Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Erməni kilsəsi, Rusiyayönlü qüvvələr və hakimiyyət: Seçki önü...

Erməni kilsəsi, Rusiyayönlü qüvvələr və hakimiyyət: Seçki önü...

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda yaxınlaşan parlament seçkiləri ölkənin daxili siyasi nizamı, regional güc balansı və sülh prosesinin gələcəyi baxımından həlledici mərhələ kimi qiymətləndirilir.

Hakimiyyət daxilində gedən proseslər, kilsənin artan təsiri, Rusiya yönümlü qüvvələrin yenidən siyasi səhnəyə dönmə ehtimalı və Konstitusiya islahatlarının taleyi bu seçkiləri həm Ermənistan, həm region ölkələri, həm də qlobal aktorlar üçün xüsusi önəmli edir.

Bu kontekstdə qarşıdan gələn seçkilərin nəticəsi bölgədə sülhün taleyinə və Cənubi Qafqazda yeni siyasi arxitekturanın formalaşmasına birbaşa təsir göstərə bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, hazırda Ermənistanda gündəmdə olan əsas məsələ qarşıdan gələn parlament seçkiləridir. Ermənistan hakimiyyəti bu seçkilərdə ona ciddi rəqabət göstərə biləcək qüvvələri, xüsusilə də Rusiya yönümlü blokları mümkün qədər zəiflətməyə çalışır.

"Paşinyan hökuməti ilk növbədə Ermənistanda ən nüfuzlu institutlardan biri olan erməni kilsəsini zəiflətməyə yönəlmiş addımlar atırdı. Lakin aparılan ifşa kampaniyasına baxmayaraq, Paşinyanın irəli sürdüyü arqumentlərin cəmiyyətə açıqlanması fonunda kilsənin nüfuzu əksinə olaraq müəyyən qədər artıb. Bu isə təbii ki, hakimiyyəti narahat edir",- deyə müsahibimiz bildirib.

Abutalıb Səmədov: Açıqlamalara görə, Konstitusiya üzərində iş gələn ilin martında yekunlaşdırılacaq

Abutalıb Səmədovun fikrincə, hakim komanda nəyin bahasına olursa-olsun, parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi partiyanın qələbəsini təmin etməyə çalışır: 

"Çünki əks halda Rusiya təsirinin yenidən güclənməsi və proseslərə müdaxilə imkanlarının artması ehtimal edilir. Paşinyanın qalib gələcəyi təqdirdə sülh danışıqlarının və sülh sazişinin imzalanmasının mümkün olacağı bildirilir. Bunun üçün isə əvvəlcə referendum keçirilməsi və yeni Konstitusiya layihəsinin qəbul edilməsi nəzərdə tutulur. Ermənistan ədliyyə nazirinin açıqlamasına əsasən, Konstitusiya üzərində iş gələn ilin martında yekunlaşdırılacaq və yeni sənəd qəbul edildikdən sonra sülh sazişinin imzalanması üçün hüquqi maneə qalmayacaq".

Həmsöhbətimiz əlavə edib ki, Zəngəzur dəhlizi ilə bağlı işlərin də gələn ilin ortalarından başlanacağı barədə baş nazirin bəyanatı mövcuddur. Bu istiqamətdə əsas addımlar parlament seçkilərindən sonra atılacaq.

"Məhz buna görə, qarşıdakı seçkilər həm Ermənistan, həm region ölkələri, həm də ümumilikdə beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edir. Yalnız Paşinyanın qələbəsi başlanmış proseslərin davamına və ən əsası Rusiyanın Cənubi Qafqazdakı təsirinin əhəmiyyətli dərəcədə azalmasına şərait yarada bilər",- şərhçi fikrini belə yekunlaşdırıb.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Noyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri