sevgi və qayğı göstərərək, onların özlərini dəyərli hiss etmələrini təmin etməlidir. Bu, xüsusilə qız uşaqlarının məcburi evliliklərə razı olmamasına kömək edə bilər.
Cəmiyyətdə erkən evliliyi təşviq edən yanlış inancları dəyişdirmək üçün ailələr fəal rol oynamalıdır. "Qız yükü, duz yükü" və ya "Tez ərə getmək lazımdır" kimi düşüncələrin əksinə, hər bir insanın öz həyatını qurmaq haqqı olduğu aşılanmalıdır.
Heç kəsə sirr deyil ki, erkən nikahların çoxalması nəticəsində ana və uşaq ölümü artıb, xəstə və anormal uşaqların dünyaya gəlməsi çoxalıb. Bütün bunlar bizə həyacan siqnalı verməyə sövq edir. İnsanlarımız bu problemin ciddiyyətini dərk etməlidirlər. Şuurumuz dəyişməlidir.
Ailələr hökumət və qeyri-hökumət təşkilatlarının erkən evliliyin qarşısını almaq üçün təşkil etdiyi seminar, təlim və proqramlarda iştirak etməlidir.
Ailə erkən nikahların qarşısının alınmasında əsas güc mənbəyidir. Valideynlər övladlarına düzgün istiqamət verərək, onların gələcək həyatlarını daha sağlam və xoşbəxt qurmasına yardım edə bilərlər. Erkən evliliklərlə mübarizədə maarifləndirmə, təhsil və emosional dəstək ailənin ən təsirli vasitələridir.
Dövlət orqanları layihələr, təlimlər həyata keçirir, görüşlər təşkil edir

Dövlət orqanları da bu istiqamətdə üzərlərinə düşən vəzifəni yerinə yetirməyə çalışır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2024-cü ildə regionlarda “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda təlimlər keçirilib. Təlimlərin keçirilməsində məqsəd erkən və qohumlar arasındakı nikahların yaratdığı fəsadların və qızların təhsildən yayınması hallarının qarşısının alınması reproduktiv sağlamlığın qorunması istiqamətində əhalinin maarifləndirilməsidir. Təlimlərdə hər rayondan 40 nəfər olmaqla 680 nəfər iştirak edib.
Dövlət Komitəsi yanında İctimai Şuranın təşkilatçılığı ilə “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda onlayn ictimai dinləmə keçirilib. “Erkən nikah və qohumlar arasında nikah hallarının qarşısının alınması” mövzusunda orta məktəblərdə, kolleclərdə, peşə məktəblərində, institutlarda 14 maarifləndirici görüş təşkil olunub. Görüşlərdə 1471 nəfər iştirak edib.
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ekən nikahların qarşısının alınması məqsədilə Bakı şəhəri Suraxanı rayonunda, Uşaq Səfirlər Məclisinin nümayəndələri tərəfindən isə Sabirabad, Qəbələ, Zaqatala, Xızı, Astara, Qusar, Füzuli, Qazax, Ordubad rayonu və Mingəçevir şəhərində tədbirlər keçirilib, ümumilikdə 410 nəfər iştirak edib.
Keçən il Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən dövlət proqramları və milli fəaliyyət planlarının müvafiq bəndlərinin icrası, insan hüquqlarının, sağlam həyat tərzi və reproduktiv sağlamlığın, milli mənəvi dəyərlər və vətənpərvərliyin təbliği, erkən nikah və məişət zorakılığının qarşısının alınması məqsədilə 651 tədbir və təlim keçirilib, həmin təlim və tədbirlərdə 21705 nəfər bəhrələnib. 2024-cü ildə Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə 2370 nəfər tərəfindən müxtəlif mövzularla bağlı 2455 müraciət daxil olub. Müraciət edənlərin 1710 nəfəri qadındır. Regionlarda erkən nikah və qohum evliliyinin qarşısının alınması məqsədilə 60 tədbir keçirilib, 1735 nəfər bəhrələnib. UADM-lər tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə 10 “açıq qapı” günü keçirilib. Ümumilikdə “açıq qapı” günlərində 960 nəfər müraciət edib.
Müraciət edən 960 vətəndaşa psixoloji, hüquqi və sosial problemlərin həlli üzrə dəstək göstərilib.
İl ərzində UADM əməkdaşları tərəfindən 890 ailəyə səfər edilib. Onlardan 191-i təhsildən yayınma, erkən nikah faktları, qəyyumluğa və himayəyə verilmiş uşaq-ların ailəsinə edilən səfərlərdir. Erkən nikah faktları ilə bağlı 16 ailəyə ilkin və monitorinq səfərlər edilib. 7 faktın qarşısı alınıb.
Ağdam rayonu Quzanlı qəsəbə Bələdiyyəsi ərazisində 2024-cü il ərzində iki erkən nikah halının qarşısı alınıb. Müvafiq dövlət qurumlarının, həmçinin bələdiyyə üzrə gender komissiyasının üzvlərinin iştirakı ilə ailələrlə görüş keçirilib və valideynlərlə proflaktik söhbət aparılıb.
Sumqayıt, Mingəçevir, Naftalan şəhərləri, Cəlilabad, Daşkəsən, Goranboy və Bakı şəhəri Xəzər rayonlarının bələdiyyələrində yaradılan Gender Komissiyaları tərəfindən “Gender bərabərliyi”, “Məişət zorakılığı” və “Erkən nikahlar” adlı maarifləndirici tədbirlər keçirilib.
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Regional İnkişaf İctimai Birliyinin əməkdaşlığı ilə birgə keçən il respublikanın 10 şəhər və rayonunda «Güclü cəmiyyətin zərif simaları» adlı layihə həyata keçirib. Layihənin məqsədi regionlarda yaşayan gənc qızlar və qadınlar arasında gender bərabərliyi mədəniyyətinin təşviqi, şəxsi və liderlik bacarıqlarının inkişafı, erkən nikah, qızların təhsildən yayınması və məişət zorakılığının fəsadları barəsində onların maarifləndirilməsidir. Layihə çərçivəsində keçirilən görüşlərdə 2000 nəfər gənc qız və qadın iştirak edib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 213 saylı Qərarı ilə “Gənclər arasında ailə və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib. Bu Qaydadan irəli gələrək, erkən nikahların qarşısının alınması istiqamətində 13 dövlət qurumu və bütün yerli icra hakimiyyətləri orqanları müəyyən edilmiş vəzifələrə uyğun olaraq illik görülən işlər barəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat göndərirlər. Dövlət Komitəsi tərəfindən bu məlumatlar toplanaraq, illik yekun hesabat Komitənin saytında yerləşdirilir.
Həmçinin Komitə tərəfindən mütəmadi olaraq regionlarda xüsusilə ucqar kənd və qəsəbələrdə müəllim, şagird və valideyn kollektivləri ilə maarifləndirici seminarlar təşkil edilir, görüşlər keçirilir. Bu görüşlərdə erkən nikah və onların fəsadları haqqında ətraflı məlumat verilir. Belə ki, erkən nikaha daxil olan qız təhsildən yayındığı üçün onun gələcək məşğulluq imkanı məhdudlaşır, erkən nikahlar ana və uşaq ölümü hallarının artmasına səbəb olur, erkən yaşda ailə quran qızlar əksər hallarda məişət zorakılığının qurbanı olur və rəsmi nikah olmadığı üçün bu qız-ların hüquqlarının qorunmasında müəyyən çətinliklər yaranır.
Mütəmadi olaraq aparılan maarifləndirmə işləri, profilaktik tədbirlərə baxmayaraq hələ də erkən nikah problemi qalmaqdadır. Dünyada milyonlarla uşaqlar hər il bu zorakılığın qurbanı olurlar. Erkən nikahlar ilə uzunmüddətli mübarizə aparmaq üçün təhsilin təbliğ edilməsi ən uğurlu strategiyadır. Məktəbə gedən qızlar savadlı olur və cəmiyyətin insani və iqtisadi inkişafına töhfə verir və bu da onların ailədəki mövqeyinə, uşaqların tərbiyəsinə müsbət təsir göstərir.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:490
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 İyul 2025 09:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri