Erməni turist Bakıdakı 5 günündən danışdı “Hər kəs soyadımı görürdü”
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sankt-Peterburqda yaşayan erməni mənşəli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib.
“Qafqazinfo” xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist “Instagram”da öz səfəri haqqında geniş paylaşımlar edərək minlərlə istifadəçinin diqqətini çəkib.
Olqa səfərdən öncə böyük narahatlıq keçirdiyini və müxtəlif rəsmi qurumlara müraciət etdiyini bildirib:
“Ən əsası onu demək istəyirəm ki, başlanğıcda bu səfərə maksimum dərəcədə hazırlaşmışdım. Mümkün olan bütün xidmətlərə yazmaq qərarına gəldim və hamısı mənə cavab verdi: əlbəttə ki, sizi gözləyirik, gəlin, heç bir problem yaşanmayacaq”.
Sərhəd keçidi zamanı gözlədiyindən də rahat qarşılandığını deyən Tamazyan təəssüratlarını bölüşüb:
“Hava limanına çatanda şokda idim. Sərhədçilər bizi çağırdılar, baş zabiti dəvət etdilər. O, sadəcə harada qalacağımızı soruşdu və vəssalam. Bu, cəmi beş dəqiqə vaxtımızı aldı”.
Tamazyan vurğulayıb ki, Bakıda olduqları müddətdə mehmanxanada, taksidə və şəhərin müxtəlif yerlərində erməni soyadlarını görmələrinə baxmayaraq, bir nəfərdən belə mənfi münasibət və ya mənfi söz eşitməyiblər. Bakıda Zəfər Parkını da ziyarət edən turist qeyd edib ki, onun şəxsi təcrübəsi əvvəllər onda olan qorxuları tamamilə alt-üst edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 30 Sentyabr 2026 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















