Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

150 ilə sözardı

150 ilə sözardı

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış yazıçı, jurnalist, tarixçi, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədlinin Azərbaycan mətbuatının yaranmasının 150 illiyi münasibətilə kitabı dərc olunub. Kitab milli mətbuatımızın inkişafı tarixinə həsr olunub - “Yeni Azərbaycan” qəzeti olaraq müəllifi təbrik edirik. Düşündük ki, “150 ilə sözardı”na ən yaxşı təbrik elə müəllifin sözardıdır...

Siz bu səhifədəki şəklə diqqətlə baxın, lütfən, mənim üçün çox əzizdir. Onu səhərə yaxın, dan yeri sökülməsinə az qalmış o zaman çalışdığım “Yeni Azərbaycan”dakı dostlarımdan kimsə təsadüfən çəkmişdi. Ağlımdan keçməzdi ki, otuz ildə yazdıqlarımın, danışdıqlarımın müəyyən bir hissəsi nə zamansa sıralanıb kitab olacaq və bu şəklin işığında xatirələrimi silkələməklə həmin kitaba yekun vurmağa çalışacağam.

Mübaliğəsiz deyə bilərəm ki, biz bu şəkil çəkilən günü sutkanın bütün saatını işləmişdik; səhər çağı qəzetin xüsusi nömrəsinin planlaşdırmasını keçirdik, daha sonra öhdəmizə düşən mövzular üzrə məqalələri yazdıq, günün ikinci yarısından redaktəyə və onunla paralel şəkildə səhifələrin tərtibatına başladıq, şəkilləri dəqiqləşdirdik, gecəyarıya qədər səhifələrin tərtibatı ilə bərabər, ikinci növbə işləyən korrektorlarımız işə başladı, daha sonra səhifələri plyonkaya verib ardıcıllıqla sıraladıq, yenidən tutuşdurub gözdən keçirdik, hər şeyin qaydasında getdiyinə əmin olduqdan sonra mətbəəyə yollandıq. O zaman “Azərbaycan” nəşriyyatına rəngli qəzet çap etdirmək texnologiyası hələ gəlmədiyindən əvvəlcədən planlaşdırdığımız kimi, üz tutduq mikrorayonda yerləşən rəngli qəzet çap etmək imkanı olan yeganə özəl mətbəəyə. Qəzetin xüsusi buraxılışının tam rəngli çıxmasına qərar vermişdik.

Çap maşını işə düşdü, barabanlar sürətlə fırlandıqca adamı qeyri-adi hisslər bürüyürdü. Bir neçə dəqiqə sonra bütün günü davam edən gərgin əməyimizin bəhrəsi olan qəzet göründü. Onu ilk dəfə əlimə götürəndə qeyri-ixtiyari məni gülmək tutdu. Bu cümlədə “məni gülmək tutdu” yerinə “üzümə təbəssüm qondu” da yaza bilərdim, lakin həmin vaxt keçirdiyim hissləri ifadə etmək baxımından bu, çox süni görünərdi, çünki həddindən artıq sevinmişdim. Təkcə mən yox, bütün dostlarım, hətta mətbəənin fəhlələri də sevinirdilər. Biz qəzeti necə görmək istəyirdiksə, necə hazırlamışdıqsa, eləcə də qarşımızda dayanmışdı. Artıq dan yeri sökülmüşdü və məhz həmin vaxtkı duyğularımın əks olunduğu bu təsadüfi foto indi mənə yaddaşımı təzələmək üçün ipucu verir. Həmin gün işimiz mətbəə ilə yekunlaşmadı, bütün tirajı yük maşınına yığıb yenidən “Azərbaycan” nəşriyyatına qəzetlərin paylanış məntəqəsinə gəldik. Tələsmək lazım idi, çünki qəzetlərin bölgüsünü aparan yayım firmaları işlərini yekunlaşdırıb bizim yolumuzu gözləyirdilər. Nəşriyyatın arxasında yerləşən məntəqəyə çatan kimi qəzet bağlamalarını çiynimizə götürüb müxtəlif yayım firmalarının yerləşdiyi mərtəbələrə “daraşdıq”. Bağlamaları bölgü üzrə təhvil verib qaimələri imzalatdırdıqdan sonra artıq səhərin açıldığını fərq elədik. Dostlarımdan biri zarafatla “bir az da gözləsək, gedib köşkdən qəzet alardıq” dedi.

Biz həmin gün sutkanın bütün saatını işlədik. Yorulduqmu? Xeyr! Axı heç də hər zaman qəzetimizin xüsusi buraxılışı çıxmırdı. Biz də ona xüsusi hazırlaşmışdıq, ürəkdən və sevərək işləmişdik və bu keyfiyyətin yavaş-yavaş peşəkar vərdişə, daha sonra isə həyat tərzinə çevriləcəyini sonralar, lap sonralar hiss etməyə başladıq. Hansı yazını yazdıqsa, hansı işin qulpundan yapışdıqsa, onu ürəkdən və sevərək etdik. Heç vaxt da “yoruldum” demədik. İllərin zəhməti bizi həmişə alın tərinə qarışmış təbəssümlə mükafatlandırdı və biz də taleyin qisməti ilə barışdıq, işimizlə, imzamızla fəxr elədik, qürurlandıq.

