Ermənilər Mehridə saxtakarlıqlara başlayıb
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ermənistan rəhbərliyi tarixi ərazilərimizdəki abidələrimizlə bağlı saxtakarləqlarını davam etdirir.
"Ölkə.az" bu barədə erməni mediasına istinadən bildirir. “Mehridə orta əsrlərə aid təməllər üzərində dayanan kilsələr bərpa olunur və nadir əşyalar tapılır”, erməni mediası yazıb. Qeyd olunub ki, “Surb Hovhannes monastırı”nda aparılan qazıntılar zamanı “şərakan kolleksiyasının parçaları (kilsə nəğmələri), eləcə də 12-13-cü əsrlərə aid kilsə qabları aşkar edilib”.
Şəhərdə 4 məbədin olduğu bildirilir. “Onlar digər erməni kilsələrindən həm də onunla fərqlənir ki, onlar yonulmuş daş bloklardan deyil, su axını ilə cilalanmış çay daşından tikiliblər”-erməni saxtakarlar daha sonra əlavə ediblər.
Beləliklə, qədim alban kilsələrini “erməni kilsəsi” kimi təqdim etmək cəhdləri davam edir. Zəngəzur dəhlizinin, Qərbi azərbaycanlıların qayıdışı mövzusunun aktual olduğu bir zamanda ermənilərin Mehri saxtakarlıqlarına başlaması sözsüz ki, təsadüfi deyil.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 05 Yanvar 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















