Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Erməni diasporunun Paris iflası

Erməni diasporunun Paris iflası

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

İrəvan xaricdə axıdılan göz yaşlarına inanmır

Aprelin 11-12-də Fransanın paytaxtı Parisdə erməni diasporunun forumu keçirilib. Forumda dünyanın 26 ölkəsindən 150-dən çox erməni – özlərini ziyalı adlandıran şəxslər, siyasi və ictimai xadimlər iştirak ediblər. Toplantıda digər məsələlərlə yanaşı, hayların təbirincə desək, “Dağlıq Qarabağ” və “erməni soyqırımı” məsələləri də müzakirə olunub. Bütün ermənilərin katolikosu II Qaregin, Kilikiya Böyük Evinin katolikosu I Aramla yanaşı, bir zamanlar Azərbaycan ərazisində mövcud olmuş separatçı xunta rejiminin “parlamentinin spikeri” və “prezident vəzifəsini icra edən” Aşot Danielyan da forumda videomüraciətlə çıxış ediblər.

Forumun yekun bəyanatında bildirilir ki, hazırda diaspor üçün prioritet məqsədlər Ermənistanın gücləndirilməsi, “erməni soyqırımı”nın tanıdılması və buna görə məsuliyyət (?) məsələsinin gündəmdə saxlanılması, eləcə də “Artsax məsələsi”nin həlli (“əsirlər”in azad olunması, geri qayıdış hüququ, mədəni irsin qorunması, Ermənistanda yaşayan “artsaxlıların” hüquqlarının müdafiəsi və sosial problemlərinin həlli) hesab olunur. İştirakçılar Ermənistan hakimiyyətinin kilsəyə münasibətdə siyasətini pisləyərək, iyerarxlara edilən təzyiqlərə (?) qarşı birləşməyə çağırıblar. Bəyanatda qeyd olunur ki, “milli kimliyə qarşı atılan istənilən addım həmrəy müqavimətlə” qarşılanmalıdır. Forum iştirakçıları, həmçinin, cəmiyyətdə parçalanmanın qarşısının alınmasının və kilsə ətrafında birləşməyin vacibliyini vurğulayıblar.

Bununla yanaşı, bəyanatda Ermənistan hakimiyyətinin diaspora münasibətdə yürütdüyü “etinasız yanaşmaq və parçalamaq” siyasəti tənqid edilib. Bu münasibətlərin yenidən nəzərdən keçirilməsi və diaspor nümayəndələrinin ölkənin inkişaf potensialına töhfəsinin artırılması üçün proqram hazırlanması təklif olunub. Forum iştirakçıları, həmçinin, harada yaşamasından asılı olmayaraq, bütün Ermənistan vətəndaşlarını ölkəyə qayıdaraq qarşıdan gələn seçkilərdə səs verməyə çağırıblar. Bəyanatda vurğulanır ki, “mövcud hakimiyyətin antimilli kursunun dəyişdirilməsi və milli-dövlətçilik inkişaf xəttinin bərqərar edilməsi” zəruridir.

***

Paris forumu bir daha göstərir ki, erməni diasporunun müəyyən hissəsi hələ də reallıqla hesablaşmaqda çətinlik çəkir və siyasi prosesləri köhnə düşüncə tərzi əsasında qiymətləndirməyə davam edir. Halbuki, regionda vəziyyət köklü şəkildə dəyişib. Ötən ilin avqustunda Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması, eyni zamanda, Ermənistan–Türkiyə münasibətlərinin normallaşması istiqamətində müşahidə olunan müsbət dinamika İrəvan üçün yeni imkanlar pəncərəsi açır. Belə bir həssas mərhələdə diasporun tutduğu mövqe isə bu imkanları dəstəkləmək əvəzinə, əksinə, onları sual altına qoymağa xidmət edir.

Forumda səsləndirilən tezislərdən aydın görünür ki, bu çevrələr hələ də “Dağlıq Qarabağ” və ya “Artsax” kimi artıq tarixə qovuşmuş anlayışları siyasi gündəmdə saxlamağa çalışır, “geri qayıdış”, “status”, “məsuliyyət” kimi reallıqdan uzaq iddialarla çıxış edirlər. Belə ritorika İrəvanın Bakı ilə əldə etdiyi razılaşmaların ruhuna ziddir və sülh prosesinə kölgə salır.

Eyni vəziyyət Ermənistan–Türkiyə münasibətlərinə münasibətdə də müşahidə olunur. Son dövrlərdə sərhədlərin açılması, diplomatik təmasların genişlənməsi istiqamətində müəyyən addımlar atıldığı halda, diasporun bir qismi yenə də maksimalist və qarşıdurmaya hesablanmış mövqedən çıxış edir. Bu isə rəsmi İrəvanın apardığı ehtiyatlı normallaşma siyasətini çətinləşdirir, regionda etimad mühitinin formalaşmasına mane olur.

Diqqətçəkən digər məqam isə diasporun Ermənistanın daxili siyasi həyatına açıq şəkildə müdaxilə etməyə çalışmasıdır. Forum iştirakçılarının seçkilərlə bağlı çağırışları, hakimiyyətə qarşı sərt bəyanatları və “antimilli kurs” ittihamları göstərir ki, bu qüvvələr ölkə daxilində siyasi gündəmi formalaşdırmağa iddialıdırlar. Lakin illərdir xaricdə yaşayan, Ermənistanın sosial-iqtisadi reallıqlarından uzaq olan bu insanların radikal mövqeyi cəmiyyətin real ehtiyacları ilə uzlaşmır. Bu gün Ermənistan vətəndaşlarının böyük əksəriyyəti müharibələrdən usanmış vəziyyətdədirlər. Diaspor nümayəndələri bu reallığı ya anlamır, ya da anlamaq istəmirlər. Bu gün onlar müxtəlif ölkələrdə, xüsusilə həyat standartlarının yüksək olduğu Qərbi Avropa ölkələrində, ABŞ-da, Kanadada, Avstraliyada şad-xürrəm həyatlarını yaşamaqdadırlar. “Hayrenik, hayrenik” (“hayrenik” erməni dilində “vətən” deməkdir–S.H) deyərək gəzib dolaşsalar da, onların heç birinin nə özləri, nə övladları, nə də ayxın qohumları Ermənistan üçün döyüşməyib, ölməyib. Ən yaxşı halda, onlar üçün əlamətdar günlərdə Azərbaycan və Türkiyə səfirlikləri qarşısında çığır-bağır salıb, yaxud “Hayastan” ümumerməni fonduna qəpik-quruş ianə ediblər. Bütün bunlardan sıravi ermənilər də xəbərdardır. Ona görə də diaspor ermənilərinin sözləri onlar üçün keçərli deyil. Bu gün Ermənistan vətəndaşlarının böyük əksəriyyəti xaricdən səslənən bu zingiltiləri qulaqardına vururlar.

Əslində, diasporun bu davranışı yeni deyil. Onlar uzun illər ərzində daha çox emosional və ideoloji yanaşmalarla çıxış edərək, kompromis imkanlarını zəiflədib, maksimalist tələblərlə prosesləri dalana dirəyiblər. Nəticədə isə ən çox zərər görən yenə Ermənistanın özü və onun vətəndaşları olub. Bu gün də eyni xəttin davam etdirilməsi yalnız yeni risklər yaradır. Reallıq ondan ibarətdir ki, Cənubi Qafqazda davamlı sabitlik yalnız qarşılıqlı tanınma, sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılması ilə mümkündür. Ermənistanın iqtisadi dirçəlişi, təhlükəsizliyinin möhkəmlənməsi və regional layihələrə qoşulması da məhz bu proseslərdən asılıdır. Diaspor isə bu reallığı qəbul etmək əvəzinə, köhnə münaqişə ritorikasına sığınaraq İrəvanı yenidən qarşıdurma mühitinə sürükləməyə çalışır. Bu baxımdan Paris forumunda səslənən fikirlər konstruktiv gündəmdən uzaq olmaqla yanaşı, müəyyən mənada, məsuliyyətsiz yanaşmanın göstəricisidir.

Diaspor anlamalıdır ki, bugünkü geosiyasi reallıqda düşmənçiliyin qızışdırılması heç bir tərəfə fayda gətirmir. Xüsusilə, bu cür yanaşma, ilk növbədə, Ermənistanın öz maraqlarına ziddir. Regionda açılan yeni imkanlardan yararlanmaq əvəzinə, onları bloklamağa yönəlmiş siyasət uzunmüddətli perspektivdə Ermənistanı daha da təcrid vəziyyətinə sala bilər. Nəticə etibarilə, Parisdə keçirilən forum bir daha göstərdi ki, diaspor daxilində hələ də ciddi düşüncə böhranı mövcuddur. Reallığı qəbul etmək, dəyişən şərtlərə uyğunlaşmaq və sülh gündəmini dəstəkləmək əvəzinə, köhnə stereotiplərə bağlı qalmaq Ermənistan üçün əlavə problemlər yaradır. Halbuki bu gün ən böyük ehtiyac məhz rasional yanaşma, praqmatik siyasət və regionda davamlı sülhün təmin olunmasına töhfə verəcək addımlardır.

P.S. Hələlik Ermənistan hakimiyyətinin Paris forumuna münasibəti açıqlanmayıb. Ancaq 2024-cü ilin iyununda N.Paşinyan bəyan etmişdi ki, “Üçüncü Respublika” tarixində diaspor çox vaxt Ermənistanın idarə olunmasında yardımçı institut kimi nəzərdən keçirilib. O vurğulamışdı ki, hazırkı hakimiyyət bu ideologiyadan imtina etmək qərarına gəlib. Paşinyanın sözlərinə görə, Ermənistan özünün aydın mexanizmləri olan bir sistemdir və bu mexanizmdə kimin və necə idarə etdiyi dəqiq müəyyənləşdirilib. O, həmçinin diaspor nümayəndələrinə müraciət edərək, Ermənistanı idarəetmədə yardımçı alət kimi görməkdən imtina etməyə çağırmışdı.

Forumdan bir neçə gün əvvəl isə N.Paşinyan hökumətin iclasında bəyan etmişdi ki, bir çox insanlar diaspor adından danışmaq hüququnu öz üzərlərinə götürürlər, lakin onu bütövlükdə təmsil etmirlər və azlıqda qalırlar.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Aprel 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see793

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see440

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see311

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see291

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see275

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see272

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see270

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see252

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see243

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see239

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see236

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see235

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see235

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see231

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see229

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see215

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see213

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see210

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri