Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Erkən nikahlarla mübarizə: Nələr sərtləşdirilməlidir?

Erkən nikahlarla mübarizə: Nələr sərtləşdirilməlidir?

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Erkən nikahlar uzun illərdir ki, cəmiyyətimizin üzləşdiyi ciddi problemlərdən biridir. Bu məsələ təkcə fərdi həyatı yox, həm də uşaq hüquqlarını, qadınların sosial vəziyyətini və ümumi inkişafı birbaşa təsir edir.

Azərbaycanda qanunvericilik nikah yaşını 18 olaraq müəyyən etsə də, bəzi hallarda sosial, iqtisadi və mədəni səbəblərdən yetkin yaşa çatmamış şəxslərin nikaha daxil olması halları müşahidə olunur.

Erkən nikahların hüquqi çərçivəsi, sosial və sağlamlıq fəsadları, beynəlxalq öhdəliklər və qarşısının alınması yolları hüquqi və analitik aspektdən araşdırma mövzusdur. Məqsəd həm mövcud qanunvericiliyi aydınlaşdırmaq, həm də cəmiyyətdə maarifləndirmə işinə töhfə verməkdir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, erkən nikah problemi dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da ictimai müzakirələrin və hüquqi mübarizənin mövzusudur. Bu məsələ yalnız şəxsi həyatın deyil, həm də dövlət siyasətinin, cəmiyyətin rifahının və insan hüquqlarının birbaşa tərkib hissəsidir:

"Azərbaycan Respublikasının qanunvericiliyi nikah yaşını qadınlar və kişilər üçün 18 yaş olaraq müəyyən edib. Bu müddəa Ailə Məcəlləsinin 10-cu maddəsində əksini tapıb. Qanunvericilik yalnız müstəsna hallarda - valideynlərin və qəyyumluq və himayə orqanının razılığı ilə, məhkəmə qərarı əsasında nikah yaşının bir yaş aşağı salınmasına imkan verir".

Onun sözlərinə görə, praktikada nikah yaşına çatmamış şəxslərin evliliyi, xüsusən də dini kəbin vasitəsilə, hələ də müşahidə olunur. Azərbaycan qanunvericiliyinə görə, nikah yaşına çatmamış şəxslə nikah bağlamaq və ya onu nikaha məcbur etmək qanun pozuntusudur və Cinayət Məcəlləsi ilə məsuliyyət doğurur. Bu baxımdan erkən nikah yalnız sosial problem deyil, həm də hüquqi məsələdir:

"Erkən nikahların fəsadları çoxşaxəlidir. İlk növbədə bu hallar uşaq hüquqlarının pozulması deməkdir. Təhsil hüququndan məhrumetmə, erkən analığın gətirdiyi sağlamlıq riskləri, sosial və iqtisadi asılılıq - bütün bunlar gənc qızların və bəzən oğlanların həyatını mənfi təsirə məruz qoyur".

Ayxan Məmmədli: Əsas məsələ qanunun tətbiqi və cəmiyyətin maarifləndirilməsidir

Müsahibimiz onu da əlavə edib ki, hüquqi baxımdan erkən nikah insanın tamhüquqlu subyekt kimi formalaşmasına mane olur. Ənənəvi təsəvvürlərdən qaynaqlanan bu hallar gender bərabərliyinə də zərbə vurur və qadınların ictimai-siyasi həyatda iştirakını məhdudlaşdırır:

"Azərbaycan Respublikası bir sıra beynəlxalq konvensiyaların iştirakçısıdır. Bunlara Uşaq Hüquqları Konvensiyası, Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya (CEDAW) daxildir. Hər iki sənəd dövlətləri erkən nikahların qarşısının alınması, uşaqların təhsil və sağlamlıq hüquqlarının qorunması istiqamətində effektiv tədbirlər görməyə çağırır".

A.Məmmədli onu da deyib ki, BMT-nin ekspertlərinin vurğuladığı kimi, erkən nikahlar sosial inkişafı ləngidir, yoxsulluğun nəsildən-nəsilə ötürülməsinə zəmin yaradır və qadınların güclənməsinə mane olur:

"Azərbaycan qanunvericiliyi kifayət qədər tədbirlidir, lakin əsas məsələ qanunun tətbiqi və cəmiyyətin maarifləndirilməsidir. Praktikada erkən nikah hallarının kökündə çox vaxt sosial-iqtisadi çətinliklər, patriarxal dəyərlər və regionlarda təhsil imkanlarının məhdudluğu dayanır. Buna görə də, yalnız hüquqi cəza tədbirləri ilə kifayətlənmək olmaz. Maarifləndirici proqramlar, gənclərin təhsil imkanlarının artırılması, qadınların iqtisadi müstəqilliyinin dəstəklənməsi və valideynlərin məsuliyyətinin gücləndirilməsi erkən nikahların qarşısının alınmasında həlledici rol oynaya bilər".

Son olaraq həmsöhbətimiz diqqətə çatdırıb ki, erkən nikahlar həm hüquqi, həm də sosial problem olaraq qalır. Onların qarşısının alınması dövlətin, cəmiyyətin və ailələrin birgə məsuliyyətidir. Qanunvericiliyin sərtləşdirilməsi və beynəlxalq öhdəliklər mühüm alətlərdir, lakin ən vacib məsələ ictimai şüurun dəyişməsidir. Erkən nikahların qarşısının alınması yalnız qanunların tətbiqi ilə deyil, həm də maarifləndirmə və sosial siyasət tədbirləri ilə mümkündür.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri