Icma.az
close
up
RU
Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?! Pişəvərinin xeyir dua verdiyi şair haqqında

Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?! Pişəvərinin xeyir dua verdiyi şair haqqında

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Turan Uğurun "Balaş Azəroğlu və Mədinə Gülgün" adlı yazısını təqdim edir.

"Mənim bir gözəl nənəm vardı..."

Güneyli-quzeyli yurddaşlarımızın el-oba həsrəti "Heydərbabaya salam"ın yanğılı misraları fonunda, Rübabənin səsində necə eşidilir?

Yusif Eyvazov "Aida" operasında çıxış edəcək Sizi güldürənlər ağladır bizi... - “Səksənincilər" layihəsindən Məmməd İlqarın şeirləri Tanınmış qiraətçi Nadir Hüseynov dəfn edildi

Səhər hər kəsdən tez oyanan, uca boylu, uzun hörüklü nənəm qulac-qulac qollarını gərəndə bir əli çaydana çatırdısa, o biri əli təndirə yetirdi. Saçları çoxdan bəyazımışdı , daha çox qızılıya çalırdı. Namazını oturub qılardı, "qılçalarım, dizim ağrıyır" deyə-deyə, adda-budda giley-güzar da edərdi, lakin gileyini bir özü bilirdi, bir də Tanrısı, çünki biz çağaların, nəvələrin yeməyinə əl uzadanda elə qıvraq, elə yüyrək olurdu ki, gərək ağ çalmalı qara bulud olaydın ki, nənəmə yetişə biləydin, yoxsa işin fəna olardı.

Gedin, o sahillər gözləyir sizi,

Yuyun göz yaşıyla, yuyun Təbrizi.

Nə düşmən ləpiri, nə də qan izi

Düşməsin bir daha ora, buludlar.

B.Azəroğlu

Bu gözəl dünyada mənim bir gözəl nənəm vardı...

Yox, dünyanın gözəl olduğunu dürüst bilmirəm, amma nənəm gözəl idi, gözəlliyi də nurunda idi.

Azərbaycan nənəsi, hamısı bir-birinə oxşayar, ağır tərpənişi, titrək əllərinin nəvazişi, bir tabaq yoğurduğu xəmiri ilə bizim nənəmizdi hamısı. Nənələrimizə qurban olum.

- Dan söküləndə, yola salmağa kimi vardı nənəmin?

- Oğlumu?

- Xeyr!

Artıq oğlu ailəsi ilə güneydən üz tutmuşdu Bakıya. Əvəzində yola salmağa karvanqıran vardı. Hamıdan tez oyanan, fətir bişirən, çay qoyan nənəm. Bir əli çörəkdə, bir əli suda olan nənəm deyərdi ki:

- "Ay tənbəllər, durun ayağa"

- Bəs oyananlar kim idi?

- Neçə-neçə balalar. Balaların sırasında mən də varam.

1921-ci il, 104 il öncə...

Abizadə Balaş Allahbaxış oğlu - Azəroğlu Balaş doğulur, yəni ki, yuxudan oyanır, nənəsinin onu haylamasına səs verir. Amma Bakıda artıq nənə yoxdu. Ata var, ana var, neft buruqları var, yeni hökumət var, "Şurəvidə krandan da süd gəlir" - deyib bura pənah gətirən həmşərilərimiz daha da çox olacaqdı.

Əvvəl-əvvəl Bakı əhli ilə düz gəlməyən həmşərilər Həmşəri palanında cəm olunana, yurdçu olana qədər döyüləcəkdilər, söyüləcəkdilər. Bakı oğruları erməni ilə birləşib ev yarmağa gedəndə, bir həmşəri seçib ona gözətçi "vəzifəsi" də verəcəkdilər ki, "gör, gələn-gedən yoxdu ki?"

Bir hüzür yerində eşitmişdim bu söhbəti, həmşəri olduğumu bilməyən bu yad insan, keçmişində məhbusluq həyatı dadmış bu köklü bakılı yalan-palansız, bəzək-düzəksiz, düz gözümün içinə baxaraq nəql edirdi. Yanımda əyləşən ondan soruşanda ki, - "Həmşərini niyə gözətçi kimi qoyurdunuz?" sualına, qəribə cavab da eşitdim.

- "Alə, yiyəsi yox idi da həmşərilərin, ona görə"

- Təəccüblü gəldi bu yiyəsizlik mənə.

Bəlkə, Allah cahan qədər böyük bu gerçəkliyi bu sadə bakılının dili ilə bizə dedizdirirdi?!

Bəlkə, elə doğrudan da, yiyəmiz yox imiş?

Necə yəni - ermənisi, yəhudisi, bəd ayaqda rusu Bakının ən gözəl yerlərində yaşayacaqdılar, ən nüfuzlu işlərində təmsil olunacaqdılar, ən mərkəzi küçələrində elədən-beləyə, belədən-eləyə səkəcəkdilər, onların yiyələri olacaqdı, ancaq biz həmşərilərin yox?!

Bu tikanlı sözlər həqiqətə yamanca bənzəyirdi. Bəlkə də elə ona görə ildırım sürəti ilə qəlbimə toxundu. Bəs harada olmuşdu, harada ölmüşdü bizim "yiyələrimiz". Bəlkə, güneydəki "yiyələrimiz" Dövləti buna görə qurmaq istədilər ki, bir gün də biz yiyəli olaq?! Ancaq 1 gün yox, 1 il sürdü yiyəliyimiz.

Gözü çıxsın gözündə bədnəzəri olanın, özü də ikisi bir deşikdən.

O yiyəsizlərdən biri də Balaşın ailəsi idi. 1920-ci ildə Ərdəbilin Qışlaq kəndindən quzeyə üz tutan valideynlər vardı. Ta 1938-ci ilə kimi, güneyə qovulana qədər. "Pioner" qəzetində adda-budda çap olunan yeniyetmə Balaş şeiriyyatda hələ pioner idi, fəqət, buna baxmayaraq Abdulla Şaiq çox bəyənirdi yeniyetmənin yazı-pozularını. Onu da deyim ki, Mədinə də doğulmuşdu artıq. O da Bakıda anadan olub. Bəd ayaqda lap qohum idilər Balaşla.Yəni ki, əminəvəsi idilər.

Mənim bir gözəl nənəm vardı...

Mədinəni də nənəsi oxutdururdu. Güneyə qayıtdıqdan sonra Balaşa olan ülfəti məhəbbətə dönəcəkdi. İnqilab vaxtı tez-tez nəşr olunan gənc Balaş Azəroğludan müsahibə götürməyə gəlir. Xeyir-duanı isə Ağayi Pişəvəri özü onlara verir. Hər ikisinin könlü xoş olur. Xoş olmazmı?!

- Acılı, iftixarlı, nisgilli, təlatümlü illəri məgər hər ikisi eyni dadmırdımı?

Təbriz Radiosunun sədr müavini olanda da Balaş Azəroğlu inqilabi şeirləri ilə "Vətən yolu" qəzetində tez-tez nəşr olunardı. Xalq, çox sevirdi Balaşı. Doğma türk dilində oxuduğu şeirləri 21 Azərin nəğmələrinə çevrilirdi. Kənddən-kəsəkdən gələnlər Balaşa üz tuturdular, Balaş isə Mədinəyə.

Bir dəstə gül, qohum-əqrəba ilə tanışlıq, arxası ilə gözüyaşlı qalan Balaşın ilk izdivacdan olan kiçicik qızı. Sonra Arazın bu tayı, sonra xudmani, dostyana toy məclisi, sonra ilk güzarları Araz, 2 il sonra doğulacaq Etibar, sonra etibarsız, güneysiz illər.

Baxın, buna bilirsiz, nə deyirlər?

Balaş Azəroğlu olsaydı: "O işıq haqqı, Tale deyərdi", axı onun üçün ikidəbir işığa and içmək su içmək kimi bir şey idi.

Mənim bir gözəl nənəm vardı...

Mədinə isə artıq iki övlad böyüdən ana idi. İstiqanlı, güləş, yeri gələndə, Balaşı cırnatmağı bacaran Mədinə. Balaşın dəftərini götürüb, ora öz şeirlərini yazan Mədinə, "dəftərimi korladın" - deyə bundan uşaq kimi küsən Balaş, yaxşı düşbərə, qutab bişirib hamını bir araya yığan Mədinə, sonra yenə barışıq.

Məni sorğulara tutma sən əbəs,

Arzumu qəlbimdə, baxışımda gəz,

Könlümü hər naşı oxuya bilməz,

Onu dünya görmüş insanlar bilər.

M.Gülgün

İlk qazanclarına aldıqları yazı makinası var. Əllə yazmağı xoşlayan Balaş, ürəyini makinaya köçürməyi sevən Mədinə. Yay tətillərində Qubaya gedən gənc ailə. Axı Mədinənin rəfiqələri yaşayırdı orada, asudə vaxtlarda elə Mərdəkana da toplaşmaq olardı, dostanə məclislər nə çox idi. Nə çox idi Güneyin, Ərdəbilin, Təbrizin qoxusunu onlardan alanlar, nə çox idi!!! Nə çox idi Hökümə Billuridən, Həmzə Fəthi Xoşginabidən, Rübabə İşraqidən, Söhrab Tahirdən, Balaş Azəroğludan, Mədinə Gülgündən, Qulamhüseyn Beqdelidən, Qafar Kəndlidən Güneyin qoxusunu alanlar!!! Nə çox idi könül rübabını Rübabə ifasına kökləyənlər, qara gilənin eşqinə gözlərindən puçur-puçur, gilə-gilə yaş axıdanlar.

Hələ Rəsul müəllim və Nigar xanım da çox istəyərdilər bu ailəni. Elə R.Rza təsiri ilə sərbəst şeirə meyil göstərmişdi Balaş Azəroğlu. Gərək Nazim Hikmətin də bu işdə payını qeyd edək, ondan xeyli təsirlənmişdi gənc şair. Rəsul müəllimdən öyrənən Balaş, ona şeir hədiyyə edən Mədinə.

Yandıqca olmusan elin ozanı,

Kədərin, sevincin, ulduzlar sanı.

Unudan deyildir Rəsul Rzanı

Gözəlim, göyçəyim, gül üzüm mənim,

Təbrizim, Təbrizim, Təbrizim mənim.

Mədinə yazdığı şeiri birinci Balaşa oxuyardı, Mədinə "Təbrizim" deyəndə, Balaş "Ərdəbilim" deyirdi, sonra əksinə, bir yerdə "Bütöv Azərbaycan" eşidilirdi həmin dodaqlardan.

Hər ikisi Ərdəbildəki doğmalarını görmək istəyində alışıb-yanırdılar. Mədinə Gülgünə nəsib olmadı, "gənclik vəfasızdır, qocalıq isə vəfalı" - deyən Mədinəyə qocalıq da vəfasız çıxdı. Sərhədlər açıldı, Balaş Azəroğlu doğmalarını görməyə tək getdi.

Şair Balaş Azəroğlunun qəlbində bir muradı da vardı.

- "Bir kitabımız çıxaydı kaş, bir tərəfində mənim şeirlərim, o üzünü çevirəndə Mədinənin şeirləri olaydı, kaş ortada gəlib qovuşaydı misralarımız".

Balaş Azəroğlu, ilk bəşarətçiniz mən olum, arzunuza çatdınız. Bugünkü essemdə Balaş müəllim və Mədinə xanım, həmahəng, qoşa qanadsınız. Həyatda olduğunuz kimi. Şeirlərinizin qovuşduğu yer yazımdır, ruhunuzun birləşdiyi məkanı isə ulumuz Məhəmmədhüseyn Şəhriyar deyib:

- "Nisgillik var, ayrılıq var, ölüm var"...

Sonra yenə nənələrin dünyasına qayıdış olacaq. Yenə obaşdan karvanqıran yola salınacaq, yenə təndir bir yanda, yenə çaydan bir tərəfdə, yenə nənə nəvazişi, yenə nəvə ərköyünlüyü, yenə nənələr dağarcıqlardan çörək, qoz-fındıq çıxarıb verəcəklər nəvələrə, yenə nəvələr böyüyəcəklər, mühəndisi, müəllimi, xarratı, həkimi olacaq bu məmləkətin. Aralarında şairləri də tapılacaq.

Lap Balaş Azəroğlu təki, lap Mədinə Gülgün kimi.

Vaxt yetəcək, vədə çatacaq, onda hər kəs deyəcək ki:

"Mənim bu dünyada bir gözəl nənəm vardı..."

Yusif Eyvazov "Aida" operasında çıxış edəcək Sizi güldürənlər ağladır bizi... - “Səksənincilər" layihəsindən Məmməd İlqarın şeirləri Tanınmış qiraətçi Nadir Hüseynov dəfn edildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Dekabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see245

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see233

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see231

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see230

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see224

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see219

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see211

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see190

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see179

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see164

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see154

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see147

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see143

ABŞ la danışıqlara hazırlaşırıq Peskov

18 Dekabr 2025 19:40see137

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see137

Lando Norris “İlin idman şəxsiyyəti” mükafatını götürməyə getməyib

19 Dekabr 2025 05:09see133

Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...

18 Dekabr 2025 21:56see129

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see129

Keçmiş NASCAR pilotu Qreq Biffl ailəsi ilə birlikdə təyyarə qəzasında həlak olub

19 Dekabr 2025 00:33see128

Konfrans Liqasında Liqa mərhələsi yekunlaşdı

19 Dekabr 2025 02:21see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri