Icma.az
close
up
RU
Erməni hakimin səkkiz il iş kəsdiyi bəstəkarımız kimdir?

Erməni hakimin səkkiz il iş kəsdiyi bəstəkarımız kimdir?

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün bəstəkar Rəşid Nəsiboğlunun anım günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Rəşid Əfəndiyev 1943-cü ildə Bakıda, İçərişəhərdə yazıçı Nəsib Əfəndiyevin ailəsində dünyaya göz açıb.

***

Elə orta məktəb illərindən o, musiqiyə həvəs göstərib. Rəşid Nəsiboğlu Azərbaycan Dövlət Konservatoriyasında Cövdət Hacıyevin sinfində bəstəkarlıq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində xaricə yayım musiqi redaksiyasında işləməyə başlayıb. Daha sonra Azərbaycan Dövlət Filarmoniyasında "Sevgilim" vokal-instrumental ansamblının bədii rəhbəri olub.

***

1981-ci ildə Rəşid Nəsiboğlunun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq "İRS" qədim Azərbaycan musiqisi teatrı yaradılıb. Azərbaycanın ən qədim musiqilərini bərpa edən, bu musiqinin yalnız şərq mədəniyyəti ilə deyil, bütövlükdə dünya mədəniyyəti ilə qarşılıqlı əlaqələrini üzə çıxaran bu qeyri-adi kollektivin çıxışları dərhal ölkənin mədəni ictimaiyyətinin diqqətini çəkir və o zaman üçün görünməz populyarlıq qazanır.

Teatrın təqdim etdiyi proqram həm ölkə daxilində, həm də Azərbaycanın hüdudlarından kənarda çoxsaylı mükafatlara layiq görülür. "İRS" teatrı Birinci Zaqafqaziya xalq musiqisi festivalının əsas mükafatını – Böyük mükafatı qazanır. Daha sonra Neapolda San-Karlo teatrının Qızıl medalına, İran İslam Respublikasında keçirilən "Fəcr" beynəlxalq musiqi festivalının mükafatına layiq görülür. Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinində ekspozisiyalardan biri "İRS" teatrına həsr olunur. Qısa zamanda teatrın fəaliyyəti sovet və xarici mətbuat səhifələrində işıqlandırılır. "İRS"in hazırladığı proqram respublika və mərkəzi televiziyada, həmçinin xarini telekanallarda nümayiş olunur.

***

1981-ci ildə ansambl dövlət statusu alaraq məşhurlaşmağa başlayır. Ansanblda “Almanı alma gəlin”, “Cığey-cığey” adlı qədim xalq mahnılarını bərpa edərək yenidən işləyir.

***

Bəstəkar Rəşid Nəsiboğlu müxtəlif janrlarda, o cümlədən simfonik janrda olan bir çox musiqi əsərlərinin, bir sıra televiziya filmlərinə, eləcə də "Qız qalası" cizgi filminə yazılmış musiqinin müəllifidir. Amma bəstəkara daha çox populyarlıq gətirən mahnı janrında yazdığı əsərlər olub.

***

Rəşid Nəsiboğlu Sveta adlı xanımla ailə qurub. Bu evlilikdən onun iki övladı dünyaya gəlib.


Bir müddət sonra o, dövlət televiziyasında işləməyə başlayır. Qayğısız gənclik illəri, qızğın yaradıcılıq çağları da elə o dövrlə başlayır. Rəşid Nazim Hikmətin sözlərinə “Ceviz ağacı” adlı ilk romansını yazır. Ancaq bu romans türkçülük ideologiyasının təbliği iddiası ilə efirə buraxılmır.

***

Bununla yanaşı onun “Zarafat” mahnısı da efirə buraxılmır. Elmira Rəhimovanın ifasında səslənən bu mahnı haqqında deyilir ki, Sovet dövrünə ironik baxış sərgilənir.

***

“İrs”lə qastrola çıxan zaman bəstəkara deyilir ki, casusluq etsin. Ancaq o, bu təklifi rədd edir. Buna görə onu incidirlər, bir neçə dəfə şərləyirlər. Növbəti səfərlərin birində yalançı şahidlərin hesabına Rəşid Nəsiboğlunun rüşvət aldığı deyilir. Bəstəkar həbs olunur. O, erməni hakimin çıxardığı qərara əsasən o, 8 il müddətinə həbs olunur.

***

1 il səkkiz ay davam edən məhkəmə prosesində o, həbsdə olur. Bir müddət sonra Moskvada onun işinə yenidən baxılır və bəstəkar bəraət alır.

Həbsxanadakı şahidlərin sözlərinə görə Rəşid həbsxanada olarkən kiçik taxta parçası üzərində özünə pianino şəkli çəkir. Və bu pianino şəkli üzərində musiqi ifa etmədən mahnılar bəstələyir. Məşhur “Limanda” mahnısının da həbsdə yazıldığı deyilir.

***

Bəstəkar bu musiqini məhz Mirzə Babayevə həsr edib. Mirzə müəllim müsahibələrinin birində deyir: “Bir gün mahnını mənə qulaq asdırdı, dedi, papaşa bir bunu dinlə. Necə çaldısa, ürəyim guppuldamağa başladı. Dedi, papaşa bunu səndən başqa heç kim ifa edə bilməyəcək.

***
Bəstəkar Rəşid Nəsiboğlu müxtəlif janrlarda, o cümlədən simfonik janrda olan bir çox musiqi əsərlərinin, bir sıra televiziya filmlərinə, eləcə də "Qız qalası" cizgi filminə yazılmış musiqinin müəllifidir. Amma bəstəkara daha çox populyarlıq gətirən mahnı janrında yazdığı əsərlər olub. "Limanlar", "Şirin xəyal", "Gecə yaman uzundur", "Bəlkə də", "Odlar diyarı","Bəyaz gecələr", "Zarafat", "Görəsən", "Təbrizə yenə də yağışlar yağır" kimi mahnılar günü bu gün də sevilə-sevilə dinlənilir. Ancaq onun yaradıcılığının ən sevilən və məşhur mahnısı Mirzə Babayevin ifasında səslənən məşhur “Limanda” mahnısı olur.

***

Rəşid Nəsiboğlu 1993-cü il dekabrın 30-da 51 yaşında vəfat edir.

"O mavi gözlərin hüdudsuz ümman!" - Günün şeiri Məşhur müğənni vəfat etdi Məşhur müğənni vəfat etdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 May 2026 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri