Icma.az
close
up
RU
Erməni vətəndaşların Bakı səfəri ilə bağlı MƏQAMLAR KONKRET

Erməni vətəndaşların Bakı səfəri ilə bağlı MƏQAMLAR KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Bakıya səfəri regionda formalaşan yeni siyasi atmosferin mühüm elementlərindən biri kimi dəyərləndirilir. Maraqlıdır, bu səfərin diplomatik və ya siyasi əhəmiyyəti nədir?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli KONKRET.az-a açıqlamasında bildirib ki, bu təşəbbüs Azərbaycan–Ermənistan münasibətlərində etimadın yaradılması və sülhün inkişafı baxımından ciddi önəm daşıyır.

“Hər iki dövlət hazırda vətəndaş cəmiyyəti formatında dialoqa xüsusi diqqət ayırır. Bu cür qarşılıqlı səfərlər böyük ehtimalla Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin avqust ayında ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən görüşündə əldə edilmiş razılaşmalarının tərkib hissəsidir”.

Politoloq vurğulayır ki, nundan əvvəl Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Ermənistanda səfərdə olublar.

“Səfər çərçivəsində Yerevanda bir sıra görüşlər keçirib, müzakirələr aparıblar. İndi isə Ermənistanı təmsil edən vətəndaş cəmiyyətinin üzvləri Bakıya gəlir. Ermənistanda beyin mərkəzinin nümayəndələri olan şəxslərin səfərinin məqsədi iki ölkə arasında anlaşma yaradılmasına köməklik etməkdir. Onlar qayıtdıqdan sonra Ermənistan cəmiyyəti üçün vacib idealarla çıxış edəcəklər”.

M.Rəhimli əlavə edir ki, siyasi qurumların, ictimai təşkilatların, medianın fəaliyyəti üçün zəruri ideyalar verərək, məntiqi mühakimələr ortaya qoyacaqlar.

“Bu isə Ermənistan cəmiyyətində yeni düşüncə formalaşdırmaq deməkdir. Ermənistanın beyin mərkəzinin nümayəndələrinin səfəri hökumət üçün də yeni çağırışlar formalaşdıra bilər. Beləliklə, bu səfər Ermənistan hakimiyyəti ilə erməni xalqının Azərbaycana qarşı obyektiv münasibətinin formalaşmasına xidmət göstərəcək. Bu isə nəticədə sülh prosesinin irəli aparılması və ona dəstəkdir”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Noyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see134

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see129

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri