Icma.az
close
up
RU
Ermənilər qadağan olunmuş mərmilərdən istifadə edirdilər Aprel döyüşlərində yaralanmış hərbçi

Ermənilər qadağan olunmuş mərmilərdən istifadə edirdilər Aprel döyüşlərində yaralanmış hərbçi

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Elmir Abbasov hərbçi kimi xidmət etdiyi Tərtər rayonunda 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı yaralandığını bildirib.

"Unikal" xəbər verir ki, o, 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribat törətdiyini, atəş açdığını söyləyib və deyib: “Bilirsiniz ki, döyüş və müharibə qanunlarına görə, hərbi bölmə yalnız hərbi bölmə ilə vuruşmalıdır. Amma onlar kəndlərə, dinc əhalinin yaşadığı ərazilərə qadağan edilmiş mərmilər atırdılar, zəhərli, yandırıcı mərmilər atırdılar. Yəni, Ermənistan silahlı qüvvələri qadağan olunmuş mərmilərdən kütləvi şəkildə istifadə edirdilər.

"Şrapnel tipli" adlandırdığımız mərmilərin tərkibində çuqun qəlpələrdən əlavə, bir mərminin içərisində 2 mindən çox iynə yerləşdirilir. Bu, elə iynələrdir ki, onların birinin insana dəyməsi belə kütləvi zəhərlənməyə səbəb ola bilər. Bizə keçirilən təlimlər zamanı videogörüntülər vasitəsilə izah edilib ki, həmin iynələrə dəriyə batmadan, sadəcə əl ilə toxunmaq belə insan orqanizminə təsir göstərir və zəhərlənməyə səbəb olur”.

Zərərçəkmiş şəxs dövlət ittihamını müdafiə edən prokurorların, zərərçəkmişlərin vəkillərinin, müdafiə tərəfinin, o cümlədən təqsirləndirilən şəxslərin suallarını cavablandırıb. Təqsirləndirilən şəxs Levon Mnatsakanyan sual verən zaman əvvəlcə Aprel döyüşlərində iştirak etdiyini bildirib və deyib: “Mən 2016-cı ildə keçirilən əməliyyatlarda iştirak etmişəm və “ordu komandiri” olmuşam. Düzünü desəm, təqdim olunanların baş verdiyini ilk dəfədir eşidirəm”.

O, hadisə zamanı E.Abbasovun hansı hərbi vəzifəni tutduğunu və rütbəsini soruşub. Zərərçəkmiş şəxs həmin vaxt artilleriya divizionunda batareya komandiri olduğunu, kapitan rütbəsində xidmət etdiyini deyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 May 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see263

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see179

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see153

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see132

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see131

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see125

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see123

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri