"Azəriqaz"ın baş direktoru Kürdəmirdə vətəndaş qəbulu keçirdi FOTO
Bakupost saytına istinadən Icma.az xəbər verir.
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Kürdəmir rayonunda baş tutub.
Birlik rəhbəri Ucar, Kürdəmir, Tovuz, Zərdab, Şəmkir, Qəbələ və Ağsu rayonlarından qəbula üz tutan 30-dək vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, obyektin qazlaşdırılması, iş yerinin dəyişdirilməsi və istehlak olunan təbii qaza görə yaranan debitor borcun araşdırılması ilə bağlı müraciətlər ünvanlayıblar.
Baş direktor hər bir müraciətin həlli yolu barədə vətəndaşlara ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Ağsu Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 14 İyun 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















