Icma.az
close
up
RU
Erkən yaşda kosmetika istifadəsinin 5 təhlükəsi

Erkən yaşda kosmetika istifadəsinin 5 təhlükəsi

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son zamanlarda kosmetik məhsulların uşaq və yeniyetmələr tərəfindən daha tez-tez istifadə olunması, bu məhsulların sağlamlıq üzərindəki təsirləri ilə bağlı narahatlıqları artırıb. Uşaqların dərisinin böyüklərlə müqayisədə daha incə və həssas olması, eləcə də hormon sistemlərinin inkişaf mərhələsində olması, bu məhsullardakı kimyəvi maddələrin təsirini daha da təhlükəli edir.Kiçik miqdarda kimyəvi maddələr belə ciddi hormonal dəyişikliklərə və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Erkən yaşda kosmetik məhsullardan istifadə allergiyadan tutmuş hormon pozğunluqlarına qədər ciddi fəsadlara yol aça bilər.


Pravda.az erkən yaşda makiyaj vasitələrinin istifadəsinin yaratdığı beş əsas təhlükəni təqdim edir:


Dəri qıcıqlanması və allergik reaksiyalar:
Ətirlər, parabenlər, rəngləndiricilər və qoruyucu maddələr kimi tərkib hissələri uşaqların dərisində qızartı, qaşınma və səpkilərə səbəb ola bilər. Bu, kontakt dermatit və digər dəri xəstəliklərinə gətirib çıxara bilər. Göz kosmetikası (maskara, kölgə, layner) göz ətrafında qızartı və sulanma yarada, dodaq məhsullarının udulması isə toksik təsir göstərə bilər.


Məsamələrin tıxanması və sızanaq:


Tonal krem, pudra və bəzi nəmləndiricilər uşaqların məsamələrini tıxayıb sızanaq yaranmasına səbəb ola bilər. Dəri tipinə uyğun olmayan məhsullar və düzgün təmizlənməyən makiyaj problemi daha da artırır.


Yoluxucu xəstəliklər:


Uşaqların kosmetik məhsulları paylaşması virus və bakteriyaların yayılmasına şərait yaradır. Bu isə xüsusilə göz infeksiyalarına (məsələn, konjonktivit) səbəb ola bilər.
Hormonal pozğunluqlar:


Fitalatlar, parabenlər, bisfenol A və triklosan kimi kimyəvi maddələr uşaqlarda hormonal balansı poza bilər. Bu maddələr erkən yetkinlik, reproduktiv problemlər, tiroid funksiyalarında pozulma və xərçəng riskini artıran amillər kimi göstərilir. Bəzi keyfiyyətsiz məhsullarda hətta ağır metallar (qurğuşun, civə və s.) aşkarlana bilər ki, bu da sinir sistemi və inkişaf üçün təhlükədir.


Psixoloji təsirlər:


Makiyaj vərdişi uşaqlarda erkən yaşda yetkin davranış modellərinin formalaşmasına səbəb ola bilər. Bu isə özgüvən çatışmazlığı, öz bədəninə qarşı tənqidi yanaşma və digər psixoloji problemlərlə nəticələnə bilər.


Mütəxəssislər xəbərdar edir:


Makiyaj əvəzinə uşaqlara təbii və təhlükəsiz alternativlər (məsələn, üz boyası) təklif olunmalıdır.


Hipoalergen, toksik olmayan və sertifikatlı məhsullara üstünlük verilməlidir.


Məhsulların tərkibi diqqətlə oxunmalı, paraben, fitalat və triklosan kimi maddələrdən uzaq durulmalıdır.


Makiyajdan sonra dəri mütləq təmizlənməlidir.


Əgər istənilməyən reaksiya və ya narahatlıq yaranarsa, dərhal dermatoloqa müraciət edilməlidir.
Əminə Bayramova 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://pravda.az
archiveBu xəbər 29 Aprel 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see245

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see173

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see152

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see141

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see136

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see136

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see136

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see129

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see128

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see127

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see126

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see123

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see122

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see121

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see120

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see120

ABŞ də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi

13 İyun 2025 02:49see119

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see119

Hava şəraiti pisləşəcək ƏHALİYƏ XƏBƏRDARLIQ

12 İyun 2025 22:47see115

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub

13 İyun 2025 19:56see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri