Icma.az
close
up
RU
“Erməni məsələsinin süquta uğramasını istəməyən qüvvələr var” Politoloq

“Erməni məsələsinin süquta uğramasını istəməyən qüvvələr var” Politoloq

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Keçmişdə olduğu kimi, bu gün də biz görürük ki, erməni məsələsinin süquta uğramasını istəməyən qüvvələr var. O cümlədən də Rusiyada, çünki onlar qorxurlar ki, nəinki Cənubi Qafqazı itirəcəklər, hətta Ermənistana təsir imkanları azalacaq. Belə olan halda biz müəyyən qısqanclıqların, incikliklərin və s. şahidi olmaqdayıq”.

Bu barədə 525.az-a politoloq Zaur Məmmədov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Vaşinqton razılaşması ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanla Ermənistan arasında doğrudan da ortaq məxrəc var, Paşinyan hakimiyyəti hazırda daha başqa cür düşündüyündən Azərbaycanla sülhə gedir və artıq Vaşinqtonda sülh sazişi paraflanıb:

“Rusiyanın hansısa məqamlarla bağlı narahatlığı ola bilər, amma söhbət ondan gedir ki, ilk növbədə Cənubi Qafqaz ölkələrinin maraqlarını başa düşmək lazımdır. Azərbaycanın öz dövlət marağı var və bu ondan ibarətdir ki, suverenlik, təhlükəsizlik təmin edilməli, erməni məsələsi bir daha bölgədə olmamalıdır. Əgər kimsə erməni məsələsini yenidən qaytarmaq istəyirsə, bu, təbii ki, onunla Azərbaycan arasında münasibətlərin  soyumasına gətirib çıxaracaq və burada məsuliyyət Azərbaycanın üzərinə düşmür. Əgər kimsə Azərbaycanla Naxçıvan arasında əlaqənin açılmasına skeptik yanaşır və başqa cür düşünürsə, yenə də burada Azərbaycanın milli maraqlarının qorunmasından söhbət gedir və onsuz da Zəngəzur dəhlizi açıqlacaqdır.

Rusiya başa düşməlidir ki, qonşuluqda olan bir çox digər ölkələrdən fərqli olaraq Azərbaycanın yanaşması ondan ibarətdir ki, bölgəyə xarici qüvvə gətirilmədən, bölgə dövlətləri daha da suveren olmalıdır və iqtisadi, nəqliyyat layihələrini həyata keçirməlidirlər. Bu kontekstdə biz Zəngəzur dəhizi – Tramp yolundan Rusiyanın da istifadə etməsinə etiraz etmirik, əksinə, xüsusilə Rusiyanın Yaxın Şərqə giriş və çıxışı üçün bu yoldan bu və ya digər şəkildə istifadə edilə bilər”.

Z.Məmmədov əlavə edib ki, əgər indi Ermənistan hökuməti Zəngəzur dəhlizi ilə bağlı ABŞ şirkətilə və dövlət rəsmiləri ilə anlaşırsa, bu, artıq Ermənistanla Rusiya arasında olan məsələdir və Azərbaycana heç bir aidiyyatı yoxdur:

“Ümid edək ki, Cənubi Qafqazdakı proseslərə müdaxilələr olmayacaq, əksinə bu proseslərə dəstək veriləcək ki, Azərbaycanla Ermənistan arasında yeni səhifə açılsın. Çünki bu qaçılmazdır. Dünya dəyişir, Avrasiyanın orta xəttində, Cənubi Qafqazda sabitlik yaratmaq lazımdır bu sabitlik isə elə Şimali Qafqazda da, Rusiyanıın cənub hüdudlarında da sabitliyə təsir edəcək. Bölgədə Yaxın Şərqdən başlayaraq Ukraynaya, Mərkəzi Asiyadan başlayaraq Qafqaza kimi müharibələrin olması qonşu ölkələrin  maraqlarına cavab verməməlidir. Çünki bu həm də təhlükəsizliklə bağlı risklər yaradar. Amma çox təəssüfər olsun ki, bəzən bir sıra ölkələrdəki müəyyən qruplar düşünürlər ki, yenə də müharibələr, ziddiyyətlər və münaqişələr yolu ilə öz maraqlarını bu və ya digər şəkildə həyata keçirə bilərlər”.

Qeyd edək ki, Lavrov açıqlamasında bildirib ki, ABŞ-da Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının imzalanması əvvəl müsbət rəylər alıb, lakin sənəd dərc edildikdən sonra müsbət rəyləri skeptik qiymətləndirmələr əvəzləyib.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Sentyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri