Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

“Erməni məhbus” şousu: Koçaryan və Sarkisyan üçün də hücrə var

“Erməni məhbus” şousu: Koçaryan və Sarkisyan üçün də hücrə var

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Nikol Paşinyan iqtidarı sülh naminə hansı prinsipiallığı göstərməlidir?

“Azərbaycanda saxlanılan erməni məhbuslar”. Ermənistanda qondarılmış və xaricdəki ermənipərəstlərin də siyasi menyusunu müəyyənləşdirən bu şou bitmək bilmir. Əlbəttə, belə səfeh oyunbazlığa heç də hər dəfə reaksiya vermir, buna lüzum görmürük. Halbuki bəzən əndazəni aşan fikirlərin fonunda məsələyə yenidən qayıtmaq zərurəti yaranır. Yəni yazımız zərurətdən qaynaqlanır.

Bəri başdan deyək ki, səfehləyənlərdən biri də Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyandır. O, mövzudan bəhs edərkən, rəsmi İrəvanın ünvanına ittiham səsləndirib. Söhbət subliminal ittihamdan gedir. Keçmiş nazirin dediklərinə nəzər salacağıq. Hələlik isə müəyyən nüansların üzərində dayanaq.

Qeyd edək ki, Ermənistan dövlətinin də haqqında söz açdığımız şouya züy tutmaq mərəzi var. Deməli, ölkədəki revanşist və şovinist kəsimin təmsilçiləri Azərbaycanda saxlanılan “erməni məhbusların” geri qaytarılmaları xüsusunda şivən qaldırır, hay iqtidarı isə bəyan edir ki, məsələ onun xarici siyasət prioritetidir.

Baş nazir Nikol Paşinyan iqtidarı, eyni zamanda bildirir ki, Ermənistan üçün Qarabağ mövzusu qapanıb, ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ancaq bu, bir faktdır ki, erməni məhbus adı ilə qələmə verilən şəxslər ölkəmizin suverenliyinə hörmətsiz yanaşanlardır. Onlar Azərbaycan ərazilərində müharibə cinayətləri törətdiklərinə görə məhbus həyatına məhkumdurlar. Hər şey bu qədər sadədir.

Bəli, onlar Azərbaycanın əzəli və əbədi torpaqlarında separatçı qurum yaradanlar, ölkəmizin konstitusion quruluşunu şübhələndirənlər, beynəlxalq hüquqla tanınmış yurd yerlərimizə qəsb reallaşdıranlar, əlləri günahsız azərbaycanlıların qanına batmışlardır. Bakı həbsxanalarında gecələyənlər Azərbaycan dövlətini heçə sayaraq özlərinə “prezident”, “baş nazir”, “dövlət naziri” deyən zülmətsevər əbləhlərdir. Görəsən, burada anlaşılmayacaq nə var? Sualımız ritorikdir, çünki Azərbaycanın yerində olan istənilən dövlət qukasyanları, arutyunları, saakyanları, vardanyanları daha ağır şəkildə cəzalandırardı...

Sözümüz ondadır ki, Ermənistanın hakim komandası, ilk növbədə, məhz qeyd etdiklərimizi nəzərə almalı, üstəlik, özünün “Qarabağ hərəkatı”na son qoyulduğuna dair bəyanatını yada salmalıdır. İndiki halda isə Paşinyan və tərəfdarlarının “Azərbaycanda saxlanılan erməni məhbusların” geri qaytarılmasından söz açmaları dərin məntiqsizlik yaradır. Bu məntiqsizlik Cənubi Qafqazda sülh ritorikasına tam ziddir. Axı Bakıda həbsxana həyatı yaşayanlar həm də illərlə sülhə qarşı çıxanlardır. Deməli, ibrəti-aləm üçün onların yeri dəmir barmaqlılar arasıdır. Yəni Ermənistan hakimiyyəti, həqiqətən, barış mühitinin qərarlaşmasında maraqlıdırsa, belələrinin cəzalarını çəkməsinə qarşı çıxmamalı, cinayətkarları, az qala, vicdan məhbusu kateqoriyasına qaldıranların çaldıqları musiqiyə qol qaldırmamalıdır. Əks halda, rəsmi İrəvanın səmiyyətinə şübhə yaranır. Şübhə isə sülhün rəhni olan etimadı zədələyir.

Bəli, erməni hakim komandası çox açıq şəkildə Bakıda həbsxana həyatı yaşayanların heç zaman geri qayıtmayacaqlarını, layiqli cəzalarını çəkəcəklərini bəyan etməlidir. Nikol və ardıcılları bunu etmədikləri üçün meydana Ara Ayvazyan kimi buqələmun çıxır, ağzına gələni danışır. O deyir ki, “Azərbaycanda saxlanılan erməni məhbusların”, yaxud “hərbi əsirlərin” geri qaytarılmaları istiqamətində aparılan işlər formallıqdan çıxmalıdır. Bu məxluqun rəsmi İrəvana ünvanlanmış və anonsunu əvvəldə verdiyimiz subliminal mesajı da elə budur.

Ayvazyan, el dilində deyildiyi kimi, bic tülküdür. O, yaxşı anlayır ki, Paşinyan iqtidarı məsələnin üzərinə çox gedə bilmir. Ona görə gedə bilmir ki, rəsmi İrəvan Bakıda saxlanılanların adlarının Qarabağ münaqişəsi ilə assosiasiya olunduğunun fərqindədir. Nikol və tərəfdarları münaqişə durumunu yaradanların da ermənilər olduqlarını gözəl anlayırlar. Deməli, bu mövzuda Azərbaycanın prinsipiallıq fazası ilə oyun oynamaq yolverilməzdir.

Bəli, cəzalılar cəzalarını çəkməli, günahlarının bədəlini ödəməlidirlər. Başqa yolu yoxdur və ola da bilməz. Hay iqtidarı erməni cəmiyyətinə məhz mövcud məqamı aşılamalıdır. Aşılamalıdır ki, gələcəkdə kimsə Bakıdakıların “sevdasına” düşüb ömürlərini xam xəyallara sərf etməsinlər. Həm də ona görə aşılamalıdır ki, ortaya yeni ayvazyanlar çıxmasın.

Sonda rəsmi İrəvanın “Azərbaycanda saxlanılar eməni məhbuslar” şousu kitabını birdəfəlik bağlamaq, bununla da sülh prinsipiallığı göstərmək üçün daha bir görməli olduğu işdən söz açaq. Məlum olduğu kimi, Paşinyan hakimiyyəti ölkənin ikinci və üçüncü prezident – Robert Koçaryanı və Serj Sarkisyanı cinayət məsuliyyətinə cəlb etmək yolunda dirəniş göstərməkdədir. Rəsmi İrəvan onların tərəfdarlarını da dəmir barmaqlıqlar arasına göndərir. Nəzərə alaq ki, Paşinyanın talelərinə məhbusluq aqibəti yazdırmaq üçün böyük cəhdlər göstərdiyi şəxslər erməni xalqına qarşı da cinayət törədiblər. Onlar cinayətlərini “Qarabağ kartı”na sığınaraq həyata keçiriblər. Digər tərəfdən, tam əminliklə demək olar ki, Koçaryan-Sarkisyan ikilisinin, həmçinin, onlardan əvvəl prezident postunu tutmuş Levon Ter-Petrosyanın sayəsində müasir erməni dövlətçiliyi məhz Qarabağ amili üzərində formalaşıb. İllər ərzində bu avantüra erməni cəmiyyətini psixoz hala gətirib.

Təsəvvür edin, R.Koçaryan müsahibələrinin birində demişdi ki, ermənilər və azərbaycanlılar genetik baxımdan uyğunsuzdurlar. Yəni psixozun səbəbi Robertin, Serjikin və onların tərəfdarlarının xalqa aşıladıqları sərsəmlik idi. Məhz bu sərsəmlik bölgədə sülhün yaranmasına yol vermirdi.

Uzun sözün qısası, Paşinyan hakimiyyəti özündə cəsarət tapmalı, sülh naminə Koçaryanı və Sarkisyanı da Bakıya təhvil verməlidir. Erməni xalqı onların Bakıdakı müharibə caniləri ilə eyni hücrələrdə cəza çəkdiklərini görməlidir.

Heç kəs düşünməməlidir ki, bu durum erməni xalqının heysiyyatına toxunmaqdır. Əsla belə deyil. Çünki sarkisyanların, koçaryanların sadə ermənilərə heç bir aidiyyətləri yoxdur. Onlar Azərbaycan xalqı kimi, erməni xalqının da düşmənləridirlər. Onlar regionun sülh və rifah içində yaşamasına maneçilik törədən, eyni xislətlərini bu gün də davam etdirən siyasi alətlər və manqurt varlıqlardır. Eynilə Bakı həbsxanalarında layiq olduqları cəzalarını çəkənlər kimi.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2026 01:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see394

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see351

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see326

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see282

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see279

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see265

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see250

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see230

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see230

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see225

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see221

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see221

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see220

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see219

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see213

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see207

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see205

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see194

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see190

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri