Icma.az
close
up
RU
Ermənilərin “əsir götürməyə” çalışdığı balaban

Ermənilərin “əsir götürməyə” çalışdığı balaban

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Tarix boyu erməni ideoloqları Cənubi Qafqazın mədəni irsini mənimsəmək, qonşu xalqların maddi və qeyri-maddi irs nümunələrini öz adlarına çıxartmaq siyasəti yürüdüblər. Bu saxtalaşdırma siyasətinin hədəflərindən biri də Azərbaycanın qədim musiqi aləti balaban olub.

Balaban tarixən Azərbaycanın milli nəfəsli musiqi aləti olub. Adı qədim türk dillərində “bala” (kiçik, zərif) və “ban” (səs, çağırış) sözlərindən yaranaraq “həzin səs” mənasını verir. 

Ermənilər çox yaxşı bilirlər ki, tarixi 6-cı əsrdən başlayan balaban Azərbaycana məxsus qədim nəfəs alətidir. De gəl ki, oğurluğa öyrəşmiş bu xalq balabana gələndə də nəfsinə hakim ola bilməyib.

Bu musiqi aləti qamış, tut, qoz, ən çox da ərik agacından hazırlanır və çox zəngin, dərin, lirik səsə malikdir. 

Azərbaycan muğam sənətində, aşıq musiqisində və xalq melodiyalarında geniş istifadə edilən balaban, həm də el mərasimlərində, toylarda, yaslarda ifa olunur. Xüsusilə Qarabağ, Naxçıvan, Şəki və Qazax bölgələrində balaban ifaçılığı xalq musiqisinin əsas dayaqlarından biri olub.

Balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir.
Alətin daha çox ərik ağacından hazırlanmasının səbəbi var. Bu da əriyin nəfəsdən gələn rütubətə davamlılığı ilə bağlıdır.

Balabanın keyfiyyəti onun materiallarının necə qurudulmasından asılıdır. Ağac nə qədər mükəmməl qurudularsa, alət o qədər keyfiyyətli alınar. Qurudulma zamanı materiallar çatlamamalıdır, buna görə ağaca əlif yağı vurulur. Balabanın uzunluğu 280-370 mm-ə qədər, müştüyün uzunluğu isə 9-10 mm olur. Balabanın boru hissəsinin üstündə səkkiz və ya doqquz, altında bir oyuq açılır. İfa zamanı hər iki əlin barmaqları ilə oyuqlar açılıb-bağlanır. İfaçı aləti səsləndirmək üçün dərindən nəfəs alaraq havanı ağız boşluğuna yığır və onu xüsusi ustalıqla dodaqları arasında tutduğu yastı müştüyün içərisinə üfləyərək barmaqlarını oyuqların üzərində hərəkət etdirməklə istənilən səs ucalığını alır.

Çoxsaylı erməni mənbələri balabanı dünyaya özlərinin qədim musiqi aləti kimi təqdim edir. Onlar bu aləti “duduk” adı altında dünya ictimaiyyətinə sırıyaraq, onun guya Ermənistan mənşəli olduğunu iddia edirlər. Erməni yalanlarına görə, hətta guya “duduk”un tarixi eramızdan əvvələ gedib çıxır.

Halbuki tarixi mənbələrdə – Azərbaycanın orta əsrlərə aid miniatürlərində, əlyazmalarında və sənət təsvirlərində balabanın varlığı sənədlərlə sübut olunur. Musiqi terminologiyasında “balaban” sözü türk mənşəlidir, “duduk” isə daha sonralar tətbiq edilmiş uydurma addır. Baxmayaraq ki, elə bu söz də türk mənşəli “tütək”dən götürülüb. Balaban əsasən Azərbaycan bölgələrində yayılmış və oradan başqa xalqlara keçmişdir. Ermənistan ərazisində bu alət XIX əsrin sonlarında Azərbaycan türkləri vasitəsilə yayılmağa başlamışdır.

Bütün bunlara baxmayaraq, bədnam qonşular “duduk”un Yaxın Şərqdə və Qafqaz xalqlarının məişət həyatında geniş yayılmış erməni nəfəsli musiqi aləti olduğu iddiasını davam etdirirlər. Məşhur erməni bəstəkar Aram Xaçaturyan ötən əsrdə yazıb: “Duduk yeganə alətdir ki, ifası məni ağladır”. Bununla o, balabanın erməni aləti olduğunu qabartmağa çalışıb.

Ermənilər dünyanın bir çox yerlərində, o cümlədən ABŞ-da balabanı özlərinə məxsus musiqi aləti kimi tanıda biliblər. Amerikanları aldadan ermənilər orada “Duduk məktəbi” də açıblar. Los-Ancelesdəki Kaliforniya Universitetinin erməni bölməsində isə “duduk sinfi” fəaliyyətə başlayıb. Ermənilər “dudukçu” Civan Qasparyanı bu musiqi alətinin ən məşhur ifaçısı kimi tanıdıblar. Qasparyan bir çox xarici filmlərə musiqi bəstələyib, hətta “Hollivud”da çəkilən bəzi ekran əsərlərində balaban ifa edib.

Ermənistanda balaban istehsal edən müəssisə də yaradılıb və “məhsullar” dünyanın müxtəlif yerlərinə “erməni aləti” kimi satılır.

2010-cu ildə Azərbaycanın Xalq artisti Alim Qasımov ABŞ-ın Nyu-York şəhərində konsert verərəkən onu balaban da müşayiət edib. Həmin vaxt amerikalılar balabanın ermənilərə deyil, azərbaycanlılalara məxsus olduğunu biləndə çox təəccübləniblər.

Balabanı Azərbaycanın hüdudlarından kənarda tanıdan məşhur ifaçılardan biri Əlixan Səmədovdur. O, ermənilərin bütün dünyada "duduk" kimi tanıtdıqları balaban ilə bir neçə ölkədə solo konsert proqramı ilə çıxış edərək, erməni plagiatlığını ifşa edib. Ə.Səmədov "Balaban metodu" adlı kitabın da müəllifidir.

2005-ci ildə ermənilər balabanı “erməni duduku” adı ilə UNESCO-nun qeyri-maddi irs siyahısına daxil etdirməyə cəhd göstərmişdilər. Lakin Azərbaycanın etirazları və mütəxəssislərin təqdim etdiyi sənədlər bu prosesin qarşısını aldı. Azərbaycan mütəxəssisləri qədim miniatürlər, arxiv yazıları və audio materiallarla sübut etdilər ki, bu musiqi aləti xalqımızın mədəniyyətinə məxsusdur.

Azərbaycan folklorunda balabana aid deyimlər az deyil. Məsələn:

Əzizim balabanı,
Asta çal balabanı.
Hamının balası gəldi,
Bəs mənim balam hanı.  

Bu çalğı alətinin adına qədim oğuz abidəsi “Kitabi Dədə Qorqud” dastanında, klassik Azərbaycan şairlərinin əsərlərində rast gəlinir.

Balabanın fərdi ifaçılıq xüsusiyyətinə böyük diqqət yetirən Azərbaycanın məşhur bəstəkarları bundan istifadə ediblər. Belə ki, Üzeyir Hacıbəylinin “İkinci fantaziya”, Müslüm Maqomayevin “Azərbaycan çöllərində”, Hacı Xanməmmədovun "Simfoniyetta” əsərində balabanın solo ifasına geniş yer ayrılıb.

Bu gün Azərbaycan erməni saxtakarlığı ilə yalnız mədəniyyət müstəvisində deyil, informasiya savaşı meydanında da mübarizə aparır. Musiqi tarixçiləri, etnoqraflar və sənətşünaslar bütün dünyada balabanın Azərbaycan mədəniyyətinə aid olduğunu faktlarla sübut etməyə davam edirlər.

2023-cü ilin dekabrında Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib.

Balaban sadəcə bir musiqi aləti deyil – o, bir xalqın ruhu, hafizəsi, tarixidir. Ermənistanın bu aləti öz adına çıxarmaq istəyi isə yalnız mədəni plagiatlıq deyil, eyni zamanda milli kimliyə qarşı yönəlmiş açıq hücumdur. Biz balabanın da, tarın da, kamançanın da, muğamın da sahibi olduğumuzu unutmamalıyıq. Onları qorumaq – keçmişə hörmət və gələcəyə borcdur.

A.Zeynalov

Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:390
embedMənbə:https://axsam.az
archiveBu xəbər 05 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri