Icma.az
close
up
RU
Ermənilər tərəfindən adı dəyişdirilən Üç gənc Monastırının müəmmalı tarixi

Ermənilər tərəfindən adı dəyişdirilən Üç gənc Monastırının müəmmalı tarixi

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 17 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Ağdərə rayonu ərazisində olan və "Üç körpə monastrı" adı altında erməni təbliğat maşını tərəfindən təqdim olunan abidənin adı əslində “Üç gənc Monastrı”dır. "Üç körpə monastrı" adı Ermənistanın elmi ədəbiyyatında sübutu olmayan əsassız iddiadır. Beləki, “Üç körpə” adının monastra verilməsinin hansı zərurətdən yarandığı izah edilmir və ya edilə bilmir. Məhz bu baxımdan bu ad növbəti erməni cəfəng yalanından başqa bir şey deyildir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AMEA Tarix və Etnologiya İnstitunun əməkdaşı Faiq İsmayılov deyib.

O bildirib ki, erməni mənbələrində bu abidənin Həsən Cəlalın ailəsi tərəfindən 1691-ci ildə inşa edildiyi iddia edilir və sübut kimi qapının üzərindəki daş kitabə misal göstərilir. Lakin erməni mənbələrində 2010-cu ildə abidəyə ermənilər tərəfindən qeyri-qanuni müdaxilə edildiyi barədə məlumatın olması və binanın üzərindəki daş kitabənin mövcud forması, kitabənin dəyişdirildiyini təsdiq edir. Daha bir reallıq ondan ibarətdir ki, 1261-ci ildə Həsən Cəlal monqollar tərəfindən həbs olunur və ağır işgəncələrdən sonra öldürülür. Onun ölümündən təqribən 400 il sonra, ailəsi tərəfindən monastr tikdirmələri iddiası heç də inandırıcı görünmür.

Əsas həqiqət ondan ibarətdir ki, Üçgənc Monastırı Qarabağda memarlıq quruluşu Gəncəsər monastırı ilə eynilik təşkil edən yeganə abidədir. Bunun səbəbi Üçgənc monastırının XIII əsrdə, Xaçen knyazlığının yüksəliş dövründə, Ağdərə rayonunda Suarası qalasının yaxınlığında, Gəncəsər monastırının patriarxal taxtının himayədarı və Xaçen hökmdarı Həsən-Cəlalın göstərişi ilə inşa edilməsidir. Bu baxımdan Üçgənc Monastrının Gəncəsər Monastırına oxşarlığı təbii qarşılanır. Belə ki, Gəncəsər Monastırının əsas kilsə binasının inşasına 1216-cı ildə Həsən Cəlalın sifarişi ilə başlanılıb, tikinti işləri isə 1238-ci ildə tamamlanıb. Bu barədə kilsənin interyerində yerləşən inşa kitabəsində ətraflı məlumat verilir.

F.İsmayılov nəzərə çatdırıb ki, Gəncəsər Monastırının tərkib hissəsi kimi inşa edilən Üçgənc Monastırı tikildiyi gündən etibarən Qarabağın məşhur qədim əlyazma mərkəzlərindən biri kimi tanınan Gəncəsər Monastırının tabeliyində fəaliyyət göstərib. Beləliklə, bu regionda yerləşən Xudavəng, Ürəkvəng, Gəncəsər, Ktişvəng və Kolyataq kimi Qafqaz Albaniyası monastırları sırasına Üçgənc Monastırı da əlavə olunub. Monastırın tikintisi ilə bağlı azsaylı mənbələrdən birində onun adının mənşəyi haqqında qeyd olunur ki, Həsən Cəlalın göstərişi ilə Gəncəsər Monastırından inşaat işlərinə nəzarət etmək üçün buraya göndərilən üç gənc rahibin şərəfinə bu məbədə “Üçgənc Monastırı” adı verilib. Gənc rahiblər monastırın inşası başa çatdıqdan sonra ömürlərinin sonunadək burada yaşayıb. Vəfat etdikdən sonra isə hər üçü monastırın daxilində dəfn edilib.

Tarixçi nəzərə çatdırıb ki, Üçgənc Monastırı Tərtər rayonunun Suqovuşan kəndinin qərbində yerləşən dağlıq ərazidə, Təpəkənd kəndindən 10 kilometr Cənub-Qərbdə və Ağdərə rayonundakı SuqalasI abidəsindən təxminən 7 kilometr məsafədə, meşəlik sahədə yerləşir. Monastırın adı, qeyd edildiyi kimi, onun inşasına nəzarət edən üç gənc din xadiminin adı ilə bağlıdır. Bu abidə Qarabağ regionunda orta əsrlərin son dövründə inşa edilmiş monastırların ən görkəmli nümunələrindən biridir. Bina düzbucaqlı plan üzrə yonulmuş və cilalanmış sarı-ağ rəngli yerli bazalt daşlardan tikilib. Monastır kompleksinin mühafizə divarlarının ətrafında qədim qəbiristanlıq yerləşir.

O diqqətə çatdırıb ki, 2010-cu ildə Ermənistan işğalı dövründə “bərpa” adı altında abidəyə qeyri-qanuni müdaxilə həyata keçirilib. Bu müdaxilə zamanı günbəz hissəsinin daxili interyeri kobud şəkildə dəyişdirilib, giriş qapısının sağ tərəf divarına üzərində xaç təsviri olan daş lövhə yerləşdirilib, giriş qapısının üzərindəki daş kitabə isə yenisi ilə əvəz olunub. Sözügedən qanunsuz dəyişikliklərdən sonra ərazi “bərpaçılar” tərəfindən tərk edilib. Üç Gənc Monastr kompleksi Kilsədən, Narteksdən (Narteks, erkən xristian və Bizans bazilikalarında və kilsələrində müntəzəm olaraq rast gəlinən, adətən binanın qərbində yerləşən giriş hissəsi kimi təsvir edilir), digər bitişik binalardan, hasar və qəbiristanlıqdan ibarətdir. Monastır kompleksinin kilsəsi salonunun mərkəzində yerləşən iki dayaq sütunlu, yarımdairəvi apsisli və üç dəhlizli bazilikadır. Mərkəzi nef yan dəhlizlərdən xeyli geniş və hündürdür. Bina tağlı tavan və günbəzli örtükdən ibarətdir. Kilsənin daxili interyerində Oğuz memarlıq elementlərinin yer alması Həsən Cəlalın adı ilə bağlıdır. Məhz bu səbəbdən ermənilər sonradan kilsənin günbəzindəki səkkizguşəli ulduz formasını sıradan çıxararaq ona oval forma veriblər.

Dövrün mənbələrində Həsən Cəlal “knyazlar knyazı” kimi təqdim edilsə də, o, özü “işxan” titulunu daşıdığını göstərir. Erkən türk dövlətlərində bu titul hökmdarlara məxsus olmuş və “işıq xan” söz birləşməsindən yaranıb. Eyni zamanda, erkən türk dövlətlərində dövlət başçısı dini ayinlərin icraçısı funksiyasını da yerinə yetirirdi. Bu baxımdan, Həsən Cəlalın sifarişi ilə inşa edilən kilsələrdə türk memarlıq elementlərinin üstünlük təşkil etməsi onun soy-kökünə və mənşəyinə sadiqliyinin bariz nümunəsidir.

“Kilsənin günbəzi səkkiz möhtəşəm kvadrat üzərində ucalır və ətrafı eninə sütunlar və tağlarla əhatə olunub. Kilsənin daxili hissəsi valehedicidir; geniş salonun əzəməti və mükəmməl sakitliyi uca sütunlar, maili tağlar və böyük pəncərələrdən axan sirli günəş işığı şüaları ilə daha da artır. Monastır kompleksi kobud yonulmuş pud daşlar və əhəng məhlulu ilə inşa edilib. Yeganə giriş qapısı qərb fasadında yerləşir. Kilsənin qarşısında narteks qalıqlarının olması, şimal və şərq fasadlarının yaxınlığında kurqanların yerləşməsi bu abidənin erməni mədəniyyətinə aid olmadığını sübut edən təkzibolunmaz dəlillərdir. Monastır kompleksinin ətrafı böyük daşlardan tikilmiş hasarla əhatə olunsa da, mühafizə divarları uçub dağılıb və yalnız izləri qalıb. Monastıra aid qəbiristanlıq hasarın xaricində yerləşir. Monastır kompleksindən yüz metr aralıda, meşənin içərisində inanılmaz dərəcədə soyuq suyu olan bir bulağın mövcudluğu əraziyə xüsusi gözəllik qatır”, - deyə F.İsmayılov əlavə edib.

-1 / 3

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see212

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see199

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see163

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see140

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see137

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri