Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ermənilərin başına pul qoyduğu 28 yaşlı şəhidin anası: “O, arzusunda olduğu zirvəyə çatdı” MÜSAHİBƏ + FOTO

Ermənilərin başına pul qoyduğu 28 yaşlı şəhidin anası: “O, arzusunda olduğu zirvəyə çatdı” MÜSAHİBƏ + FOTO

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

“Aprel döyüşlərində itkin düşmüşdü. 3 gün ondan xəbər ala bilmədik. Mən öyrəşmişdim, bilirdim ki, işdədi. Sonra mənə başqa nömrədən zəng gəldi. Qəzənfər dedi ki, sağam, narahat olma. Gələndən sonra deyirdi ki, dostlarım şəhid oldu, mənə şəhidlik zirvəsi qismət olmadı. Müharibə başlayanda sevinə-sevinə döyüşə getdi. Taleyinə şəhidlik yazılmışdı deməli, Vətən müharibəsində arzuladığı zirvəyə çatdı”.

Bu sözləri 1992-ci ildə Sumqayıt şəhərində dünyaya gələn qəhrəmanımız, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri şəhid Qəzənfər Mütəllimovun anası Minəxanım Mütəllimova deyir. 

Hərbi xidmətini Tərtər istiqamətində düşmənlə sərhəddə başa vuran Qəzənfəri düşmən bir neçə dəfə snayperdən hədəf alsa da, məqsədinə nail ola bilməyib.

Anası deyir ki, hərbçi olmaq üçün icazə verməsə də, oğlu nəyin bahasına olur-olsun, hərbini seçdi. Qəzənfər Mütəllimov Azərbaycan Ordusunun tərkibində Azərbaycanın Sülhməramlı Qüvvələrində və NATO-nun təlimlərində iştirak edib. Kəşfiyyatçı kimi xidmət göstərən qəhrəmanımız dəfələrlə döyüş tapşırıqlarını yerinə yetirmək məqsədilə düşmən tərəfinə keçib.

28 yaşlı şəhidimizin anası oğlu barədə son xatirələrini Oxu.Az-a danışıb. 

Minəxanım deyir ki, oğlu aprel döyüşlərində iştirak edən zaman da onun şəhid xəbərini alıb, amma yalan çıxıb:

“Qəzənfər Aprel döyüşlərində iştirak edəndə 3 gün ondan xəbər olmadı. Əsgər yoldaşları da onu görmədiyini deyib. Hər kəs onu artıq şəhid bilirdi. Amma oğlum dörd əsgər yoldaşı ilə birlikdə daha dörd yaralı əsgəri çiyinlərində daşıyaraq döyüş meydanından sağ-salamat çıxarmışdı. Neçə kilometr yol gəldikdən sonra yoldaşları bilib ki, onlar sağ-salamatdı. Mənə üç gün sonra şəhid xəbərinin üstünə salamat olduğunu dedilər. Əsgər yoldaşları deyirdi ki, nə qədər yaralı, şəhid yoldaşlarını daşıyıb təhlükəsiz mövqelərə gətirib. Bunu mən demirəm, Allah bilir. Əsgər yoldaşlarının balam haqqında mənə danışdıqlarıdır”.

“Ermənilər Qəzənfərin başına pul qoymuşdular, ondan o qədər qorxurdular”

Qəzənfəri erməni snayperindən Allah qoruyub:

“Müharibə başlayanda Qəzənfər mənə zəng elədi ki, ana narahat olma, mən gəzməyə gedirəm. Bu sözündən başa düşdüm ki, artıq döyüşdədir. Aprel döyüşləri onun birinci müharibəsi olub. Bu dəfə ona hər şey adi gəlirdi. Deyirdi ki, müharibə kinolardakı kimi deyil, çox başqa və çox gerçəkdir. Cəbrayıl istiqamətinə qədər düşmənləri məhv edə-edə gəlirlər. Hamının gözü balamda olub ki, ermənilər onu şücaətinə görə xüsusilə öldürmək istəyirlər.

Balam hərbi maşında gedəndə erməni oğlumu hədəf alıb. Döyüş yoldaşları deyir ki, biz gördük ki, vuruldu. Maşında gedəndə maşını hədəf alıb, partladıblar. Hamı deyib ki, öldü, sağ qalmaz. Sonra görüblər ki, partlamazdan qabaq maşından atılıb. Əli-qolu əzilsə də, sağdı. Heç kim inanmayıb deyə öz aralarında Qəzənfərə “pələng” deyə səsləniblər.

Oktyabrın 5-də Qəzənfər səkkiz nəfərlə Cəbrayıl istiqamətində kəşfiyyata düşüb. Qoca erməni qurdları irəlidə pusqu qurub, atışma olub. Üzbəüz döyüş gedib, döyüşdə ermənilərin bir neçəsini öldürsələr də, oğlumla birlikdə daha yeddi igid əsgərimiz orada şəhid olub”.

Şəhidin anası deyir ki, Qəzənfərin nəşini döyüş meydanından çıxaran uşağı görəndə dözə bilməyib:

“O uşaq mənə deyəndə ki, oğlunuzu mən çıxarmışdım, dedim ki, sənin əllərinə qurban olum. Uşaq oğlumun şəklinə baxıb hönkür-hönkür ağlayırdı ki, Qəzənfər ölməli deyildi. Əsgər yoldaşına yalvardım ki, mənə balamın yarasını desin. Üzünü aşağı salıb dedi ki, Qəzənfəri qarın boşluğundan güllə yarası ilə vurublar”.

Ölümündən bir gün qabaq çəkdiyi videosunda geyindiyi hərbi forması ilə də tabuta qoyulub qəhrəman şəhidimiz.

“Hər gün işdən gələndə məni qucaqlayıb öpərdi, indi sanki dünyada tənha qalmışam”.

“Qəzənfəri gözümün qabağında əlimdən alıb, torpağa qoydular. Bir ana buna necə dözsün? Oğlum bir gün sözümdən çıxmadı, məni üzmədi. Evimizin dirəyi, ümidim idi. Onu dəfn edəndə sanki qulağıma məni “anacan, sənə qurban olum” dediyinin səsi gəlirdi. Əlimdən nə gəlir ki, balama “lay-lay” deyib, yola saldım axirət evinə. Hərbi geyimlərini gətirdilər. Hər gecə balamın ətrini o paltarlardan alıram. Onları yumuram ki, Qəzənfərin qoxusunu kimdən alacam?”

Oğlu ilə müharibəyə getməzdən qabaq çəkdikləri son fotonu belə xatırlayır şəhid anası:

“Qəzənfər sanki hiss edirdi ki, bir də qayıtmayacaq. Müharibəyə getməzdən qabaq bizi dəniz kənarına apardı. Balamın ucaboyunun qarşısında qürurla durmuşam. Fəxr edirəm oğlumla. İndi baxıram ki, uşağımın gözlərində kədər varmı Mənə deyirdi ki, bu, ağır səfərdi. Müharibə oyun deyil. Elə də oldu. Güllə yağışının içərisindən neçə-neçə yaralı əsgəri çıxardı, neçə ananın nəfəsini qaytardı. Allah öz balama qismət eləmədi evinə dönüb, doğma balasına doymağı. Qismət, Allah verdi, Allah da aldı Qəzənfərimi məndən…

Balamın balası atasının şəkli ilə yatıb durur. Bütün oyuncaqlarını atıb kənara. Sanki bu şəkil onun ən sevimli oyuncağına çevrilib. Atası şəhid olanda Mələk 1 yaş beş aylıq idi. Qəzənfər 28 il yaşadı xalqına, vətəninə layiqli yaşadı, layiqli də dünyasını dəyişdi. Mən Qəzənfərdən müvəqqəti ayrılmışam. Axirətdə balamla qovuşacam. Allah bütün şəhidlərimizə rəhmət eləsin, nur içində yatsınlar. Şəhid anaları da fəxr etsinlər ki, belə şərəfli həyat yolu keçən igidlər yetişdiriblər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Yanvar 2025 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri