“Həmrəylik kuboku”nun qalibləri məlum oldu
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Sports.az saytının təşkilatçılığı, “Etopaz”ın baş sponsorluğu və “Şah klub”un dəstəyilə media nümayəndələri arasında şahmat üzrə birinci “Həmrəylik kuboku” baş tutub.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə onlayn formatda təşkil olunmuş turnir 9 turdan ibarət dairəvi sistemlə keçirilib.
Gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışda yekunda 8 xalla İctimai Radionun aparıcısı Əhməd Əliyev çempion olub.
İkinci yeri 6.5 xalla ATV-nin tanınmış aparıcısı İlkin Fikrətoğlu, üçüncü yeri isə 6 xalla Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının media departamentindən Emil Əliyarlı tutub.
Qaliblərə və bütün iştirakçılara Etopazın pul mükafatları təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:210
Bu xəbər 17 İyun 2026 08:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















