Icma.az
close
up
RU
Erməni zülmünün Gürcüstandakı izləri: Qərbi Azərbaycandan deportasiya edilən hörmətli ailə, ağrılı tale REPORTAJ

Erməni zülmünün Gürcüstandakı izləri: Qərbi Azərbaycandan deportasiya edilən hörmətli ailə, ağrılı tale REPORTAJ

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində yerləşən Mir Abdulla Ağa və qardaşı Mir Yunis Ağa türbələri bu bölgədə xüsusi hörmətə malikdir. Onlar vaxtilə Qərbi Azərbaycanda yaşamış, lakin ermənilərin təzyiqləri səbəbindən Gürcüstana üz tutmuşlar.

Nəslin ağsaqqalı Seyid Mir İbrahim və onun ailəsi İrəvan qəzasının Gözəldərə kəndində ermənilər tərəfindən qətlə yetirilib. Ailə üzvlərinin sağ qalanları Ağbaba mahalına digərləri də Gürcüstan və Türkiyəyə köçərək orada məskunlaşıblar.

"Report"un Gürcüstan bürosu Sadaxlı kəndində sözügedən ailənin təmsilçiləri ilə görüşüb.

Mir Abdulla ağanın qızı Xədicəbəyim xanım deyir ki, Mir Abdulla və Mir Yunis ağanın nəsil yolu İmam Museyi Kazimin nəslinin davamıdır. Onlar keçən əsrin 19-cu ilinə qədər İrəvan qəzasının Gözəldərə kəndində yaşayıb. Ancaq ermənilər onları öz yurdlarından didərgin salıblar. Beləliklə, nəsil-şəcərə bir əsrdə üç dəfə deportasiyaya məruz qalıb, Ağbaba faciəsində şəhidlər verib.

Bu nəsil iki yerə bölünüb, bir hissəsi Türkiyənin Qars vilayətinə, Seyid Mir İbrahim isə öz övladlarını da başına yığıb Gürcüstana üz tutub.

Onlar burada nə qədər isti münasibət, hörmət görsələr də, Gözəldərədə aldıqları yaraların ağrısını unuda bilmirlər. Ermənilər Gözəldərədə Seyid Mir İbrahimin oğlu Mir Ələsgəri, Mir Abbası, Seyidin özünü və başqa qız-gəlini qətlə yetiriblər. Ailə köç karvanını Amasiyadan salıb. Mir Kazim Amasiyanın Təpəkənd deyilən elində vəfat edib. Seyid Mir İbrahim ermənilər tərəfindən qətl edildikdən sonra nəslə Mir Ələkbər ağsaqqallıq etməyə başlayır. Bir az sonra Amasiyanın Təpəkənd adlanan elində bir müqəddəs günbəz də ucalır. Mir Kazim ömrünü burada sona çatdırır və həmin kənddə dəfn olunur.

Hörmətli bir nəslin övladı kimi onun Təpəkənndəki məzarı camaat tərəfindən ziyarətgaha çevrilir. Onlar Borçalıda məskunlaşdıqları vaxt Mir Abdullanın əsgərlik yaşı gəlib çatır və o, əsgəri xidmətini ödəmək, Vətən qarşısında borcunu vermək üçün hərbi xidmətə gedir. Geri, ailəsinə dönəndə evdə heç kəsi tapa bilmir. Anası, qardaşı və bir də həyat yoldaşı Səkinə xanım keçmiş SSRİ-də Stalin rejiminin köçürmə siyasətinin axarına düşərək Qazaxıstana sürgün olunmuşdular.

1934-cü ildə Mir Abdulla valideynlərinin arxasınca Qazaxıstana gedir. Ailə 1937-ci ildə geri qayıdır ki, Qərbi Azərbaycanda öz ata-baba yurdlarında yenidən məskunlaşsınlar. Ancaq o dövrün qanunlarını əsas tutaraq onları Sadaxlı kəndində sərhəddən Ermənistana buraxmırlar. Elə buna görə də məcburən bu gün son mənzillərini tapmış olduqları Sadaxlıda məskunlaşırlar.

Xədicəbəyim xanımın dediyinə görə, 1940-cı ildə, dünyanı lərzəyə gətirən müharibəyə (İkinci Dünya Müharibəsi - red.) bir az qalmış atası Mir Abdulla, kiçik əmisi Mir Yunis və anası ilə bərabər Sadaxlının "Muşul meşəsi"ndən odun gətirirmişlər. O vaxtlar kənddən bir az aralı, indi isə getdikcə böyüyən kəndin içində - əhatəsində qalmış Ağtəpə deyilən yerə çatanda əmisi Mir Yunis şələsini yerə qoyub diqqət və maraqla həmin təpəciyə nəzər salır. Sonra üzünü Xədicəbəyimin anasına tutub deyir: "İlahi, bura necə də gözəl və səfalı yerdir, bax üç gün sonra məni burada dəfn edərsiniz!".

"Anam nə qədər ağlayıb hay-həşir qoparsa da, söz Mir Yunisin ağzından çıxmışdı. Heyrət doğuran hadisə bu idi ki, həqiqətən də üç gün sonra Mir Yunis həyatını itirdi", - Xədicəbəyim köksünü ötürdü.

Mir Yunisin vəsiyyətinə uyğun olaraq onu həmin təpəcikdə - Ağtəpədə dəfn ediblər. O gündən bu kiçik təpə niyyəti təmiz insanların ziyarət yerinə çevrilib.

Ailə şəcərəsindən aydın olur ki, Mir Abdulla 1977-ci ildə vəfat edir və onu da qardaşı Mir Yunisin dəfn olunduğu Ağtəpədə dəfn edirlər.

Mir Abdullanın ömür-gün yoldaşı Səkinə xanım 2000-ci ildə vəfat edib. Üç qızları olub. Hazırda onlar - Rubababəyim Bakıda, Fatmabəyim Gəncədə, Xədicəbəyim isə Marneulinin Dəmyə-Görarxı kəndində yaşayırlar.

Qərbi Azərbaycanın ağrılı tarixindən bəhs edən Xədicəbəyim Ələkbərova öncə özünü təqdim edir:

"Mən Xədicəbəyim Mir Abdulla qızı, Qərbi Azərbaycandanam. 1906-cı ildə ermənilər ailəmizi deportasiyaya, faciələrə, sürgünlərə məruz qoyublar. Atamgil 42 əmioğlu olub, hamısını qırıblar. Ailəmizdən sağ qalanlar Ağbabaya, bir hissəmiz Gürcüstana, digərlərimiz də Türkiyənin Qars vilayətinə köçdük. Atamın bacısı kiçik övladını qucağına alıb sərhədi Türkiyəyə keçmək istəyərkən ermənilər onu qətlə yetiriblər. Uşaq Türkiyə tərəfdə qalıb. Mən illər sonra İstanbula gedərək onunla görüşdüm. Babam Mağaracıq kəndində yaşayırdı, amma sonradan Türkiyəyə getmək istəyəndə tutub sürgünə göndərdilər".

– Sizin şəcərənizdə üç dəfə deportasiyaya məruz qalmış insanlar var. Son deportasiya dalğasını necə xatırlayırsınız?

– Çox çətin idi, çox… Hər şey normal görünürdü. Qəfil ağır faciələr başladı. Ermənilər uşaqlara, qadınlara, dinc insanlara işgəncələr verirdilər. Xüsusilə, Kirovakan yaxınlığında, Arçutda uşaqlara dəhşətli zülmlər etdilər. Biz bu hadisələrin hamısını öz gözümüzlə gördük. Buradan köç edənləri müşahidə edirdik, onlara yemək verirdik, “Gəlin, burada qalın” deyirdik. Amma onlar ağır faciələrlə yurdlarını tərk etdilər. Bacım, əmim qızları – hamısı evlərindən zorla çıxarıldı. Bu, insanın heç vaxt unuda bilməyəcəyi bir ağrıdır.

– Bəs siz kökə bağlılığınızı necə yaşadırsınız, adət-ənənələriniz bu gün də qorunurmu?

– Biz adət-ənənələrimizi yaşatmaq üçün əlimizdən gələni edirik. Toylarımızda yallı oynanır, bayramlarımızı qeyd edirik. Novruzda yumurtaları boyayırıq, bacadan-bacaya gedirik, gəlinlərə pay aparırıq. "Xıdır Əlləz" və "Xıdır Nəbi" kimi qədim adətlərimizi yaşadırıq. Bu adətə uyğun olaraq əvvəlcə buğdanı yuyuruq, quruduruq, sonra qovurub dəyirmanda üyüdürük və pay veririk.

Havalar isinəndə bağda, əkin sahələrində işləyirik. Gilas, heyva, alma kimi meyvələr yetişdiririk. Bağımıza, torpağımıza sahib çıxmaq bizim üçün ən böyük dəyərdir.

– Qərbi Azərbaycana yenidən qayıtmaq istərdinizmi?

– Qərbi Azərbaycan mənim üçün müqəddəsdir. Mən o torpaqlarda doğulmuşam, 1959-cu ildə Amasiya rayonunun Mağaracıq kəndində anadan olmuşam. Hər daşını, hər yolunu tanıyıram. Orada yaşadığım günləri heç vaxt unuda bilmərəm.

Əgər qərbi azərbaycanlılara sual versəniz ki, “o torpaqlara qayıtmaq istəyirsinizmi?”, hamısı gözləri dolaraq “bəli” deyər. Hətta bayatılar deyib ağlayarlar:

Eləmi, vətən yaxşı,
Geyməyə kətan yaxşı,
Gəzməyə qürbət ölkə,
Ölməyə vətən yaxşı...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://report.az
archiveBu xəbər 14 Fevral 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri