Icma.az
close
up
RU
Ermənilərin “Gorus” toponimini öz mənşəylərinə uyğunlaşdırmaq istəyi tam mənasız bir təbliğatdır Araşdırma

Ermənilərin “Gorus” toponimini öz mənşəylərinə uyğunlaşdırmaq istəyi tam mənasız bir təbliğatdır Araşdırma

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 9 iyul, AZƏRTAC

Gorus şəhəri Qərbi Azərbaycanın Zəngəzur regionu ərazisində inzibati yaşayış məntəqəsi və rayon mərkəzidir. Gorus Qafandan 70, İrəvan şəhərindən 240, Bakıdan isə 500 kilometrlik məsafədə yerləşir. Şəhər İrəvan-Laçın-Xankəndi-Bakı avtomobil yolunun üzərində tikilib.

“Gorus” və ya “Goruslar” sözlərinin bir çox mənbələrdə qədim türk tayfalarından birinin adı olduğu göstərilib. “Alban tarixi” əsərində Qafqaz Albaniyası ərazisində Qoroz qalasının adı çəkilir. Bu qalanın adı indiyədək Gorus kimi qalıb. “Qoroz” toponimi “Koros” adının yazılış forması kimi göstərilir. Tədqiqatlar göstərir ki, “Qoroz” toponimi təhrifə uğradılaraq “Xurs” və “Xoruz” kimi də işlədilir. Naxçıvandakı Xurs və Tərtər rayonundakı Xoruzlu kəndlərinin adları ilə “Gorus” toponimi eyni mənşəli olduğu bildirilir. VII əsr Albaniyasının şimal-şərqində “Xors qayası” toponimi qeyd olunur. Ərəb mənbələrində isə həmin yer Xursan qalası adlandırılır. Bu qala Dəvəçi rayonundakı məşhur Çıraqqaladır. Həmin Xursan toponimi də mənşəcə yuxarıda göstərdiyimiz Qoroz, Xurs və Xoruz adları ilə eyni mənşəlidir.

Bu fikirlər Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun Gorusla bağlı araşdırma məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Moisey Kalankatuklunun “Alban tarixi” əsərində bu yaşayış məntəqəsinin adı Qoroz qalası kimi çəkilir. Cənubi Qafqazda Qroznı toponimi mənşəcə eyni olub, Türk mənşəli Qorus tayfasının adı ilə bağlıdır. Gorus toponimini tədqiq edən əslən Gorusun Şurnuxu kəndindən olan Əzəmət Rüstəmli Naxçıvandakı Xurs kəndinin, Qazax rayonundakı Xoros dağının, Qarabağdakı Kirs dağının, Türkiyədəki Qars şəhərinin adlarının Gorus toponimi ilə eyni mənşəli olduğunu qeyd edir. Gorus toponimini “Qor” sözü ilə əlaqələndirən fikir də maraqlıdır. “Alban tarixi” əsərində göstərilir: “Babiki müşaiyət edən Qor və Qazan adlı iki doğma qardaş öz dinlərini atıb xaçpərəst oldular. Babik püşk atdı və Qorun bəxtinə Hot kəndi, Qazanın bəxtinə isə Şalat kəndi çıxdı”. Hot və Şalat kəndlərinin Sisyan və Gorus rayonlarının ərazisində olması bu gümanı daha da qüvvətləndirir.

Məhəmmədhəsən Baharlı Gorus toponiminin İranın Həmədan şəhəri yaxınlığındakı Gorus mahalından olan tayfaların adı ilə bağlılığını göstərir. Lakin bu adın Azərbaycanın Cavad, Şamaxı və Göyçay qəzalarında məskunlaşdığını da qeyd edir.

Gorus tayfası Türk mənşəli olmaqla, XV-XVI əsrlərdə Qızılbaşların tərkibində Səfəvilərin hakimiyyətə gəlməsində mühüm rol oynayıb. Ola bilər ki, Gorus tayfası XVI əsrin əvvəllərində Şah İsmayıl Xətainin Zəngəzura yürüşü zamanı Zəngəzura gələrək burada məskunlaşıb. Gorus ərazi etibarilə Qafqazda ən qədim yaşayış məskənlərindən biridir. Əhalisi XIX əsrin sonu və XX əsrin əvvəllərinədək Azərbaycan türklərindən ibarət olub.

Eyni zamanda, Ermənilərin bir çox tarixi məqamlarda adı hallanan “Gorus” toponiminin erməni mənşəyinə uyğunlaşdırmaq istəyi diqqət çəkir. Erməni tədqiqatçıları Gorus (Qoris) sözünü rus dilindəki “qora” – “dağ” sözü ilə əlaqələndirirlər ki, bu da etimoloji cəhətdən tam mənasız bir təbliğatdır. Ən azı ona görə ki, ruslar Zəngəzuru XIX əsrdə işğal ediblər, Gorus adı isə bundan ən azı 400 il öncədən mövcud idi.

Orta əsrlərdə Qədim İpək yolunun bir hissəsi sayılan, Naxçıvandan Xəzəryanı şəhərlərə, Qarabağa və başqa yerlərə duz daşıyan karvanların yolu indiki Gorus rayonu ərazisindəki Yayıcı karvansarasından istifadə etməklə keçib gedirdi. Qarabağ xanları Zəngəzur regionunun erməni əhalisinə qarşı həmişə xoş münasibət bəsləyiblər. Pənahəli xan Qarabağ məliyi Şahnəzərin təqdimatı ilə Gorus ermənisi Ohana məlik rütbəsi verib və bu bölgənin idarəçiliyini ona tapşırıb.

Qarabağ xanını Pənahəli xanın göstərişi və maddi dəstəyi ilə 1765-ci ildə etimad göstərərək Gorusda məskunlaşan azsaylı ermənilərin dini ibadətləri üçün kilsə tikdirib. Lakin sonrakı dövrlərdə bu kilsənin divar yazısı erməni millətçiləri tərəfindən dəyişdirilib. Onlar həmin yazını erməni dilində yazılan başqa bir daşla əvəz edib, kilsənin xarici interyerin dəyişdiriblər. Erməni mənbələrində Gorus şəhərindəki kilsənin kim tərəfindən tikilməsi barədə məlumat gizli saxlanılır.

1826-cı ilin iyulunda İran qoşunlarının Qarabağ və Talış xanlıqları ərazisindəki Rusiya postlarına hücumu ilə Rusiya-İran müharibəsi başladı. Müharibənin başlanmasına səbəb Azərbaycanın bölüşdürülməsi uğrunda münaqişə idi. Müharibə 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsinin imzalanması ilə sona çatdı. 1826-cı ilin iyul ayında Rusiya-İran müharibəsi zamanı rus ordusunun 42-ci polkunun üç alayı və iki topu Gorusda yerləşdirildi.

1868-ci ildə Gorus qəsəbəsi Zəngəzur qəzasının tərkibinə daxil edildi və qəzanın mərkəzi, Şuşa şəhəri müəyyənləşdirildi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə, qəzanın mərkəzi Şuşa şəhərindən Gorus şəhərinə köçürüldü. Mərkəzi Gorus şəhəri olan Zəngəzur Qəzasının sahəsi 3212,5 kvadratkilometrə malik idi. 1921-ci il avqustun 31-də Moskvanın göstərişi ilə Zəngəzur qəzasının bir hissəsi Qafan, Meğri, Qarakilsə (Sisian) əraziləri Gorus şəhəri və ətraf əraziləri də daxil olmaqla Azərbaycan ərazilərində Rusiyanın dəstəyi ilə yenicə yaradılan Ermənistan SSR-yə birləşdirildi.

Sovet Rusiyasının Zəngəzur Qəza İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin etdiyi Ocaqqulu Musayev 1922-ci ildə Gorus şəhərində iş başında olarkən ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi.

Azərbaycan Rusiyaya birləşdirildikdən sonra 1829-1831-ci illərdə İrandan və Türkiyədən xeyli sayda erməni köçürülərək Zəngəzura, o cümlədən Gorus rayonunun ərazisində yerləşdirilib, gəlmə ermənilərin hesabına şəhərin əhalisi artıb. Gorus şəhəri Zəngəzurun qəza mərkəzinə çevrildikdən sonra ardıcıl aparılan erməniləşdirməyə siyasəti nəticəsində buradan azərbaycanlılar tədriclə sıxışdırılıb çıxarıldılar.

1988-ci ildə Ermənistanda baş qaldıran separatizm və terror hadisələri zamanı Gorus rayonun kənd və qəsəbələrində yaşayan bütün azərbaycanlılar son nəfərinədək yaşadıqları yerlərdən zorla qovuldular.

Şəhərin mərkəzində yerləşən Yeddibulaq adlı monumental abidə, Gors yaşayış məntəqəsindən qovulan azərbaycanlıların xatirəsində indi də yaşayır. Bu möhtəşəm monumental bulaq kompleksi məhəllədə yaşayan əhalinin içməli su təminatını ödəyirdi. Bulağın divarları üzərində erməni dilində yazıların yerləşdirilməsi erməni saxtakarlığının növbəti nümunəsidir.

Gorus rayonu kəskin parçalanmış vulkanik dağlar, dağətəyi düzənliklər, sıldırım qayalar və dərin dərələr diyarıdır. Rayonun şimalında bazalt süxurlardan ibarət, dəniz səviyyəsindən 3548 metr yüksəklikdə olan İşıqlı dağ silsiləsi uzanır. Üçtəpə yaylası Gorus və Sisyan rayonlarının hüdudlarında yerləşən gözəl subalp çəmənliyidir. Bu rayonun landşaftının özəlliklərindən biri də “Gorus piramidaları” adlandıran daş sütunlardır. Bu sütunlar Gorus şəhərinin Şərq və Cənub-Qərbində qərar tutan, küləklərin təsiri altında torpağın qum qatının aşınması nəticəsində yaranmış konusvari daş sütunlardır. Vulkanik mənşəli piramidaların hündürlüyü 10-20 metr, bəzən daha çoxdur. Xinzirək və Xənəzək, Bayandur çaylarının hövzələrində də belə piramidalara rast gəlinir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri