Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Erməni faşizminin rüsvayçı iflası

Erməni faşizminin rüsvayçı iflası

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qarabağ Zəfəri beynəlxalq hüququn aliliyini sübuta yetirdi

Azərbaycan tarixində elə günlər var ki, onların mənası təqvimdəki bir tarixlə məhdudlaşmır. Belə günlər xalqın taleyini dəyişir, milli yaddaşın zirvəsinə yüksəlir, azadlığın və dövlətçilik iradəsinin rəmzinə çevrilir. 8 Noyabr - Zəfər Günü məhz belə müqəddəs tarixdir. Bu gün Azərbaycan xalqının Vətən sevgisinin, torpaq həsrətinin, mübarizə əzminin və milli iradəsinin təntənəsidir.

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycan tarixinin yeni səhifəsi açıldı. Bu səhifəyə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə Zəfər yazıldı. Bu, yalnız hərbi qələbə yox, uzun illər davam edən işğala, ədalətsizliyə və məcburi köçkünlüyə verilən tarixi cavab, ədalətin və beynəlxalq hüququn təntənəsi idi. Azərbaycan Ordusu torpaqlarımızı işğalçılardan təmizləməklə BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyanın, İslam Əməkdaşlığı Təşkilatının, ATƏT-in və digər beynəlxalq təşkilatların qətnamə, qərar və konvensiyalarının icrasını təmin etmiş oldu.

Eyni zamanda, tarixi ədaləti və beynəlxalq hüquq normalarının və prinsiplərinin qüvvəsini bərpa etdi. Azərbaycan bu ədalətli Zəfəri şəhid və qazilərinin canı və qanı bahasına qazandı. Zəfər müstəqil Azərbaycan dövlətinin öz taleyinə sahib çıxmaq qüdrətini, milli birliyin və xalqın doğma torpaqlarına qayıtmaq əzminin nümayişi deməkdir. Bu da danılmaz həqiqətdir ki, beynəlxalq təşkilatlar, münaqişənin “dinc yolla” nizamlanmasına cəlb olunmuş vasitəçi dövlətlər, eləcə də “kollektiv Qərb” 28 il ərzində işğalçı ilə işğala məruz qalanı eyniləşdirməklə Ermənistana gizli və aşkar dəstək verirdilər. Bu ədalətsizlik, qərəzli yanaşma Azərbaycana öz torpaqlarını güc yolu ilə azad etməkdən başqa yol buraxmadı. Azərbaycan Prezidenti İlham Əliyev tarixi ədaləti və beynəlxalq hüququ məhz güc tətbiq etməklə – müharibə yolu ilə bərpa etməyin nümunəsini bütün dünyaya sübut etdi.

Əsarətin sonu çatdı

Azərbaycanın Zəfər salnaməsi bir gündə yazılmadı. Onun arxasında onilliklər boyu davam edən mübarizə, diplomatik fəaliyyət, iqtisadi inkişaf, ordu quruculuğu və ardıcıl dövlətçilik strategiyası dayanırdı. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edildi, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin salındı. Şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizə ağır zərbə vuruldu. Xalqımız 30 ilə yaxın Qarabağın, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın həsrəti ilə yaşadı.

Beynəlxalq hüquq Azərbaycanın haqlı mövqeyini, ərazi bütövlüyünü təsdiqləyirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması ilə bağlı tələblər ifadə olunmuşdu. Lakin bu sənədlər elə kağız üzərində qaldı, icrası təmin edilmədi, diplomatik səylər işğalın aradan qaldırılmasına gətirib çıxarmadı. Azərbaycan bir daha gördü ki, hüquqi baxımdan haqlı olmaqla yanaşı, bu hüququ təmin etməyə qadir siyasi, iqtisadi və hərbi gücə də sahib olmaq vacibdir.

Bu mərhələdə Prezident İlham Əliyev daxili və xarici siyasət kursunu yeni dövrün çağırışlarına uyğun davam etdirdi. İqtisadi imkanların genişləndirilməsi, müdafiə sənayesinin inkişafı, müasir silah və texnologiyaların alınması, hərbi kadr hazırlığının gücləndirilməsi və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi ardıcıl dövlət siyasətinin əsas istiqamətlərinə çevrildi. Azərbaycanın iqtisadi və hərbi qüdrətinin artırılması vahid strateji məqsədə – ölkənin ərazi bütövlüyünün bərpasına xidmət edirdi.

Xalqın iradəsi, əsgərin şücaəti, sərkərdə qətiyyəti

44 gün ərzində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərdi. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, eləcə də çoxsaylı yaşayış məntəqələri işğaldan azad edildi. Hər azad edilmiş yaşayış məntəqəsi illərlə yurd həsrəti çəkən insanların qəlbində ümid və sevinc yaratdı. Şəhidlərimizin fədakarlığı, qazilərimizin qəhrəmanlığı, əsgər və zabitlərimizin peşəkarlığı Zəfərin mənəvi əsasını təşkil etdi. Vətən müharibəsi müasir hərb tarixində də mühüm nümunə kimi yadda qaldı. Azərbaycan Ordusu pilotsuz uçuş aparatlarından, dəqiq zərbə sistemlərindən, müasir texnologiyalardan və çevik idarəetmə üsullarından istifadə etməklə döyüş meydanında üstünlük qazandı. Bununla belə, qələbənin əsas qüvvəsi texnologiya ilə yanaşı, Azərbaycan əsgərinin hazırlığı, cəsarəti, iradəsi və Vətən sevgisi idi.

Müharibənin taleyində Prezident İlham Əliyevin Ali Baş Komandan kimi fəaliyyəti mühüm rol oynadı. O, dövlətin siyasi iradəsini, ordunun qətiyyətini və xalqın əzmini vahid məqsəd ətrafında birləşdirdi. Hərbi əməliyyatlarla yanaşı, diplomatik və informasiya müstəvisində aparılan mübarizə də qələbənin mühüm tərkib hissəsi oldu. Prezidentin beynəlxalq media qurumlarına verdiyi müsahibələr Azərbaycanın tarixi və hüquqi mövqeyinin, münaqişənin səbəblərinin və işğalın nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət etdi. Beləliklə, Zəfər yalnız döyüş meydanında qazanılmadı. O, illərlə aparılan dövlət quruculuğunun, diplomatik mübarizənin, iqtisadi güclənmənin və milli birliyin məntiqi nəticəsi oldu.

Liderin siyasi iradəsinin təntənəsi

Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfəri Prezident İlham Əliyevin qətiyyətli liderliyindən, siyasi iradəsindən və uzaqgörən strateji baxışından ayrı təsəvvür etmək mümkün deyil. Vətən müharibəsinin ən vacib məqamlarından biri xalqımızın öz Prezidentinin, Ali Baş Komandanının ətrafında misilsiz həmrəylik nümayiş etdirməsi oldu. Azərbaycan xalqı vahid ürək, vahid nəfəs, vahid iradə və vahid biləklə döyüşən Ordusunun arxasında dayandı. Bəli, Xalq, Dövlət və Ordu bir yumruğa çevrildi. Bu, sadəcə siyasi birlik deyil, milli ruhun oyanışı, tarixi yaddaşın dirçəlişi, Vətən sevgisinin təzahürü idi.

Qarşıda duran əsas vəzifə azad edilmiş ərazilərdə həyatın bərpası, təhlükəsizliyin təmin edilməsi, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və bölgənin iqtisadi potensialının yenidən qurulması idi. 2020-ci il dekabrın 3-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla noyabrın 8-i Zəfər Günü elan edildi. Beləliklə, bu gün xalqımızın qələbə salnaməsi rəsmi dövlət bayramına çevrildi. Qərar Zəfərin dövlətçilik tariximizin ayrılmaz hissəsi kimi yaşadılmasına xidmət etdi.

Zəfərdən quruculuq missiyasına

Düşmən üzərində Qələbədən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifə dururdu: azad edilmiş torpaqları yenidən qurmaq, dağıdılmış şəhər və kəndləri bərpa etmək, insanları doğma yurdlarına qaytarmaq. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsini dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirdi. Yeni yollar, tunellər, körpülər, hava limanları, elektrik və su infrastrukturu, yaşayış kompleksləri və sosial obyektlər inşa edildi.

Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi, avtomobil və dəmir yolu layihələri bölgənin ölkənin iqtisadi sisteminə inteqrasiyasını sürətləndirir. Bu layihələr Qarabağ və Şərqi Zəngəzurun gələcəkdə mühüm iqtisadi və logistika mərkəzlərinə çevrilməsinə zəmin yaradır. “Böyük Qayıdış” proqramı Zəfərin insan talelərində təcəssümüdür.

Bu gün Şuşanın zirvəsində dalğalanan üçrəngli bayrağımızın, Xankəndi, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda yüksələn dövlət rəmzlərimizin təntənəsidir.

Zaman keçəcək, nəsillər dəyişəcək, lakin 2020-ci ilin payızında yazılmış Zəfər salnaməsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi yaşayacaq. Gələcək nəsillər bu qələbənin nəticələrini azad Qarabağın abad şəhərlərində, yenidən qurulmuş kəndlərində, məktəblərində və dalğalanan bayraqlarında görəcəklər. Bu möhtəşəm Zəfər Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birinə, milli qürurumuzun və sarsılmaz iradəmizin əbədi rəmzinə çevrildi. Bu Qələbə sübut etdi ki, birliyi sarsılmayan xalqın iradəsini heç bir qüvvə qıra bilməz, öz torpağına sahib çıxan millətin qarşısında heç bir maneə dayana bilməz!

Kəramət QƏNBƏROV,
Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri, beynəlxalq münasibətlər üzrə ekspert

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Noyabr 2026 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri