Icma.az
close
up
RU
Şimal Cənub dəhlizi ilə bağlı YENİ MƏQAMLAR KONKRET

Şimal Cənub dəhlizi ilə bağlı YENİ MƏQAMLAR KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Bakıda Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş keçirilir. Toplantıda nəqliyyat-logistika, energetika və gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə olunur.

Görüşün əsas gündəlik mövzularından biri Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlıdır. Ekspertlərə görə, bu görüş dəhlizin gələcək fəaliyyəti və regiondakı iqtisadi münasibətlərin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Elçin Xalidbəyli bildirib ki, son günlər Azərbaycan və Rusiya münasibətlərində müəyyən yumşalma müşahidə olunur. Onun sözlərinə görə, Prezident İlham Əliyev və Rusiya lideri Vladimir Putin arasında Düşənbədə keçirilən görüşdən sonra iki ölkə arasındakı gərginliyin azalması ehtimalı artıb:

“Münasibətlərin normallaşması üçün qarşılıqlı addımlar atılmalıdır. Bu sırada Cənubi Qafqazdan keçən nəqliyyat-logistika xətlərinin istifadəyə verilməsi böyük önəm daşıyır. Şimal–Cənub dəhlizi Rusiya və İran üçün həyati əhəmiyyət kəsb edir və bu səbəbdən Kreml layihənin reallaşması üçün ciddi səylər göstərir,” – politoloq qeyd edib.

Elçin Xalidbəylinin fikrincə, dəhlizin əsas iştirakçılarından biri Azərbaycan olduğundan, layihənin uğurlu icrası üçün Bakı-Moskva münasibətlərinin sabitliyini zəruri edir.

“Rusiya İran ərazisində infrastruktur işlərinin bir hissəsini öz üzərinə götürüb. Görünən odur ki, Şimal–Cənub dəhlizinin fəaliyyətə başlaması üçün Azərbaycan və Rusiya arasında münasibətlər normal məcrada davam etməlidir. Əks halda, Bakı buna imkan verməz,” – ekspert əlavə edib.

Politoloq hesab edir ki, Rusiya üçün Azərbaycan strateji əhəmiyyət daşıyan tərəfdaşdır. Moskva dünya bazarlarına yeni çıxış əldə etmək baxımından bu nəqliyyat dəhlizinə ehtiyac duyur və ona görə də münasibətlərin normallaşması istiqamətində adekvat addımlar atmağa məcbur qalacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://konkret.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri