Icma.az
close
up
RU
Ermənistan ABŞ işçi qrupunun Tramp layihəsi üzrə iclası: nələr müzakirə olundu?

Ermənistan ABŞ işçi qrupunun Tramp layihəsi üzrə iclası: nələr müzakirə olundu?

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan Xarici İşlər Nazirliyi Vaşinqtonda keçirilmiş sülh sammiti çərçivəsində əldə olunan razılaşmaların icrası üzrə Ermənistan–ABŞ Birgə İşçi Qrupunun ilk iclası barədə məlumat yayıb.

"Unikal" xəbər verir ki,  nazirliyin mətbuat xidmətinin bildirdiyinə görə, iclas 17 dekabr tarixində baş tutub.

Görüşdə Ermənistan tərəfdən xarici işlər nazirinin müavini Vaahan Kostanyan, ABŞ tərəfdən isə Dövlət katibinin müavini köməkçisi Sonata Koulter onlayn formatda iştirak ediblər.

Vaahan Kostanyan ABŞ-ın Cənubi Qafqazda sülhün bərqərar olunmasına verdiyi əhəmiyyətli dəstəyi vurğulayıb və Ermənistan tərəfinin Ermənistan–ABŞ arasında imzalanmış anlaşma memorandumlarının icrasında fəal əməkdaşlığa maraqlı olduğunu bildirib.

Tərəflər əldə olunmuş konkret razılaşmaların praktiki icrası məqsədilə müzakirələrin ekspert səviyyəsində davam etdirilməsi barədə razılığa gəliblər.

ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidmətinin məlumatına görə, iclas zamanı enerji təhlükəsizliyinin gücləndirilməsi, yarımkeçirici təchizat zəncirinin inkişafı, süni intellekt sahəsində əməkdaşlıq, həmçinin Ermənistanın yol infrastrukturu və sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə imzalanmış memorandumların icrası məsələləri müzakirə olunub.

Bəyanatda qeyd olunur ki, “ABŞ Cənubi Qafqazda sülh və rifah barədə Prezident Donald Trampın baxışını həyata keçirmək üçün dəyərli strateji tərəfdaşı – Ermənistan Respublikası ilə əməkdaşlıqdan məmnundur”.

Xatırladaq ki, 8 avqust tarixində Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə nizamlanmasına dair birgə bəyannamə imzalayıblar. ABŞ Prezidentinin açıqlamasına əsasən, Ermənistan “Tramp Marşrutu” (TRIPP) çərçivəsində ABŞ-a Azərbaycanla Naxçıvan arasında quru əlaqənin yaradılmasının nəzərdə tutulduğu yolun inkişafı üçün 99 ilədək müddətə eksklüziv uzunmüddətli hüquqlar təqdim edəcək. Sözügedən yol Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərəcək.

Amerika tərəfi həmin ərazini infrastrukturun qurulması və idarə olunmasına cavabdeh olacaq konsorsiuma subicarəyə verməyi planlaşdırır. Eyni zamanda, hər iki ölkənin xarici işlər nazirləri sülh sazişini paraflayıblar.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Dekabr 2025 21:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri