Uşaqların kosmetika istifadəsinin fəsadları XƏBƏRDARLIQ
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
"Kiçik yaşlarda kosmetika istifadəsi ekzemaya, müxtəlif dəri xəstəliklərinə və atopik dermatit kimi allergik vəziyyətlərə səbəb ola bilər".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə türkiyəli məşhur dermatoloq Nilsel İlter xəbərdarlıq edib.
O, son illərdə uşaqlar arasında kosmetik məhsullardan istifadənin yaş həddinin 10-a qədər endiyini vurğulayıb.
"Bizə müraciət edən uşaqlardan dəriyə hansı məhsullar çəkdiklərini soruşuruq. Bir pasiyentimin hətta böyüklər üçün nəzərdə tutulan kosmetika çantası vardı. Çantasında korrektordan tutmuş dodaq boyasına qədər müxtəlif məhsullar tapıldı" , - deyə Nilsel İlter təəccübünü ifadə edib.
Mütəxəssis valideynləri uşaqları kiçik yaşlardan kosmetika istifadəsindən uzaq tutmağa çağırıb. O, uşaqların erkən yaşda kosmetikaya maraq göstərməsinin əsas səbəbini sosial media təsiri ilə əlaqələndirərək, onların bu mühitlərdən mümkün qədər qorunmasının vacibliyini vurğulayıb.Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 26 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