Jurnalist hər gün işə gələndə yeni səhifədən, təzə sətirdən böyük hərflə başlamağa məhkumdur, başqa peşələrdə belə şey yoxdur. Yaxşı jurnalist adını daşıyan şəxs şairdən, yazıçıdan, rəssamdan, bəstəkardan fərqli olaraq, yaxşı olduğunu hər gün yenidən sübut etmək üçün çalışır. Heç bir jurnalist dünənin reportajının və ya məqaləsinin, eksklüziv xəbərinin kölgəsində qala bilmir, hər gün təzə xəbər, yeni fikir gözləyən cəmiyyət buna imkan vermir. Hər gün yenidən doğulmaq, hər gün yaxşı olduğunu bir daha sübut edərək ictimai etimadı bir az da möhkəmləndirmək - budur bizim peşənin özəlliyi.

Əziz oxucu, 150 ilin söhbətini bir kitaba sığışdırmağın mümkünsüz olduğunu sübut etməyə gərək yoxdur. Yuxarıda təsadüfən xatırlatmadım ki, otuz ildə yazdıqlarımın, danışdıqlarımın yalnız müəyyən bir qismi bu kitabda cəmlənib, çünki hər yazılan söz kitaba çevrilmir, hər söz kitab olmaq üçün yazılmır. Bu kitabda milli mətbuatımızın fədailərinin irsinə istinad edərək tarixdən bugünümüzə boylanmağa çalışdıq, texnologiyanın inkişafı ilə amansız rəqibləri artdıqca artan jurnalistikanın gələcəyi haqqında fikirlərimizi bölüşdük. Düşünürük ki, informasiyanın daha sürətlə ötürülməsini təmin edən texnoloji tərəqqinin fikrin ifadə formalarında inqilabi dəyişikliklər yaratması jurnalistikanı küncə sıxışdırmır, əksinə, onun müasir tələblərə cavab verməsi üçün yeni üfüqlər açır. Hər halda, insanın ən ali keyfiyyəti olan düşünmə bacarığını süni intellektə güzəştə gedəcəyini düşünməyin özü inanılmaz dərəcədə qəribə və absurd səslənir. İnsan düşünürsə, deməli, o nəsə demək istəyir, deməli, o hansısa fikrin daşıyıcısıdır, onun hiss və həyəcanlarını, məntiqi mühakimələrini, yəni özünün daxili dünyasını sözlə ifadə etməyə ehtiyacı var və həmişə də olacaq. Fikrin ifadə formaları isə zamanın rəhninə bağlıdır; bu, kağız üzərində sıralanmış qəzet sütunları da ola bilər, veb-saytların ildırım sürəti ilə yenilənən xəbər lenti də və ya indi təsəvvür etməyimiz mümkünsüz görünən başqa bir texnoloji fenomen də. Hər nə olur olsun, bunların hamısı yalnız forma məsələləridir. Məzmunu isə özünün düşünmə bacarığını kimsəyə güzəştə getməyəcək insan yaradır. Düşünərək müəyyən qənaətə gəlmək üçün insanın ilk növbədə balanslı, obyektiv və qərəzsiz informasiyaya olan tələbatı ödənməlidir. Başlıca məqsədi həqiqəti axtarmaq olan jurnalistikadan savayı, bu tələbatı ödəyəcək başqa bir fəaliyyət sahəsi, başqa bir peşə yoxdur. Bu baxımdan, “jurnalistika tək bu günün deyil, gələcəyin peşəsidir” desək, yanılmarıq. Biz milli mətbuatımızın 150 illiyinə işıq tutmağa çalışdığımız söhbətimizdə jurnalistikanın zəngin tarixini xatırladaraq onun həm də gələcəyin peşəsi olacağına əminliyimizi də bölüşmək istərdik.

Elə bu əminliklə də söhbəti çox da uzatmadan gəlin bir daha qayıdaq sözümüzün əvvəlinə. Adətən, müəlliflər kitablarında məxsusi olaraq çəkdirdikləri təzə şəkillərinin verilməsini istəyirlər. Mənsə uzun illərin o tayından gülərək boylanan, bütün sutkanı işlədikdən sonra “yoruldum” demədən gələcək haqqında ümidli planlar qurmağa davam edən bu gəncin şəklinin getməsini istədim. Onun dağınıq saç düzümündən, gözündəki yumru halqalı eynəyindən, bir də sadəlövh təbəssümündən ötrü çox darıxmışam... Yorulduqmu? Xeyr! İnsan ürəkdən bağlandığı və sevərək gördüyü işdən yalnız zövq ala bilər. Sabah həmişə olduğu kimi yeni səhifədən, təzə sətirdən başlayacağıq!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 İyun 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri