Icma.az
close
up
RU
Erməni nəşrinin şok xəbərdarlığı: “Ərazimiz radioaktiv bombalarla doldurulacaq” KONKRET

Erməni nəşrinin şok xəbərdarlığı: “Ərazimiz radioaktiv bombalarla doldurulacaq” KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 “ABŞ-la Ermənistan arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında çoxlu mübahisəli məqamlar var. Onlardan biri  Amerika ilə nüvə enerjisi sahəsində əməkdaşlıqdır.  Ermənistan enerji suverenliyinin itirə, “Metsamor” AES-dən imtina edə və ABŞ-ın kiçik modul stansiyalarının riskli texnologiyaları torpağımızda sınaqdan keçirilə bilər”.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Kremlə yaxın yekramas.org saytı yazıb.

Bildirilir ki,  Bakı və Ankara uzun müddətdir ki, “Metsamor”  AES-i dayandırmağa çalışırlar.

“Görünür, amerikalılar elektrik enerjisi istehsalını kiçik modul reaktorlarla əvəz edəcəklərini vəd ediblər. Düzdür, bu innovativ texnologiyalar sınaqdan keçirilməyib və indiyə qədər yalnız kağız üzərində mövcuddur. Yəni mahiyyət etibarı ilə Ermənistan ərazisi radioaktiv bombalarla doldurulacaq. Nüvə sənayesində elmi tədqiqatdan praktik sınaqlara qədər olan yol çox uzun və təhlükəlidir. Lakin ABŞ Metsamor AES-i gələn il bağlamağı planlaşdırır, Rosatom isə enerji bloklarının işini 2036-cı ilə qədər uzadıb” deyə, sayt bildirir.  

Qeyd olunur ki, Paşinyan hakimiyyət  amerikalılı  sevindirmək üçün  Ermənistanda elektrik enerjisinin 40%-ni istehsal edən səmərəli işləyən AES-i alternativ enerji ilə, hələ öyrənilməmiş modul tipli atom elektrik stansiyaları, günəş panelləri və elektrik enerjisi ilə əvəz etməyə hazırdırlar.  “Vaxtilə bu yolu hələ də enerji tələsindən çıxa bilməyən Avropa Birliyi artıq seçmişdi. Hiss olunur ki, ölkəmizin indiki rəhbərliyi Rusiyanın adının Ermənistanın enerji inkişafı strategiyasından silinməsi üçün hər şeyə hazırdır. Ancaq problem ondadır ki, “Rosatom” Vyetnamda və ya İndoneziyada başqa layihələrə keçərək gedəcək və istifadə olunmuş nüvə yanacağı hələ də ölkəmizdə qalacaq, çünki onu yalnız Rusiya nüvə alimləri məhv etməyə qadirdir.

Qeyd etmək lazımdır ki, Avropa həqiqətən də “yaşıl” enerji sahəsində öz yenilikləri və təcrübələri səbəbindən ciddi problem içindədir. Məsələn, artıq İspaniyada atom elektrik stansiyalarının bağlanması ilə bağlı etirazlar başlayıb, Böyük Britaniyada elektrik enerjisinin qiymətləri fəlakətli şəkildə artıb, Danimarkadakı külək turbinləri yerli enerji şirkətini 1,69 milyard dollar zərərə gətirib çıxarıb.  Ermənistanı da  eyni nəticə gözləyir” deyə qeyd edilib.

Xatırladaq ki, Ermənistanın Rusiyanın “enerji kölələliyindən” qurtulmaq üçün  “Metsamor”dan Amerikanın xeyrinə imtina edə biləcəyi haqda xəbərlər yeni deyil.  Bildirilir ki, ABŞ-ın bu niyyəti isə təkcə yeni texnolojinin tətbiqi  deyil, həm də regionda siyasi məqsədlər güdür.

Ekspertlərə görə, ABŞ-da kiçik modul reaktorların iki əsas növü üzərində iş aparılır: Natrium (Bill Qeyts tərəfindən startap) və Holtec-in SMR-160 (160 meqavat) təzyiqli su reaktoru. Sırf texniki səbəblərdən Natrium nə Ermənistana, nə də Orta Asiyaya çatdırıla bilər. Çünki bu sürətli reaktorda yüksək zənginləşdirilmiş urandan istifadə edir. Təzyiqli su reaktoruna(SMR-160) gəlincə, bunu İrəvanda tətbiqi mümkündür. Reaktorun özəlliyi ondan ibarətdir ki, o, “özünü tormozlayır” və təbii dövriyyədədir.  

Yüksək təhlükəsizlik reaktorda qəza istisna edilir və ətraf mühiti çirkləndirmir.  AES-in təxmin edilən sahə tutumu isə  cəmi 2-3 hektardır. Təhlükəsizliyin təmin edilməsi tikintinin mürəkkəbliyi hesabına baş verir. Reaktorun yerin altında demək olar ki, beş mərtəbəli bina hündürülyündə yerləşdirilməsi planlaşdırılır. Aydındır ki, bunun üçün külli miqdarda bahalı yeraltı tikinti işləri tələb olunacaq. Reaktorun dəyəri isə  bir milyard dollar kimi qiymətləndirir.

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Yanvar 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri