Icma.az
close
up
RU
Erməni baş nazirin “sürpriz”ləri

Erməni baş nazirin “sürpriz”ləri

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərin­dən sonra yeni qanunverici orqanın formalaşdırılması prosesi davam edir. Müxalifətin seçkinin nəticələri ilə bağlı Konstitu­siya Məhkəməsinə (KM) etdiyi müraciətlər hələ tam yekunlaş­masa da, artıq yeni parlamentin ilk iclasının keçiriləcəyi tarix və rəhbər vəzifələrlə bağlı əsas qərarlar açıqlanmağa başlayıb.

“Hraparak” qəzetinin yaydığı mə­lumata görə, Milli Assambleyanın yeni çağırış üzrə ilk iclasının avqustun 3-də keçirilməsi nəzərdə tutulub. Parlament ənənəyə uyğun olaraq yaşca ən böyük deputat olan Knyaz Həsənovun sədrliyi ilə fəaliyyətə başlayacaq. Yeri gəlmiş­kən qeyd edək ki, Ermənistanın kürd icmasını təmsil edən 81 yaşlı Həsə­nov milli azlıqlar üçün ayrılmış kvota üzrə yenidən deputat seçilib. O, hakim “Mülki müqavilə” partiyasını təmsil edir və bundan əvvəl də (2017, 2018 və 2021-ci illərdə) deputat seçilib.

Reqlamentə əsasən, yeni çağırış parlamentin ilk iclasında ölkə prezi­denti və bütün ermənilərin katolikosu da iştirak etməlidir. Lakin mətbuatda yayılan məlumatlara görə, hakimiyyət Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregini iclasa dəvət etməyi planlaş­dırmır. Bu qərar hökumətlə kilsə ara­sında son aylarda daha da dərinləşən qarşıdurmanın növbəti göstəricisi kimi qiymətləndirilir.

Yeni parlamentdə mandat bölgüsü də artıq məlumdur. “Mülki müqavilə” 64 mandat qazanaraq parlament çoxlu­ğunu qoruyub saxlayıb. “Güclü Ermə­nistan” bloku 29, “Ermənistan” bloku isə 12 mandat əldə edib. Beləliklə, hakim qüvvə parlament çoxluğunu qo­ruyub saxlayıb, amma Konstitusiyaya təkbaşına dəyişiklik etmək üçün tələb olunan konstitusion çoxluğu təmin edə bilməyib. Seçkilərdə iştirak edən “Çiçəklənən Ermənistan” partiyası isə 58 min 287 səs toplayaraq 3,98 faiz nə­ticə göstərib və qanunla müəyyən edil­miş 4 faizlik baryeri cüzi fərqlə keçə bilməyib.

Bu arada parlament rəhbərliyi ilə bağlı da hakim partiya daxilində se­çim yekunlaşıb. “Mülki müqaviləsi” partiyasının idarə heyəti gizli səsver­mə yolu ilə hazırkı vitse-spiker Ruben Rubinyanın parlament sədri vəzifəsinə namizədliyini irəli sürüb. “Armenpres­s”in məlumatına görə, Rubinyan jurna­listlərə açıqlamasında bildirib ki, sədr seçiləcəyi təqdirdə Ermənistan–Tür­kiyə münasibətlərinin normallaşdırıl­ması üzrə xüsusi nümayəndə vəzifəsini davam etdirməyəcək: “Əgər parlament sədri seçilsəm, Türkiyə ilə danışıqları davam etdirməyəcəyəm. Bununla da müxalifətin mənim məhz danışıqları davam etdirmək üçün bu vəzifəyə irə­li sürüldüyüm barədə iddiaları puça çıxmış olacaq. Müxaliflər bu mövzuda konspirasiya nəzəriyyələri səsləndirir­lər. Onların təxminən 90 faizi dərhal öz əhəmiyyətini itirəcək”.

Xüsusi nümayəndə vəzifəsində onu kimin əvəz edə biləcəyi ilə bağlı sua­la cavabında Rubinyan qeyd edib ki, bu məsələ hələ gündəmə gətirilməyib: “Hələlik bu posta kimin təyin olunaca­ğı müəyyənləşməyib. Təbii ki, qərarı baş nazir və hökumət verəcək”. Hazır­kı parlament sədri Alen Simonyanın bu vəzifəyə təyin oluna biləcəyi ehtimalı­na münasibət bildirən Rubinyan bunu real variant hesab etmədiyini söyləyib.

Spiker postu ətrafında başqa müza­kirələr də yaşanıb. Mətbuatın yazdığına görə, bir müddət əvvəl parlament sədri postuna əsas namizədlərdən biri hesab olunan, ABŞ-dakı keçmiş səfir, hazırda isə Paşinyanın baş müşaviri olan Li­lit Makunts bu vəzifədən imtina edib. Bildirilir ki, partiya daxilində onun na­mizədliyinə ciddi etirazlar yaranıb. Bir çox deputatlar uzun illər parlamentdə fəaliyyət göstərdikləri halda, ölkəyə yeni qayıdan Makuntsun bu posta gə­tirilməsini düzgün hesab etməyiblər. Nəticədə Makunts hökumətdə qalmağa üstünlük verib.

Hakim partiya parlament fraksiya­sının rəhbəri postuna isə Arusyak Ma­navazyanın namizədliyini təsdiqləyib. Ermənistan mətbuatında onun əsasən baş nazirin siyasi kursunu parlament fraksiyasında həyata keçirəcək fiqur kimi qiymətləndirildiyi qeyd olunur.

Baş nazir Paşinyan isə son günlər yayılan daxili siyasi iddialara münasi­bət bildirib. O, keçmiş həyat yoldaşı Anna Akopyanın parlamentin keçmiş sədri Alen Simonyanın vəzifədən uzaq­laşdırılmasına təsir göstərməsi barə­də iddiaları qəti şəkildə təkzib edib. “Anna Akopyanın siyasi proseslərdə heç bir iştirakı və rolu yoxdur”, – deyə Paşinyan vurğulayıb.

Jurnalistlərin onu avtoritar idarəçi­likdə ittiham edən sualına cavab verən baş nazir onu da bildirib ki, mətbuat nümayəndələrinin sərbəst şəkildə ona istənilən sualı verməsi ölkədə vəziy­yətin ən yaxşı göstəricilərindən biridir.

* * *

Beləliklə, yeni parlamentin forma­laşdırılması prosesi göstərir ki, Ermə­nistanda seçkilər başa çatsa da, siyasi mübarizə hələ yekunlaşmayıb. Hakim “Mülki müqavilə” parlament çoxlu­ğunu qoruyub saxladı, amma əvvəlki illərlə müqayisədə manevr imkanları müəyyən qədər məhdudlaşıb. Konsti­tusion çoxluğun itirilməsi o deməkdir ki, ən mühüm qərarlar üçün artıq təkba­şına hərəkət etmək əvvəlki qədər asan olmayacaq.

Diqqətçəkən məqamlardan biri də odur ki, Paşinyan komandasında cid­di kadr dəyişiklikləri baş verir. Alen Simonyanın parlament sədrliyindən kənarda qalması, Ruben Rubinyanın ön plana çıxması, Lilit Makuntsun isə bu vəzifədən imtina etməsi göstərir ki, hakimiyyət daxilində yeni qüvvələr nisbəti formalaşdırılır. Bu dəyişikliklər zahirən adi rotasiya təsiri bağışlasa da, əslində Paşinyanın növbəti siyasi mər­hələ üçün komandasını yenidən qurma­ğa çalışdığını göstərir.

Rubinyanın sədr seçiləcəyi halda Türkiyə ilə normallaşma üzrə xüsusi nümayəndə postundan ayrılması da təsadüfi qərar deyil. Bu, Ankara ilə di­aloqun yeni mərhələyə keçəcəyindən və danışıqlar prosesində başqa fiqurun ön plana çıxacağından xəbər verə bilər. Kimliyindən asılı olmayaraq, yeni nü­mayəndənin Paşinyanın siyasi xəttin­dən kənara çıxacağı gözlənilmir.

Hakimiyyətlə Erməni Apostol Kil­səsi arasında münasibətlərin gərgin qalması isə yeni parlamentin ilk günlə­rindən diqqət mərkəzində olacaq. Ka­tolikosun ilk iclasa dəvət edilməyəcəyi barədə məlumatlar təsdiqini tapsa, bu, tərəflər arasındakı qarşıdurmanın hələ də davam etdiyini göstərəcək. Bu mü­nasibətlər artıq təkcə dini müstəvidə deyil, siyasi gündəliyin də mühüm his­səsinə çevrilib.

Müxalifətin KM-ə müraciət etmə­si seçki nəticələrini dəyişəcək addım kimi görünmür. Daha çox seçkiyə eti­razın hüquqi və siyasi müstəvidə da­vam etdirilməsi məqsədi daşıyır. Möv­cud parlament bölgüsü hakimiyyətin əsas üstünlüyünü saxladığını göstərsə də, əvvəlki illərdə olduğu kimi, tam rahat fəaliyyət göstərə biləcəyini söy­ləmək çətindir. Qarşıdakı aylarda par­lamentdə əsas müzakirələr təkcə daxili siyasi məsələlər ətrafında olmayacaq. Ermənistanın Türkiyə və Azərbaycan­la münasibətləri, Avropa İttifaqı ilə yaxınlaşma siyasəti, eləcə də Rusiya ilə münasibətlər yeni parlamentin fəa­liyyətinin əsas istiqamətlərini müəyyən edəcək. Bu baxımdan avqustun 3-də keçiriləcək ilk iclas sadəcə yeni çağı­rışın başlanğıcı deyil, həm də Paşinyan hakimiyyətinin növbəti mərhələsinin necə idarə olunacağına dair ilk siqnal­ları verəcək.

S.NAZİMOĞLU

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see655

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see385

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see288

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see269

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see264

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see230

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see217

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see217

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see209

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see209

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see186

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see184

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see170

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see169

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see162

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see157

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see154

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see153

Çingiz Əhmədov qadınlarla bağlı sözlərinə görə tənqid olundu

18 Avqust 2026 11:39see146

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri