Icma.az
close
up
RU
Ermənistan Qafan, Gorus və Basarkeçərdən məhrum oluna bilər TƏHLİL

Ermənistan Qafan, Gorus və Basarkeçərdən məhrum oluna bilər TƏHLİL

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq hüquq Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın maddi və mədəni irsinə vurulan zərərin ödənilməsi haqqında nə deyir?

Aparılan araşdırmalara və psixoloqların rəylərinə, eləcə də tanınmış həkimlərin laboratoriya təhlillərinə görə, ermənilər vəhşiləşmiş, insanlıq hissindən məhrum olan toplumdur. Onlar insanları öldürməyi, qarət və talanlar həyata keçirməyi, böyük dağıntılar törətməyi özlərinin fəaliyyət istiqamətləri hesab edirlər. Həm də sübuta yetirilir ki, güc vasitəsi ilə erməni vəhşiləri ciddi şəkildə cəzalandırılmasa, mövqelərindən çəkilmirlər. Erməni terrorçu toplumunun Azərbaycan torpaqlarını işğal etməsi və işğal edilən ərazilərdə apardıqları vandalizm aktlarına əsasən demək olar ki, bu toplum haqqında deyilənlər və yazılanlar əsaslıdır. Fikir verin, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd qətnamə qəbul etsə də Ermənistan bu qərarlara əhəmiyyət verməyib. Bununla yanaşı AŞPA, ATƏT, İslam Konfransı Təşkilatı, NATO-nun Parlament Assambleyası Ermənistanın işğalçılıq siyasətini kəskin pisləyən bəyanatlar qəbul ediblər. Lakin vəhşi erməni toplumu heç beynəlxalq qanunları, qərar və tövsiyələri yerinə yetirməyib. Əksinə, daha böyük təxribatları ilə fəaliyyətlərinə haqq qazandırmağa çalışıblar. Bu isə onların açıq şəkildə dünyaya meydan oxumaları idi. Təbii ki, sonsuza qədər danışıqlar aparıla bilməzdi. Bir gün status-kvo dəyişməli idi və belə də oldu. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində torpaqlarımız Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğaldan azad edildi. 44 günlük müharibə ilə Ermənistanın 30 il qurduğu mühəndis-istehkam qurğuları, yüzlərlə hərbi texnikası, minlərlə canlı qüvvəsi məhv edildi. Dəyəri 5 milyard ABŞ dolları olan hərbi texnikası qənimət olaraq götürüldü. Bu böyük qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək gücündədir. Həm də yazılanlar və deyilənlərə əsasən, “erməninin başı zopa görməsə, geri çəkilməz” fikri öz təsdiqini tapmış oldu. “Dəmir yumruq”un işə düşməsindən sonra Ermənistanın terrorçu rejimi Azərbaycana yalvarmağa başladı. Bütün hakimiyyət nümayəndələri “Qarabağ Azərbaycandır” deyə bəyan etdilər. Qarabağda aparılan 23 saat 44 dəqiqəlik antiterror əməliyyatları ilə bölgədəki bütün terrorçu hərbi birləşmələr məhv edildi, cinayətkar dəstənin başında dayananlar isə həbs olunaraq Azərbaycan istintaq orqanlarına təhvil verildilər. Hazırda onların məhkəməsi keçirilir. Məhkəmədə Azərbaycanın maddi və mədəni irsinə vurulan zərər haqqında yeni faktlar, ilginc məlumatlar üzə çıxır.

Dövlət ittihamçısı: “Dövlət mülkiyyətində olmuş ümumilikdə 37168 ədəd əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vurulub”

Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçıları işğal dövründə Azərbaycana dəyən zərərin miqyası barədə ittiham aktını elan ediblər. Dövlət ittihamçısı Təranə Məmmədova ittiham aktına əsasən elan edib ki, Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olunub və uzun illər ərzində işğal altında saxlanılmış, bununla da xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37168 ədəd əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vurulub.

Dövlət ittihamçısı Fuad Musayev bildirib ki, Xankəndi şəhəri və onun Kərkicahan qəsəbəsinin işğal olunması nəticəsində 2944 nəfər dinc sakin didərgin salınıb, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 4579 ədəd əmlak üzrə 636 milyon manatdan artıq maddi ziyan vurulub. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndinin işğalı (hazırda Sədərək rayonunun Kərki kəndi) nəticəsində 461 nəfər dinc sakin didərgin salınıb, xüsusi mülkiyyətdə və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 54 ədəd əmlak üzrə 7 milyon manatdan artıq maddi ziyan vurulub.Qazax rayonunun 7 kəndinin - Bağanis-Ayrım, Aşağı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara işğal olunması nəticəsində 3159 nəfər dinc sakin didərgin salınıb, xüsusi və dövlət mülkiyyətində olan ümumilikdə 896 ədəd əmlak üzrə 137 milyon manatdan artıq maddi ziyan vurulub. Xocalı şəhəri və Əsgəran qəsəbəsinin də daxil olduğu, ümumilikdə 50 kənddən ibarət Xocalı rayonunun işğal olunması nəticəsində 7161 nəfər dinc sakinin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 1067 ədəd əmlak üzrə 103 milyon manatdan artıq maddi ziyan vurulub.

“Şuşa rayonunun işğal olunması nəticəsində 16299 nəfər dinc sakin didərgin salınıb”

Məhkəmə prosesində Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev bildirib ki, Şuşa şəhəri, Turşsu qəsəbəsi və 37 kənddən ibarət Şuşa rayonunun işğal olunması nəticəsində 16299 nəfər dinc sakin didərgin salınıb, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 2769 ədəd əmlak üzrə 391 milyon manatdan artıq maddi ziyan vurulub. Xocavənd şəhəri, 2 qəsəbə (Qırmızı Bazar və Hadrut qəsəbələri) və 80 kənddən ibarət olan Xocavənd rayonunun işğal olunması nəticəsində 7451 nəfər azərbaycanlı sakini məcburi qaydada evlərindən didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 2607 ədəd əmlak üzrə cəmi 340 milyon manatdan artıq maddi ziyan vurulub.

Laçın şəhəri, Qayğı qəsəbəsi və 124 kənddən ibarət olan Laçın rayonunun işğal olunması nəticəsində 57047 nəfər sakin məcburi qaydada evlərindən didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 15459 ədəd əmlak üzrə cəmi 2,7 milyard manatdan artıq maddi ziyan vurulub.Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 147 kənddən ibarət Kəlbəcər rayonunun işğal olunması nəticəsində 48847 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 17489 ədəd əmlak üzrə 2,2 milyard manatdan artıq maddi ziyan vurulub.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli elan edib ki, Tərtər rayonunun bir sıra kənd və yaşayış məntəqələrinin işğal olunması nəticəsində 899 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 1127 ədəd əmlak üzrə 155 milyon manatdan artıq maddi ziyan vurulub. Ağdam rayonunun böyük hissəsinin işğal olunması nəticəsində 100574 nəfər dinc sakin didərgin salınmış, həmin şəxslərin xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 31736 ədəd əmlak üzrə 3,7 milyard manatdan artıq maddi ziyan vurulub.

Füzuli rayonunun böyük hissəsinin işğal olunması nəticəsində 83544 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 22635 ədəd əmlak üzrə 3,4 milyard manatdan artıq maddi ziyan vurulub.

Cəbrayıl şəhəri, Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu qəsəbələri və 92 kənddən ibarət Cəbrayıl rayonunun işğal olunması nəticəsində 52141 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 15206 ədəd əmlak üzrə 2,1 milyard manatdan artıq maddi ziyan vurulub.Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov qeyd edib ki, Zəngilan şəhəri, 5 qəsəbə və 79 kənddən ibarət Zəngilan rayonunun işğal olunması nəticəsində 32775 nəfər dinc sakin didərgin salınmış xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 9679 ədəd əmlak üzrə 1,3 milyard manatdan artıq maddi ziyan vurulub.Qubadlı şəhəri və 93 kənddən ibarət Qubadlı rayonunun işğal olunması nəticəsində 29539 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 10159 ədəd əmlak üzrə 1,8 milyard manatdan artıq maddi ziyan vurulub.

İttiham Aktından: “Müxtəlif işgəncələr verilməsi ilə ümumilikdə 613 nəfər şəxsin qəsdən öldürülüb məhv edilməklə Xocalı soyqırımı törədilib”

Məhkəmə prosesində açıqlanan ittiham aktında qeyd olunub ki, təcavüzkar müharibə nəticəsində ümumilikdə Azərbaycan Respublikasının mədəni sərvətinə aid olmaqla dəymiş zərərin qiymətləndirilməsi mümkün olan ən azı 697 tarix və mədəniyyət abidəsi hücum obyektinə çevrilməklə, hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə edilməklə, qəsdən böyük həcmdə yandırılmaqla, artilleriya qurğularından atəşlər açıb partladılmaqla və sair fiziki üsullarla qismən və tamamilə dağıdılmaqla, eləcə də oğurluq, soyğunçuluq, vandalizm aktları törədilməklə Azərbaycan Respublikasına və Azərbaycan xalqına 906 milyon manatdan artıq maddi ziyan vurulub.Eyni zamanda, Azərbaycan Respublikasının suveren ərazilərinin işğal olunması nəticəsində didərgin salınmış dinc sakinlərin sosial təminatı və maddi-məişət şəraitinin təmin olunmasına sərf edilmiş vəsaitlər nəzərə alınmaqla Azərbaycan dövlətinə ümumilikdə 8,8 milyard manatdan artıq maddi ziyan vurulub.

Dövlət ittihamçısı Vüsal Abdullayev təcavüzkar müharibə gedişində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, habelə soyqırımı əlamətləri olmadan əhalinin bütövlükdə və ya qismən məhv edilməsi faktlarını elan etməyə başlayıb.Bildirilib ki, Xocalı rayonunun ərazisində yaşayan azərbaycanlı əhalini kütləvi şəkildə milli-etnik mənsibiyyətinə görə bir qrup kimi məhv etmək niyyəti ilə onları öldürmək, sağlamlığına ağır və əqli qabiliyyətinə ciddi zərər vurmaq məqsədilə Xocalı rayonuna və ətraf yaşayış məntəqələrinə silahlı basqınlar edilib, azərbaycanlıların baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, gözlərinin çıxarılması, diri-diri yandırılması, cinayətkar fəaliyyətinin qarşısının alınması üçün zərərsizləşdirilmiş erməni əsilli şəxslərin qəbirləri üzərində başlarının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa da fərq qoymadan qəddarlıqla müxtəlif işgəncələr verilməsi ilə ümumilikdə 613 nəfər şəxsin qəsdən öldürülüb məhv edilməklə Xocalı soyqırımı törədilib.

Ermənistan beynəlxalq məhkəmə qarşısında

Azərbaycan qanunvericiliyi ilə yanaşı beynəlxalq hüquq normalarına görə də, Ermənistan Azərbaycanın işğal etdiyi ərazilərdə maddi və mədəni irsi dağıtdığına, dövlətə məxsus, eləcə də əhalinin daşınan və daşınmaz əmlaklarını qarət və talan etdiyinə görə məsuliyyət daşıyır. Ümumilikdə hesablamalara görə, Ermənistanın Azərbaycana vurduğu zərər 800 milyard dollar həcmindədir. Beynəlxalq məhkəmələr ədalətli olacağı təqdirdə həmin vəsaitin Ermənistandan alınaraq Azərbaycana verilməsi barədə qərar çıxaracaq. Əgər Ermənistanın maliyyəsi olmasa, o zaman torpaqlarının böyük bir hissəsini, İrəvanı və Kümrünü, ən pis halda Qafanı, Gorusu və Basarkeçəri Azərbaycana verməli olacaq. BMT Baş Assambleyasının "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnaməsinə əlavənin 36-cı maddəsinə əsasən, beynəlxalq hüquqazidd əmələ görə məsuliyyət daşıyan dövlət özünün qanunazidd əməli nəticəsində vurduğu zərəri restitusiya ilə ödənilməyən hissədə kompensasiya yolu ilə ödəməyə borcludur. Kompensasiya əldən verilmiş gəlir də daxil olmaqla, belə zərərin ödənilməsinə yönəlib.

Ermənistanın Azərbaycanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında” Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarını kobud şəkildə pozmuşdur.

Müasir beynəlxalq hüquqda zərərin ödənilməsinin müəyyən formaları mövcuddur. Bu formalar bir tərəfdən zərərin tam ödənilməsi vəzifəsini, digər tərəfdən isə belə ödəmənin həyata keçirilməsi üsullarını əks etdirir. Bu məsələlər tam aydınlığı ilə BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnaməsində göstərilmişdir. Sənədin 28-ci maddəsində qeyd edilir ki, beynəlxalq hüquqazidd əməllər dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr doğurur. "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnamənin 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu zərəri ödəməlidir. Sənədin 34-cü maddəsində beynəlxalq hüquqazidd əməllər nəticəsində vurulmuş zərərin ödəmə formaları müəyyən edilib. Bu maddədə göstərilir ki, "beynəlxalq hüquqazidd əmələ görə vurulmuş zərərə görə tam ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya formalarında ola bilər. Bu formalar həm ayrı-ayrılıqda, həm də bir-biri ilə bağlı istifadə edilə bilər".

Azərbaycan beynəlxalq hüquqi forumlarda Ermənistanın işğal dövrü zamanı ətraf mühitin və enerji infrastrukturunun dağıdılması da daxil olmaqla, bir sıra digər sahələrdə beynəlxalq hüququ pozmasına dair kompensasiya və maliyyə təzminatının qarşılanması istiqamətində iddialar qaldırır. Artıq Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə qərar qəbul edib. Eyni zamanda Azərbaycan Ermənistanı Haaqa məhkəməsinə verib. Əminliklə demək olar ki, beynəlxalq birlik, xüsusilə də beynəlxalq məhkəmələr Azərbaycanın iddialarının haqlı və əsaslı olduğunu anlayırlar. Bu baxımdan beynəlxalq məhkəmələr ədalətli mövqe sərgiləyərək Ermənistana qarşı Azərbaycan dövlətinin qaldırdığı iddiaları təmin edəcək və bununla da daha bir vəhşi toplum-quruluş cəzasını almış olacaq.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri