Icma.az
close
up
RU
Menu

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

Erməni müstəntiqlər hansı alimi Vəli Xuluflu ilə üzləşməyə məcbur etmişdilər?

Erməni müstəntiqlər hansı alimi Vəli Xuluflu ilə üzləşməyə məcbur etmişdilər?

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Bu gün tanınmış alim Vəli Xuluflunun anım günüdür.
Kulis.az bu münasibətlə Elmin Nurinin alim haqqında araşdırmasını təqdim edir.

Vəli Xuluflu yeni əlifba islahatının əsas ideoloqlarından biri olub. Tanınmış folklorşünas alim cəmi 43 il ömür yaşamasına baxmayaraq, milli yaddaşın mühafizəsində dura bilib. Elə bu səbəbdən də bir çox təzyiqlərə, haqsızlıqlara məruz qalıb və nəhayət, 1937-ci ilin qanlı repressiyasında qurban gedən aydınlardan biri olub.
1937-ci ilin apreli… Artıq növbə Vəli Xulufluya da çatıb. Çünki bir neçə ay bundan əvvəl həbs edilən və aramsız işgəncələrə məruz qalan başqa ziyalılar cismani əziyyətlərə dözməyərək, alim haqqında “həqiqətləri” söyləmişdilər.

Xuluflunu həmkarı Hənəfi Zeynallı ilə də həbsxanada üzləşdirəcəkdilər… Və səbirsizliklə ölümünü arzulayan Hənəfi Zeynallı dostunun əleyhinə ifadə verəcəkdi. (Yalnız ona görə ki, çox arzuladığı güllələnməyə məruz qalaraq, canını cəllad əlindən qurtarsın). Yəni, vəziyyət bu dərəcədə ağır idi. Amma bu haqda az sonra.
1937-ci ilin yazıdır... Vəli Xuluflunun ikiotaqlı dar mənzilində DTK əməkdaşları axtarış aparırlar. Nə tapsalar yaxşıdı? – partiya bileti, pasport, Buxarin, Trotski, Zinovyevin şəkilləri, hərbi bilet, kitablar, dəftər və fotoşəkillər. Başqa heç nə!
Amma görün, təkcə bunlardan istifadə edərək, folklorçuya nə cür ittihamlar irəli sürürlər: “1 dekabr 1934-cü ildə trotski-zinovyevçi terrorçu təşkilatının üzvü, Kirovun qətlində iştirak, 1934-37-ci illərdə partiya və hökumət rəhbərlərinə qarşı terrorda iştirak”. (Aslan Kənan, “XX əsrdə repressiyaya qurban gedənlər”)
Görün, öz işi ilə məşğul olan, zəif cüssəli folklorşünas onlar üçün nə dərəcədə təhlükəli şəxs imiş ki, onu iki rəhbərə – S.M.Kirov və Mir Cəfər Bağırova qarşı sui-qəsddə, terror cəhdində günahlandırırdılar.
Ona qarşı irəli sürülən 6 maddədən ən əsasları da elə bunlar idi.
Yox, hələ bu da tam deyildi. Onu sonradan Stalinin sağ əli olan Beriyaya qarşı sui-qəsd cəhdində də günahlandırdılar. Məhz bundan sonra Vəli Xuluflu həbs edildi. Amma gözləri zəif görən, fiziki baxımdan o qədər də hazırlıqlı olmayan Vəlinin dözümü işgəncə işlərini yerinə yetirən erməni leytenantları belə, heyrələndirirdi. Xuluflu başqa ziyalılardan fərqli olaraq, işgəncələrə 6 ay dözə bildi ki, bu da görünməmiş bir müddət idi. Amma hər şeyin də bir sonu var.
İnsan orqanizmi müəyyən həddə qədər nələrəsə dözə bilər. Artıq ağır durumda olan Vəli Xuluflu bundan sonra nəyinsə düzələcəyinə, səhhətinin yenidən bərpa olacağı inamından əl çəkərək, hər şeyi “etiraf edir”.

Bəli, guya o boyda Beriya, Kirov və Bağırova məhz sadə bir folklorçu sui-qəsd təşkil edib. Xuluflu həm də ona görə boynuna alırdı ki, bu maddə ilə təqsirləndirilən şəxsləri Sibirə göndərməyib, birbaşa güllələyirdilər. Özü də maksimum 15 dəqiqə çəkən məhkəmə proseslərindən sonra.
Bir detalı da vurğulamaq lazımdır: Vəli Xuluflu öz “günahlarını” etiraf etsə də, ondan Əli Nazim, Seyid Hüseyn və Ruhulla Axundovla bağlı böhtan dolu ifadələri almaq mümkün olmur. Məhz ondan sonra DTK-nın qanlı şöbələrinin birində inləyən növbəti qurban – Hənəfi Zeynallı Vəli Xuluflu ilə üzləşdirilir. Bu üzləşməni iki erməni müstəntiq – Avanesyan və Qalstyan həyata keçirirdi. Hənəfi Zeynallı Vəli ilə görüşməzdən əvvəl müstəntiq onunla xeyli söhbət edir və bir növ tənqidçini həmin dialoqa “hazırlayır”.
Taleyin ironiyasına baxın ki, ömürlərini elmə qurban verən, iki vicdanlı alim bu iki erməninin təzyiqləri səbəbindən üzləşməli olurlar:
“Müstəntiq: – Vətəndaş Vəli Xuluflu haqqında sizə nə məlumdur?
Hənəfi Zeynallı: – Mənə məlumdur ki, Vəli Xuluflu millətçidir və əksinqilabın üzvüdür.
Müstəntiq Vəli Xulufluya: – Siz Hənəfi Zeynallının bu ifadəsini təsdiq edirsiz?
Vəli Xuluflu: – Doğrudan da mən əksinqilabçıyam. Amma əksinqilabi hərəkatın üzvü olmamışam”. (Aslan Kənan, yenə həmin kitabdan)
Daha sonra çox vacib bir detal barəsində söhbət açılır ki, sorğu-sual edən ermənilərin də dərdi o zaman yenidən təzələnir. Sən demə, onların Vəli Xulufluya bu qədər acıqlı olmağının həm də başqa səbəbi var imiş - “Koroğlu” dastanı…
Aranın qarışıb, məzhəbin itməsindən istifadə edən erməni “alimlər” “Koroğlu”nun məhz onlara aid olduğunu və onun erməni çarı Arşakın oğlu olduğunu iddia etmək istəyirdilər. Məhz o zaman bu iki alim qollarını çırmayaraq, dastanı ermənilərdən xilas edirlər. Ortaq türk dastanı olan “Koroğlu” H.Zeynallı və V.Xuluflu tərəfindən tarixi və etnoqrafik, folklorşünaslıq müstəvisində araşdırılır. Alimlərin gətirdiyi elmi dəlillər qarşısında susan ermənilər iddialarından əl çəkməli olurlar.
Lakin bu xəbər artıq DTK-da işləyən ermənilərə çoxdan gedib çatmışdı. Odur ki, indi bu iki alimi bir-birinə qarşı qoyub onlara mənəvi işgəncə verməkdən həzz alırdılar. Amma Hənəfi Zeynallı son nəfəsində də olsa belə, “Koroğlu” adı gələn kimi yenidən erməni müstəniqlərə qarşı çıxır və bu işdə Vəli Xuluflaya kömək etdiyini deyir:

“Vəli Xuluflu danışırdı ki, erməni Kananyan “Koroğlu”nun onlara məxsus olduğunu və çar Arşakın oğlu olduğunu “sübut etmək” istəyir. Mən də cavab verdim ki, “Koroğlu” Azərbaycanın qəhrəmanıdır və onun erməni çarının oğlu olduğunu tanımaq belə istəmir. Bu mühakimə milli zəminə keçdiyindən mən Xulufluya dedim ki, “Koroğlu” üzərində işlərimi davam etdirəcək və onun müstəqil Azərbaycanın milli qəhrəmanı olduğunu göstərəcəyəm. Xuluflu mənimlə razılaşdı və dastanın tarixi hissəsini işləməkdə mənə kömək etdi”.
Bu da son…

Erməni cəlladlarının yanında bu iki yarımcan alim onlara son zərbəni vurur. Daha sonra isə özləri qalib ədasıyla güllə qarşısına keçirlər.
1937-ci ilin 13 oktyabrında Xuluflu güllələnir. Daha sonra isə arvadı – univermaqda tikişçi işləyən Fatma xanım işdən qovulur. Evdə azyaşlı uşaqlarına verəcək çörəyin olmadığını görüb, bütün əşyalarını satır. Amma bu da uzun çəkmir. Vəlini öldürməklə ürəyi soyumayan cəlladlar onun arvadını da “vətən xaininin həyat yoldaşı” ittihamı ilə 8 il müddətinə həbs edirlər.
Amma Fatma xanım dözür. Həbsdən çıxır, uşaqlarına qovuşur. Hətta 1956-ci ildə ərinin bəraət kağızını da özü alır və sevinir ki, onun, ümumlikdə bu xalqın övladları, nəvə-nəticələri “Koroğlu” dastanını alın açıqlığı ilə oxuya biləcəklər...

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək Yəhudi varislərin Van Qoq tələbi Oskarlı aktrisa vəfat etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://kulis.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı 23° C USD 1.700 EUR 1.968 TRY 0.041 GEL 0.627 RUB 0.021 UAH 0.041 Əsas xəbərlər Son xəbərlər Siyasət İqtisadiyyat Cəmiyyət İdman Mədəniyyət Dünya Analitika Multimedia Türkiyə və Suriya təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edəcək

11 Oktyabr 2025 17:27see434

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see302

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see186

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see166

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see154

“Slow Food International”ın prezidenti: “Terra Madre” təşəbbüsü qlobal hərəkatın bir hissəsidir

11 Oktyabr 2025 17:29see151

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see139

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see138

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see135

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see135

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see134

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

11 Oktyabr 2025 20:50see134

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see134

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see133

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see125

Zelenski Trampla söhbətinin təfərrüatlarını açıqlayıb

11 Oktyabr 2025 17:55see124

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see123

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see123

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

11 Oktyabr 2025 23:03see122

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri