Icma.az
close
up
RU
Üzeyir Hacıbəylinin 140 illiyi beynəlxalq səhnədə qeyd olunub Sarayevoda bayram konserti

Üzeyir Hacıbəylinin 140 illiyi beynəlxalq səhnədə qeyd olunub Sarayevoda bayram konserti

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sarayevoda yerləşən Bosniya Mədəniyyət Mərkəzində Bosniya və Herseqovinanın (BvH) iki entitetindən biri olan BvH Federasiyasının Mədəniyyət və İdman Nazirliyinin, Sarayevo Musiqi, Səhnə və Təsviri İncəsənət Fondunun və “Amadeus” Fondunun birgə təşkilatçılığı ilə Milad-Yeni il konserti keçirilib. Bayram ab-havası ilə müşayiət olunan musiqi gecəsi mədəniyyətin birləşdirici gücünü nümayiş etdirərək müxtəlif yaş qruplarından olan dinləyiciləri bir araya gətirib.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyindən məlumat verilib. BvH Federasiyasının mədəniyyət və idman naziri Sanya Vlaisavlyeviç konsertin xüsusi və simvolik məna daşıdığını vurğulayaraq bildirib ki, bu cür tədbirlər ilin son günlərində insanlara sevinc, ümid və birlik hissi bəxş edir. Onun sözlərinə görə, Bosniya Mədəniyyət Mərkəzinin möhtəşəm akustik məkanında səslənən musiqi mədəniyyətlə cəmiyyəti, gənclərlə yaşlıları bir araya gətirərək bir ilin yola salınması və Yeni ilin qarşılanması üçün mənəvi körpü yaradır.

Konsert proqramının ən diqqətçəkən məqamlarından biri peşəkar Azərbaycan musiqi sənətinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin səsləndirilməsi olub. Bu ifalar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfirliyi tərəfindən həyata keçirilən ardıcıl mədəni təşəbbüslərin nəticəsi olaraq proqramda yer alıb. Bununla da, Sarayevoda keçirilən bayram konserti dahi bəstəkarın yubileyinin beynəlxalq səviyyədə qeyd olunmasına növbəti töhfə verib.

Sarayevo Musiqi, Səhnə və Təsviri İncəsənət Fondunun İdarə Heyətinin üzvü, dirijor Emir Nuhanoviç proqramın Şərqdən Qərbə uzanan geniş musiqi palitrasını əhatə etdiyini bildirib. Onun sözlərinə görə, Üzeyir Hacıbəylinin əsərlərinin Mendelson, Monti, Şubert və Ştraus kimi Avropa klassiklərinin yaradıcılığı ilə yanaşı səslənməsi bəstəkarın musiqisinin universallığını və müxtəlif mədəniyyətlər arasında körpü yaratmaq gücünü bir daha nümayiş etdirib.

Humanitar xarakter daşıyan konsert çərçivəsində təşkilatçılar vətəndaşlara istifadə etmədikləri musiqi alətlərini bağışlamaq çağırışı da ediblər. Toplanan alətlərin xüsusi qayğıya ehtiyacı olan uşaqlara, valideyn himayəsindən məhrum olanlara və sosial cəhətdən həssas ailələrdən olan istedadlı uşaqlara təqdim olunması nəzərdə tutulur. Dirijor Emir Nuhanoviç özü də şəxsi nümunə göstərərək skripkasını Tuzla musiqi məktəbinin istedadlı şagirdinə bağışlayıb.

Bayram konserti Sarayevoda musiqinin təkcə bayram əhvali-ruhiyyəsi yaratmadığını, eyni zamanda, mədəni diplomatiya, mərhəmət və beynəlxalq əməkdaşlıq vasitəsi olduğunu bir daha nümayiş etdirib. Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə onun əsərlərinin bu nüfuzlu səhnədə səslənməsi isə Azərbaycan mədəniyyətinin dünya miqyasında uğurla təbliğinin parlaq nümunəsinə çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Dekabr 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see195

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see167

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see154

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see149

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see147

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri