Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Erməni lobbistləri Konqresdə sülənir

Erməni lobbistləri Konqresdə sülənir

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikadakı diaspor Bakıya qarşı yeni sanksiyaların tətbiqinə cəhd edir; Tramp dönəmində bu, mümkündürmü?

ABŞ-da yaşayan erməni diasporunun fəalları Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün konqresmenlərlə görüşü davam etdirirlər. Bu barədə erməni mediası məlumat yayıb (Axar.az). Bildirilib ki, onlar “etnik təmizləmə”yə görə ölkəmizin “məsuliyyətə cəlb edilməsi üçün” bir aylıq kampaniya çərçivəsində konqresmen Tom Kin ilə görüşüblər. Fəallar Qarabağdan könüllü köçən ermənilərin sayını da şişirdərək, artıq 150 minə çatdırıblar və Azərbaycan rəsmilərinə qarşı “Maqnitski Aktı”nın tətbiqini xahiş ediblər. Tramp dönəmində bu cəhdlərin hansısa nəticəsi mümkündürmü? Rəsmi Bakı hansı önləyici addımları atmalıdır?

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov ABŞ-dakı erməni diasporunun fəallaşmasını təsadüfi saymır: “Hələ keçən həftə Demokratlardan Frenk Pallone və Respublikaçı Maykl Lavlerin də daxil olduğu ABŞ Nümayəndələr Palatasının 60 üzvündən ibarət qrup Dövlət katibi Marko Rubioya çağırış edərək ABŞ-ın Azərbaycana tətbiq etdiyi 907-ci düzəlişin gücləndirilməsini tələb etmişdilər.

Konqresmenlərin müraciətində Azərbaycanın guya etnik təmizləmə yolu ilə 120 min erməni xristianı Qarabağdan qovması, Ermənistanın suveren ərazisini işğal etməsi, erməni “əsirləri” qeyri-qanuni saxlaması kimi erməni yalanları yer alıb. Erməni dəstəkçisi olan Konqressmenlərin və eləcə də ABŞ-da yaşayan erməni diasporunun fəallarının bu şəkildə aktivləşməsi İsrailin və ABŞ-da yaşayan yəhudi lobbisinin 907-ci düzəlişin aradan qaldırılması uğrunda başlatdıqları faəliyyətlə bağlıdır desəm yəqin ki səhv etmərəm. 50-dən çox ravvinin Donald Trampa müraciəti də erməniləri fəallaşmağa məcbur edib. Odur ki, indi, yəhidi lobbisinin hərəkətə keçməsindən narahat olan erməni lobbisi prosesin qarşısını almağa çalışır. Digər bir tərəfdən isə Bayden hakimiyyəti dövründə ABŞ adminstrasiyasının Ermənistana olan dəstəyinin indi müşahidə olunmaması və eləcə də ABŞ-la Ermənistan arasında imzalanmış strateji müttəfiqlik haqqında sənədin taleyinin müəmmalı olaraq almaqda davam etməsi də erməni lobbisini olduqca narahat edir. Odur ki, biz bundan sonra da bu şəkildə anti-Azərbaycan kampaniyasına şahidlik edəcəyik. Bu cəhdlərin nəticəsinə gəldikdə isə, ABŞ-ın maraqları nəyi ehtiva edəcəksə o istiqamətdə də fəaliyyət olacaq. ABŞ təbii olaraq özünün Cənubi Qafqaz maraqlarından imtina etmək fikrində deyil. Region ABŞ üçün həm İranla sərhəd olmaq baxımından, həm də Mərkəzi Asiyanı Avropa ilə birləşdirən qapı olmaq baxımından olduqca əhəmiyyətlidir. Odur ki, Tramp adminstrasiyası həm Ermənistanla, həm də Azərbaycanla münasibətlərdə balanslı siyasət yeritmək məcburiyyətindədir. Ağ evdə yaxşı başa düşürlər ki, Ermənistan mövqeyindən çıxış edib, regionun lider dövləti və karbohidrojen ehtiyatları ilə zəngin olan, dəhlizlərin qovşağında yerləşən Azərbaycanla münasibətləri korlamaq heç də yaxşı mövqe deyil və bu birbaşa ABŞ-ın öz maraqlarına ziddir. Odur ki, ABŞ Ermənistanla münasibətləri müsbət istiqamətdə davam etdirsə belə bu Azərbaycana qarşı olmayacaq. Təbii ki, bizim də arxayın olub fəaliyyətsiz dayanmağımız olmaz. Erməni lobbisinin başlatdığı kampaniyanın effektivliyini azaltmaq üçün ABŞ-dakı yəhudi lobbisinin imkanlarından, eləcə də digər dost ölkələrin diaspor təşkilatlarının imkanlarından maksimum şəkildə istifadə etmək lazımdır. O cümlədən də ABŞ Nümayəndələr Palatası üzvləri ilə işin aparılması üçün aktiv fəaliyyətə ehtiyac var".

Ədalət, Hüquq və Demokratiya partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı Trampın həqiqətləri çöx yaxşı bildiyini söylədi: “ABŞ-da yaşayan erməni diasporası və lobbiçiləri bütün gücü ilə Azərbaycana qarşı həm Konqresdə, həm də Senatda fəaliyyət göstərirlər. İlk növbədə çalışırlar ki, Azərbaycana sanksiyalar tətbiq etsinlər. Biz ermənilərə qarşı heç bir etnik təmizləmə həyata keçirməmişik. Bütün dünyanın gözü qarşısında ermənilər könüllü şəkildə Qarabağdan getdilər. Əsl etnik təmizləməni ermənilər aparıb. Yüz minlərlə 1988-ci ildə Azərbaycan türkünü məcburi şəkildə İrəvandan, Zəngəzurdan, Göyçədən, Dərələyəzdən, Massisdən və digər ərazilərdən məcburi şəkildə çıxardıblar. Bundan sonra Qarabağ və ətraf ərazilərdən 800 mindən artıq vətəndaşımızı çıxarıblar. 32 il Ermənistanda Azərbaycana qarşı vandalizm törədiblər. 30 mindən artıq soydaşımızı qətlə yetiriblər. Xocalı kimi soyqırım törədiblər. Digər tərəfdən, haradan çıxdı 150 min? Uydurmadır. Onlar çox yaxşı bilir ki, 2023-cü ildə ermənilər Qarabağdan gedəndə hər biri Azərbaycan sərhəd keçid məntəqəsindən keçiblər və onların dəqiq siyahısı və qeydiyyatı Azərbaycanda var. Azərbaycan rəsmilərinə qarşı sanksiyların tətbiqinə gəldikdə isə, düşünürəm ki, Tramp bu addımı atmaz. O Azərbaycanla ABŞ münasibətlərinin daha yüksək səviyyədə inkişafında maraqlı olmalıdır. Erməni diasporasının avantürasına əhəmiyyət verməməlidir. Tramp yaxşı bilir ki, Azərbaycanla münasibətləri korlamaq Amerikanın dövlət maraqlarına cavab vermir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Aprel 2025 19:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri