Icma.az
close
up
RU
Vergi bəyannamələri vaxtında təqdim edilməlidir

Vergi bəyannamələri vaxtında təqdim edilməlidir

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyiciləri tərəfindən vergi bəyannamələrinin vaxtında təqdim olunmasını təmin etmək məqsədilə maarifləndirmə işlərini davam etdirir.
Vergi bəyannamələrinin vaxtında və düzgün təqdim edilməsi qanunvericiliyə riayət etməklə yanaşı, biznesin düzgün idarə edilməsi, uçotun dürüstləşdirilməsi və maliyyə şəffaflığının təmin edilməsi üçün vacibdir. Bu proses vergi ödəyicisinin qanunlara əməl etməsinin, şəffaflığa töhfə verməsinin və hesabatlılığın təmin olunmasında fəal iştirakının göstəricisidir. Eyni zamanda, maliyyə əməliyyatlarında şəffaflıq biznes subyektinə olan etimadı və maraqlı tərəflərlə münasibətləri gücləndirir. Maliyyə intizamına və vergi öhdəliklərinə əməl edən şirkətlər investorların və müştərilərin tərəfindən daha çox etimad qazanır. Biznes təmsilçilərinin hesabatlılığı və şəffaflıq tələblərinə əmək etməsi ölkəmizin beynəlxalq iqtisadi təhlillərdə də göstəricilərinin yüksəlməsini təmin edir.
Vergi ödəyicilərinin maraqlarının qorunması Dövlət Vergi Xidmətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Bu səbəbdən bəyannamə və hesabatların elektron formada təqdim edilməsi üçün geniş imkanlar yaradılıb. Bu isə vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarların xidmət mərkəzlərinə getmədən bəyannamələri rahat şəkildə təqdim etməsinə imkan verir.
Vergi qanunvericiliyinə uyğun olaraq, hər bir vergi ödəyicisi əldə olunan gəlirlər barədə vergi bəyannaməsini təqdim etməlidir. Verginin bəyannamədə əks olunan məbləği həmin hesabatda göstərilməli olan məbləğə nisbətən azaldıldığı halda, habelə büdcəyə ödənilməli vergi hesabat təqdim etməməklə yayındırıldıqda, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış məbləğlərə münasibətdə Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş maliyyə sanksiyaları tətbiq olunur.
Vergi bəyannamələrinin vaxtında təqdim edilməsi vergi ödəyicisinin hüquqlarını və maliyyə resurslarını qorumaqla yanaşı, dövlət büdcəsinə də öz töhfəsini verir və ölkə iqtisadiyyatının inkişafına müsbət təsir edir. Dövlət Vergi Xidməti bəyannamələrin vaxtında təqdim edilməsinin, hesablamaların dəqiq aparılmasının və vergilərin vaxtında ödənilməsinin zəruriliyini bir daha diqqətə çatdırır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:784
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Aprel 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri