Erməni ekspertləri Bakıdadır 30 ildən sonra İrəvandan ilk çarter reysi həyata keçirilib
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bu barədə hava limanından məlumat verilib.
Hava limanının açıqlamasında bildirilib ki, Ermənistan hava yollarına məxsus təyyarə SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq Bakı hava limanına eniş edib.
Bundan əvvəl Ermənistan hökuməti 5 nəfərlik ekspert qrupunun Bakıya cavab səfəri üçün 17 milyon 550 min dram (təxminən 45,6 min dollar) vəsait ayırmışdı.
Qrupun tərkibində qeyri-hökumət təşkilatları rəhbərləri, analitiklər və sivil cəmiyyət fəalları iştirak edir. Məqsəd Azərbaycan və Ermənistan arasında etimadın gücləndirilməsi və əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsidir.
Qeyd edək ki, oktyabrın sonunda İrəvanda Ermənistan və Azərbaycan qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı ilə ikitərəfli dəyirmi masa təşkil olunub. Tədbirdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 21 Noyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















