Icma.az
close
up
RU
Rasim Balayev yeniliyin qarşıdan gələn düşmənidir Orxan Saffari yazır…

Rasim Balayev yeniliyin qarşıdan gələn düşmənidir Orxan Saffari yazır…

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Rasim Balayevi çıxmaq şərti ilə, Allahın verdiyi hər günün səhəri hər bir sənət adamı üçün fərqli açılır. Ancaq Rasim Balayev üçün hər səhər ona görə eyni açılır ki, onun özünün sənətdə heç bir fərqliliyi yoxdur. Sənətdə heç bir fərqliliyi olmayan Rasim Balayev üçün isə səhərlər məhz bu cür açılır:

“Görəsən, bu gün nədən narazı olum?”

Olur, bəzən belə də olur ki, insanlar zəhmətin, istedadın hesabına yox, zamanın şərtlərinin, təsadüfün nəticəsində meydana çıxır.

Bu mənada, Rasim Balayev bir az da təsadüflərin sənət adamıdır. Ancaq bu təsadüfün zərurətlə əlaqəsi yoxdur.

Maraqlıdır, görəsən, Rasim Balayev özünə sual verirmi ki, mən niyə belə oldum?

Ümumiyyətlə, kim oldum, nə etdim bu sənətdə? Mənə nə ehtiyac var idi, olmasaydım, necə olacaqdı?

Ömür uzunu təkcə “Nəsiminin çörəyi” yeyən Rasim Balayev, çox təəssüf ki, sənətlə məşğul olsa da, heç vaxt sənətkar ola bilmədi. Az-çox çəkisi var idisə, onu da hər dəfə ağzını açıb danışanda itirdi.

Beləcə, Rasim Balayevin sənətinin dərisi öz-özünə soyuldu, yerdə isə heç sümük də qalmadı.

Ümumiyyətlə, Rasim Balayev obrazında həqiqi aktyor, yenilikçi sənətkar adına da heç nə yoxdur.

O, ən yaxşı halda orta-statistik, mental bir məhlə dayısıdır.

Doğrudan da, kimdir Rasim Balayev? Bu əsəbi, çatmaqaş, narazı əminin sənət üçün hansı zəhməti var? Azərbaycan səhnəsinə nə qatdı, hansı yolu cızdı?

Ən ortabab aktyor belə xeyli adamın kumiri olduğu halda, Rasim Balayevin adını heç kim tutmur.

Bu, qocaman bir aktyorun faciəsi deyilmi həm də?

Bu illər ərzində kino dəyişdi, tamaşaçı dəyişdi, aktyorlar dəyişdi, amma onun hələ də “köhnə məktəb” deyilən o böyük daş kitabın üstündə əyləşib, hamıya “siz hara, sənət hara?” baxışı dəyişmədi.

Rasim Balayevin üzünə baxanda oxunan sözlər var:

“Ay bala, o kino deyil”.
“Ay qadan alım, teatr ölüb”.
“Vallah, gənclər heç nə bilmir”.
“Başına dönüm, bizim dövrdə hər şey başqa idi”.

Ümumiyyətlə, Rasim Balayev müasir kinoya belə yanaşır:

“Bizim vaxtımızda belə şey yox idi”.

Kin, küdurət, heç nə qəbul etməmək üstünə elə yapışıb, məsələn, onun bir gənc rejissorla dialoqunu belə təsvir etmək olar.

Gənc rejissor yaxınlaşır:

-“Rasim müəllim, yeni film çəkmişəm…”

Rasim Balayev: – “Niyə çəkdin?”

Yaxud, Rasim Balayevə yeni çəkilən filmlərdən sual verilsə, cavab belə olar:

-Rasim müəllim, bu il çəkilən filmlər haqqında nə düşünürsünüz?”

-O nədir? Film? Mən heç nə görməmişəm. Görmüşəmsə də bəyənməmişəm.

Əgər öz mövcudluğunu diri saxlamaq üçün müsabiqə keçirilsə, qaliblər belə müəyyənləşər:

1-ci yer – Rasim Balayev
2-ci yer – heç kim
3-cü yer – yenə Rasim Balayev

Rasim Balayevin sənət haqqında verdiyi müsahibələr isə belədir:

Jurnalist: Rasim müəllim, son filmlər…

Rasim Balayev: Filmlər? Onlara film desək, adamın vicdanı sızıldayar.

Jurnalisr: Teatrlarımız…

Rasim Balayev: Hansılar? O oynanan şeylər teatr deyil!

Jurnalist: Gənclər…

Rasim Balayev: Nə gənclər? Kamera tutan hamı rejissor deyil.

Jurnalist: Necəsiniz?

Rasim Balayev: Yaxşı deyiləm. Heç nə yaxşı deyil.

Bəli, Rasim Balayev hələ də elə bilir ki, sərt baxışlar, köhnə kişi danışığı, hərəkətləri onu daha da ucaldacaq, sənətin zirvəsinə qaldıracaq.

Ancaq Rasim Balayevin tək bir obrazı var, o da yeniliyin qarşıdan gələn düşməni olmağıdır.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Dekabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see196

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see141

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see128

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see128

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see122

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri