Icma.az
close
up
RU
Erməni miflərinin dağılmasına mane olmayaq Natiq Cəfərlinin məqaləsi

Erməni miflərinin dağılmasına mane olmayaq Natiq Cəfərlinin məqaləsi

Icma.az, Aznews.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tarixə böyük marağım var, zaman-zaman müxtəlif tarixi hadisələr haqqında öz fikirlərimi yazmağa, publik çıxışlarımda tarixi analogiyalara yer verməyə çalışmışam. Çünki, “keçmiş yoldan asılılıq” prinsipi var, heç nə boş yerdən yaranmır, coğrafiya dəyişmir deyə, bəzən hadisələrin forması dəyişsə də, məğzi yüzillərlə eyni qalır.

Bir neçə gün öncə Ermənistanın Baş Naziri Paşinyan çox maraqlı və vacib mövzu, diskurs açdı. O, İsveçrədə erməni diasporu qarşısında çıxış edərkən Osmanlı zamanı baş vermiş faciəvi hadisələr haqqında danışıb, “erməni genosidi” məsələsinin köklərinə baxmağı təklif edib. Təbii ki, bu çıxış Ermənistanda böyük hay-küy yaratdı, müxalifət və tarixçilər, Paşinyanı topa tutdular. Onların davranışı anlaşılandır, erməni mifoloji kimliyinin təməl daşlarından biri məhz “genosid” məsələsidir. O daşın “tərpənməsi” bir çox miflərin də dağılmasına səbəb ola bilər.

Öncə təklif edirəm ki, biz Azərbaycanda bu məsələni ciddi müzakirə edək, amma Ermənistandakı daxili diskursa mane olmayaq. Əgər, “hə, gördüz, Paşinyan da deyir ki, “genosid” olmayıb” kimi primitiv yanaşma göstərsək, Nikolun açdığı vacib mövzuya mane olmuş olacağıq.

Əvvəla, Paşinyan elə deməyib. Təklif edib ki, bu məsələnin hansı ölkələr tərəfindən istismar edildiyinə baxsınlar, hansı ziyanlı tərəflərinin olduğunu özləri üçün ayırd etsinlər. Buna mane olmaq, Paşinyanın rəqiblərinə haqq qazandırmaq olmaz.

Bu mənada mövqeyimiz qardaş, əsl müttəfiq Türkiyədən irəli gedə bilməz- Türkiyə Osmanlının süqutuna doğru baş verən hadisələri "böyük faciə" adlandırır, məncə, ən uğurlu ifadə, yanaşma da məhz budur.

Gələk məsələnin mahiyyətinə. SSRİ yarananda Lenin, ondan sonra da Stalin uzun illər bir arzu ilə yaşayırdılar- Türkiyə sosialist ölkə olacaq və sosializm “cəbhəsinə” qoşulacaq. Ona görə də, SSRİ 1950 ci ilə qədər heç vaxt “erməni genosidi” məsələsini qaldırmırdı. Türkiyə Cümhuriyyəti dahi Atatürkün strategiyasına uyğun olaraq 1923-dən 1950-ci ilə qədər virtuozcasına xarici siyasət yürütdü, həm SSRİ, həm də Qərblə normal münasibətlər saxlayıb öz maraqları çərçivəsində hərəkət etdi.

İkinci Dünya müharibəsindən sonra Stalinin ən böyük arzusu ya İstanbulu almaq, ya da Türkiyənin Bolqarıstan, Rumıniya və s. Şərqi Avropa ölkələri kimi sosialist düşərgəyə qatmaq idi. O zaman Türkiyə dövləti yeganə doğru qərar alaraq 1950-ci ildə NATO-ya üzv olmaqla özünü bu bəladan tam qorudu, gücləndi, təhlükəsizlik çətiri əldə etdi və bu gün NATO-nun ən güclü 2-ci ordusuna malik ölkəyə çevrildi.

Türkiyə NATO-ya üzv olan kimi SSRİ-də bu ölkəyə münasibət kökündən dəyişdi və həmən “erməni genosidi” məsələsi Türkiyə təzyiq etmək üçün gündəmə gəldi. Bu Qərbin də işinə yaradı. Türkiyənin ipə-sapa yatması çətin ölkə olduğunu bilirdilər, NATO-ya üzv qəbul edib SSRİ-yə qarşı ciddi bir addım atsalar da, Türkiyəni təzyiq altında saxlamaq üçün bu məsələnin SSRİ tərəfindən qaldırılmasından öz faydalarına istifadə etməyə başladılar. Amma bu ayrı mövzudur, gələk SSRİ-yə.

SSRİ haqqında bildiklərinizi yadınıza salın- totalitar ölkədir, fərqli diskursa yer yoxdur, başqa ideologiyalar qadağandır. Belə bir zamanda “erməni millətçiliyinə” xidmət edən, yəni, SSRİ-nin ideoloji xəttinə tam zidd olan “genosid” məsələsi aktuallaşır. Görünməmiş bir qərar verilir. 1964-ci ildə Ermənistan Kommunist Partiyasının birinci katibi Zarobyan “genosid” məsələsini SSRİ miqyasında qaldırır. SSRİ KP-nin Mərkəzi Komitəsi İrəvanda “genosid abidəsinin” tikilməsinə qərar verir. Bu gün İrəvanda hər qonağı apardıqları həmin abidə 1967-ci ildə açılır, erməni millətçiliyinin and yerinə çevrilir.

Yaxşı, SSRİ belə təhlükəli ideoloji qərara niyə getdi?

1) Dediyim kimi, NATO Türkiyəsinə təzyiq etmək üçün;

2) Erməni xalqının nifrətini məhz türklərə yönəltmək üçün – çünki, 1915-də baş verən faciəvi hadisələrdə Rusiya İmperiyasının da böyük payı var. Erməniləri üsyana, Osmanlını arxadan vurmağa təşviq edən, onlara silah, ən əsası, yalançı ümidlər verən məhz Rusiya idi. Nifrətin ruslara qarşı deyil də, türklərə qarşı yönəldilməsi əsas hədəflərdən biri idi.

Zənnimcə, Paşinyan məhz bu məsələnin yenidən dərk edilməsinə çağırış edib.

Mane olmayaq!

Maraqlı diskursdur, imkan verək özləri bir qərara gəlsinlər.

Natiq Cəfərli,

Real Partiyasının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 02 Fevral 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see145

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see137

Müdafiə və milli təhlükəsizlik xərcləri açıqlandı

16 Aprel 2025 00:19see134

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see134

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see131

Gələn il dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

15 Aprel 2025 22:10see127

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see124

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see124

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see123

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see121

Əli Əsədov Gürcüstan Prezidenti ilə görüşdü KONKRET

15 Aprel 2025 23:24see120

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see120

Süni intellekt bədii yaradıcılığın inkişafında yeni səhifələr açır Əli Abbasov

16 Aprel 2025 18:09see115

Populyar ucuz Toyota modelləri bazarda səs küyə səbəb olur

15 Aprel 2025 21:16see115

Ölkə boyu leysan yağışlar yağır FAKTİKİ HAVA

15 Aprel 2025 22:13see114

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim tədris prosesi ənənəvi qaydada davam edəcək

16 Aprel 2025 10:24see113

İsrailin Türkiyə QORXUSU: Nə baş verir? KONKRET

16 Aprel 2025 17:26see109

II Liqa: Vüqar Nadirovlu Şəmkir darmadağınla liderlərə yaxınlaşdı

16 Aprel 2025 20:01see109

Hərbi çağırışdan yayınmaya qarşı yenilik Xidmət yeni qanunla bağlı açıqlama yaydı

16 Aprel 2025 10:27see108

Ceyms Finies: Fundamental hüquqlarımız uğrunda mübarizə aparacağıq

15 Aprel 2025 20:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri