Icma.az
close
up
RU
Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itirilə bilər

Ermənilər təşvişdə: Tezliklə Zəngəzura nəzarət itirilə bilər

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Son günlər Ermənistan mediasında regional nəqliyyat yollarının açılması məsələsi aktiv şəkildə müzakirə olunur. Bu müzakirələr xüsusən də “Carnegie Endowment”in diplomatik mənbələrə istinadən ABŞ prezidenti Donald Tramp administrasiyasının İrəvan və Bakıya nəqliyyat bağlantılarının nəzarətinin amerikalı özəl şirkətə verilməsini təklif etdiyi barədə məlumatından sonra daha da genişlənib. Lakin bu təklifin detalları hələlik açıqlanmayıb.

Bakupost.az -ın məlumatına görə, erməni mediası Ermənistan hakimiyyətinin nəqliyyat yollarının açılmasına hazır olduğunu, lakin bunu suverenlik, milli yurisdiksiya, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında həyata keçirilmək istədiyini yazır.

Yeri gəlmişkən, beynəlxalq media orqanları Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün Birləşmiş Ərəb Əmirliklərində baş tuta biləcəyi barədə xəbərlər yayımlayır. Rəsmi təsdiq olmasa da, bəzi analitiklər mənbələrə istinadən görüşlə bağlı iyul ayı üçün mümkün tarixlər də səsləndiriblər.

“Middle East Eye” nəşri yazır ki, BƏƏ bu görüşə ev sahibliyi etməklə Cənubi Qafqaz ölkələri arasında münasibətlərin yaxşılaşdırılmasına töhfə vermək istəyir. Ermənistan baş nazirinin sözçüsü Nazeli Bağdasaryan bu məlumatları nə təsdiqləyib, nə də təkzib edib.

Erməni politoloq Tiqran Qriqoryan bildirib ki, əgər belə bir görüş baş tutsa, əsas müzakirə mövzusu məhz regional kommunikasiyaların açılması olacaq. Lakin o hesab edir ki, yolların nəzarətinin amerikalı özəl şirkətə verilməsi Ermənistan üçün faktiki olaraq “dəhliz məntiqi”nin qəbul edilməsi anlamına gələcək. Bu isə bütün yerli politoloqların fikrincə, qırmızı xətt sayılır.

Hazırda ABŞ-nin təklifi, Ermənistan Xarici İşlər Nazirliyinin açıqlamaları və ekspert rəyləri barədə məlum olanlar bunlardır.

“Zəmanətçi Amerika biznesi olacaq”

“Carnegie Endowment” tərəfindən dərc olunan materiala görə, yola bir Amerika şirkəti nəzarət edəcək. Əldə edilmiş razılaşmaların icrasına “Amerika biznesi və Amerika maraqları zəmanət verəcək”.

Erməni jurnalist Olesya Vartanyan “Azadlıq Radiosu”na verdiyi müsahibədə bildirib ki, bu təklif Tramp administrasiyasının məntiqini əks etdirir:

“Bu, o deməkdir ki, əgər hansısa təşəbbüslər və ya təkliflər irəli sürülürsə, onlar, digər məsələlərlə yanaşı, Amerika biznesini və Amerika kapitalını da əhatə etməlidir. Bu yanaşmanın bir nümunəsi bizdən çox da uzaqda deyil - Ukraynadadır. Onlar hətta nadir torpaq metalları ilə bağlı müqavilə də imzalayıblar.”

Vartanyanın sözlərinə görə, bu təklifi may ayında İrəvan və Bakıda səfərdə olan ABŞ Dövlət katibinin köməkçisi müavini Coşua Huk tərəflərə çatdırıb. Təklif hələ də müzakirə olunur və onun necə həyata keçiriləcəyinə dair “müxtəlif variantlar” mövcuddur.

Amerika şirkətinin konkret olaraq hansı səlahiyyətlərə malik olacağı, hansı funksiyaları yerinə yetirəcəyi və marşrutu yalnız Ermənistan ərazisində, yoxsa Azərbaycan tərəfində də idarə edib-etməyəcəyi kimi suallar isə hələ də cavabsız qalır.

İrəvan “region üçün qarşılıqlı faydalı nəticələr” təklif edir

“Carnegie Endowment” nəşrinin dərc etdiyi məqaləyə cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib ki, Ermənistan regional nəqliyyat infrastrukturunun açılmasında həmişə maraqlı olub və bu marağını qoruyur. O, Ermənistan hökumətinin artıq bir çox beynəlxalq tərəfdaşdan müsbət rəy almış “Sülh kəsişməsi” təşəbbüsünü xatırladıb.

“Bundan başqa, Ermənistan bu təşəbbüs çərçivəsində bütün tərəflər üçün məqbul ola biləcək bir sıra həll yolları təklif edib,” - deyə o qeyd edib, lakin detalları açıqlamayıb.

Ermənistanı nə gözləyir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ermənistan əvvəlcə Zəngəzur dəhlizinə qarşı çıxsa da, indi iqtisadi inteqrasiyaya daha elastik yanaşma nümayiş etdirir.

"Anadolu" agentliyinin məlumatına görə, Ərdoğan bildirib ki, Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni imkanlar yaradacaq.

Ərdoğanın bu açıqlamasına münasibət bildirən Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan vurğulayıb ki, Ermənistan regional əlaqələrin inkişafına daim sadiq olub və bu mövqeyini qoruyur:

“Bu yanaşma çərçivəsində Ermənistan konkret ideyalar, həll yolları və konstruktiv təkliflərlə birlikdə ‘Sülhün kəsişməsi’ təşəbbüsünü təqdim edib. Fikrimizcə, bunlar həm region ölkələri, həm də geniş nəqliyyat şəbəkələri ilə maraqlanan tərəfdaşlar üçün qarşılıqlı faydalı nəticələr verə bilər.”

Lakin onun əsas mesajı Ermənistanın mövqeyinin dəyişmədiyi idi:

“Həmişə olduğu kimi, Ermənistanın regional nəqliyyat infrastrukturunun açılması ilə bağlı baxışı suverenlik və rabitə üzərində milli yurisdiksiya prinsiplərinə əsaslanır və heç bir alternativ məntiqi nəzərdə tutmur.”

Erməni analitik Lilit Dallakyan isə bildirib ki, Ərdoğanın açıqlaması Türkiyə ilə Rusiya arasında razılaşmaya işarə edir:

"Türkiyə Prezidenti yenidən Ermənistan ərazisindən keçən ekstraterritorial dəhliz çağırışı ilə çıxış edərək “türk dünyasını birləşdirmək” ideyasını gündəmə gətirdi".

Paşinyan Trampa güvənir

JAMnews yazır ki, Ermənistan baş naziri Nikol Paşinyan ABŞ prezidentini Müstəqillik Günü münasibətilə təbrik edərək, Trampın münaqişələri sona çatdırmaq və qlobal sülhü təşviq etmək istiqamətində səylərini yüksək qiymətləndirdiyini bildirib:

"Əminəm ki, Sizin rəhbərliyiniz altında ABŞ Cənubi Qafqazda çoxdan gözlənilən sülh, sabitlik və rifahın əldə olunmasına mühüm töhfə verəcək".

Paşinyan həmçinin hökumətinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyib.

Politoloq Tiqran Qriqoryan deyir ki, regional nəqliyyat yollarının açılması məsələsi Vaşinqton üçün, o cümlədən Bayden administrasiyası dövründə prioritet olub:

"2024-cü ilin yayından etibarən bu marşrut üzrə tranzitə nəzarətin özəl şirkət vasitəsilə həyata keçirilməsi təklifinin müzakirə olunduğu barədə ictimaiyyətə açıq məlumat var".

Onun sözlərinə görə, əvvəllər bu sahədə İsveçrə şirkətinin iştirakı müzakirə olunmuşdu, lakin Bakı bu variantı rədd etmişdi:

"İndiki mərhələdə danışıqlar marşruta Amerika və ya Ermənistan-Amerika birgə müəssisəsinin nəzarəti ətrafında aparılır. Ermənistanın layihədə iştirakı erməni tərəfinin təklifi kimi görünür və əsasən, İranın mənfi reaksiya verməsinin qarşısını almağa yönəlib."

Qriqoryan detalların dəqiqləşdirilməsinin vacibliyini vurğulayır. Onun fikrincə, bütün tərəflər formal olaraq Ermənistanın suverenliyini tanısa da, ölkə bu marşruta faktiki nəzarəti itirə bilər:

"Bizim hələ də az məlumatımız var. Amma əgər Ermənistan müəyyən səlahiyyətləri bu şirkətə həvalə edərsə, bu, əslində “dəhliz məntiqi”ni gündəmə gətirə bilər. Hətta Paşinyan özü də bu məsələyə Türkiyədəki erməni icması ilə görüşdə üstüörtülü şəkildə toxundu".

Həmin görüşdə Paşinyan "Zəngəzur dəhlizi olmayacaq" deyə bildirib və Ermənistanın "Sülh kəsişməsi" layihəsinin gerçəkləşəcəyini bəyan edib. Bununla belə, o, erməniləri xəbərdar edib:

""Sülh kəsişməsi" layihəsi işə düşən andan etibarən Azərbaycan deyəcək ki, “baxın, Zəngəzur dəhlizi açılıb”. Buna hazır olmalıyıq. Amma istənilən sadələşdirilmiş tranzit bizim ərazimizdə bizim suverenliyimiz, onların ərazisində isə onların suverenliyi çərçivəsində baş verməlidir. Bu cür sadələşmələr qarşılıqlı olmalıdır."

Qriqoryan hesab edir ki, İran marşrut üzərində ABŞ şirkətinin mövcudluğunu qəbul etməyəcək və Rusiyanın da etiraz edəcəyi gözlənilir:

"Qarabağdan geri çəkildikdən sonra Rusiya üçün regional yolların açılması Ermənistan və Azərbaycan üzərində təsirini qorumaq üçün yeganə vasitədir".

O hesab edir ki, Bakı hələ ABŞ-nin təklifini qəbul etməyib. Əgər Ermənistan və Azərbaycan liderləri BƏƏ-də görüşsələr, diqqət çox güman ki, kommunikasiyaların açılmasına yönələcək. Sülh sazişinə gəlincə, Qriqoryan buna skeptik yanaşır:

"Mən Bakı tərəfindən sazişin imzalanması üçün irəli sürülən ilkin şərtlərdən məsələn, Ermənistanda konstitusiya dəyişikliyi tələbindən imtina ediləcəyinə dair heç bir əlamət görmürəm. Bu məsələdə heç bir irəliləyişə və ya kompromisə ümid etmək üçün ciddi əsas yoxdur."

Avropa Sülh Fondunun Ermənistana yardımı

Jurnalist Tatul Akopyanın fikrincə, yolların “dəhliz”, “magistral” və ya “keçid” adlandırılmasının elə də əhəmiyyəti yoxdur:

"Əsas məsələ budur: Araz çayı boyunca - Azərbaycanın Naxçıvana və Türkiyəyə çıxışı üçün Ermənistanın suveren ərazisindən, Mehridən keçəcək dəmir yolu və avtomobil yoluna kimin nəzarət edəcəyi müəyyən olunmalıdır".

O vurğulayır ki, Ermənistan dəfələrlə öz ərazisinə nəzarətin itirilməsinin yolverilməz olduğunu bəyan edib.

Lakin Tatul Akopyan əlavə edib ki, Ermənistan artıq Araz çayı boyunca təxminən 45 kilometrlik yol və digər infrastrukturların idarəçiliyinin ABŞ-a, daha dəqiqi, Ermənistan-Amerika təşkilatına verilməsinə ilkin razılıq bildirib:

"Vaşinqtonun Mehri kommunikasiyasının idarəçiliyinin Ermənistan-Amerika şirkətinə verilməsi təklifi, əslində, bu nəzarətin Amerikanın əlinə keçməsi deməkdir. “Erməni” komponentinin bu təklifə daxil edilməsi, əsasən, Rusiyanın qəzəbini yumşaltmaq və hazırda zəifləyən İran tərəfinin etirazlarının qarşısını almaq məqsədi daşıyır".

Tatul Akopyanın fikrincə, İrəvan Vaşinqtonun təklifinə mahiyyət etibarilə qarşı çıxmır, lakin Bakı hələ də bu məsələdə yekun qərarını verməyib. Məhz buna görə də, o, BƏƏ-də baş tutacaq Paşinyan-Əliyev görüşünə böyük önəm verir.

Lalə Novruz,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:259
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 İyul 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri